• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Alim və hüquq müdafiəçisi niyə 15 il aldı?

  • 27 Dekabr 2021
  • comