• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Eldar Həsənovun vəkilləri prezidentə müraciət etdilər

  • 30 Dekabr 2021
0
SHARES
FacebookTwitterPinterest

Dövlət xadimi Eldar Həsənovun vəkilləri Adəm Məmmədov, Cavad Cavadov, Cəlil Mirzəyev, Valeh Mehralıyev prezident İlham Əliyevə mətbuat vasitəsi ilə açıq müraciət ediblər. Novator.az-ın məlumatına görə, müraciətdə deyilir:

– Möhtərəm cənab Prezident!

Hüquqlarını müdafiə etdiyimiz keçmiş səfir Eldar Həsənovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb və artıq məhkəmə çıxışları mərhələsidir.

Məhkəmənin əvvəlindən Eldar Həsənov iclasların qapalı keçirilməsini israrla xahiş etsə də, hakimlər bunu təmin etməyiblər və bu səbəbdən məhkəmədə baş verənlər mətbuatda geniş yayılıb.

İstintaq orqanının irəli sürdüyü bütün ittihamlar məhkəmədə tamamilə dağılıb, Eldar Həsənovun əleyhinə heç bir şahid ifadə verməyib, yaxud istintaq vaxtı verdikləri ifadələri müstəntiqin diktəsi ilə yazdıqlarını bildiriblər və həmin ifadələrdən imtina ediblər. Azərbaycan Respublikası Baş Prokurorluğunun beynəlxalq tapşırığı əsasında 6 aya yaxın müddətdə aparılan araşdırmalarda, dindirmələrdə Eldar Həsənovun əleyhinə bircə sübut, dəlil aşkar olunmayıb.

4 aya yaxındır davam edən məhkəmədə müdafiə tərəfinin verdiyi 74 yazılı və şifahi vəsatətin hamısı əsaslandırılma olmadan rədd edilib, 27 dekabr 2021-ci ildəki iclasda isə məhkəmə tarixində görünməyən hadisə baş verib – verdiyimiz 20-dən artıq vəsatət kütləvi şəkildə, bir kəlməlik əsaslandırma da aparılmadan rədd edilib.

Ən dəhşətlisi odur ki, Eldar Həsənovun yanına həkimlərin müayinə və tövsiyə üçün buraxılmasına dair vəsatətlər, hətta onun laboratoriya analizlərinin keçirilməsinə icazə verilməsinə dair vəsatətlər də rədd olunub. İki aydan artıqdır ki, Eldar Həsənovun yanına israrla heç bir həkim buraxılmır.

13 dekabr 2021-ci ildəki iclasda Eldar Həsənov qəbul etdiyi gündəlik 31 dərmanın sayının azaldılması üçün hakimlərdən onların özlərinin tanıdığı həkimin təcridxanaya buraxılmasını xahiş edib. Hakimlər buna da imtina veriblər.

Bu məsələdə məhkəmə məsuliyyəti Eldar Həsənovun saxlandığı yerin müdiriyyətinin üzərinə yıxmağa çalışsa da, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunun 22.6-cı maddəsində məhz məhkəmənin buna icazəsi tələb olunur.

Eldar Həsənovda paroksizmal pozision başgicəllənmə (vertiqo), xroniki gərginlik baş ağrısı, şəkərli diabet II tip, arterial hipertoniya, sağ tərəfli diskogen boyun radikulopatiyası, diskogen lumbarikkulopatiya, servikal osteoxondroz, boyun və bel fəqərələrinin müxtəlif yırtıqları mövcuddur, o, yarımiflic vəziyyətindədir.

Bu xəstəliklərlə bağlı onun üçün nəinki ambulator, ümumiyyətlə heç bir müalicə aparılmır. Halbuki Avropa İnsan Hüquqları Məhkəməsi 19 noyabr 2021-ci ildə məhkəmə qaydalarının 39-cu maddəsinə əsaslanaraq müvəqqəti tədbir kimi çıxardığı üçüncü qərarında Eldar Həsənovun ixtisaslı həkimlərin müvafiq hesab etdiyi ambulator və ya stasionar şəraitdə hər bir zəruri və adekvat tibbi müalicə ilə təmin olunmasını vacib sayıb.

Ümumiyyətlə adi, elementar müalicənin Avropa İnsan Hüquqları Məhkəməsi vasitəsi ilə tələb edilməsi məcburiyyətdən irəli gəlib və bəzi məmurların Eldar Həsənova qarşı qərəzli, qisasçılıq münasibətinin nəticəsidir.

O, məhkəmədə dəfələrlə huşunu itirdiyinə görə yıxılıb, dəfələrlə məhkəmə zalından xərəkdə çıxarılıb, məhkəmə isə israrla iclasları həftədə iki dəfə, üstəlik, səhər saat 10-dan axşam saat 18-dək aparıb və bütün bunlar Eldar Həsənovun səhhətinin daha da ağırlaşmasına rəvac verib.

Çox təəssüflər olsun ki, prokurorluğun tam nəzarətində keçirilən məhkəmənin bu gedişindən biz müdafiə tərəfi olaraq hər hansı ədalətli qərar gözləmirik, lakin Eldar Həsənovun 27 illik xidmətlərini nəzərə alaraq onun fiziki cəhətdən məhvinə yönəlmiş bu antihumanist davranışın qarşısını almaq üçün Sizdən məsələyə şəxsən müdaxilə etmənizi xahiş edirik.

Media qanunu son mərhələyə yön aldı

  • 30 Dekabr 2021

Rusiyada inflyasiya: illik göstəricilər açıqlanıb

  • 30 Dekabr 2021

Son materiallar

comments
ManşetXəbər

Ermənistan sülhdən yayınır?

comments
ManşetTribunaYazarlar

İnsan işğalı

comments
Xəbər

Koronavirus statistikası

comments
Dünyanın səsiManşetXəbər

“The Telegraph”: Putin Donbasdakı qoşunları öz nəzarətinə götürüb

Rəylər

Do not miss

comments
ManşetXəbər

Ermənistan sülhdən yayınır?

Son materiallar

comments
ManşetXəbər

Ermənistan sülhdən yayınır?

comments
ManşetTribunaYazarlar

İnsan işğalı

comments
Xəbər

Koronavirus statistikası

comments
Dünyanın səsiManşetXəbər

“The Telegraph”: Putin Donbasdakı qoşunları öz nəzarətinə götürüb

comments
Xəbər

Müavinət və kompensasiyalar hesabatı

comments
Dünyanın səsiXəbər

“Avroviziya 2023”ə girişənlər var

comments
Dünyanın səsiManşetXəbər

Uyğur rayonunda hər 25 nəfərdən biri terror ittihamı ilə məhkum edilib

comments
Dünyanın səsiManşetXəbər

Fransada parlament marafonu, ilkin sorğular

comments
Xəbər

Çempionlar Liqasına düşənlər

comments
Xəbər

Gəray Göyyurdun yeni kitabının təqdimatı keçirilib

comments
Xəbər

Litva prezidenti ilə danışıqlar

comments
Xəbər

Fəxri adların təqaüdü

comments
ManşetXəbər

Əhali statistikası

comments
ManşetXəbər

İş, işsizlik, maaş

comments
Dünyanın səsiManşetXəbər

“Kölgə” Navalnının dalınca düşübmüş

comments
ManşetTribunaYazarlar

Möcüzəsiz çarə

comments
ManşetTribunaYazarlar

Bir nəfərin savaşı

comments
Xəbər

Əlillik meyarları təsdiqlənib

comments
Xəbər

Makroiqtisadi göstəricilər

comments
ManşetXəbər

Pensiya: say və məbləğ necə dəyişib?

comments
ManşetXəbər

Nikahlar 40,5 faiz artıb

comments
AktualDünyanın səsiManşetXəbər

İdarəçilikdə qadınlar

comments
AktualManşetŞərh

Konstitusiyadakı dilimiz

comments
AktualDünyanın səsiManşetXəbər

NATO-ya qoşulmaq yolu

comments
ManşetXəbər

“Neftçi”, “Zirə” və “Qəbələ”nin mümkün rəqibləri

comments
Dünyanın səsiManşetXəbər

Qərb Putinin nüvə zərbəsinə necə cavab verə bilər?

comments
ManşetTribunaYazarlar

İtmiş cazibə

comments
AktualManşetŞərh

Cib boşalır, büdcə dolur

comments
Xəbər

“AzəriLayt”ın 17 may qiyməti

comments
Dünyanın səsiManşetXəbər

Fransa: yeni hökumət qurulur

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda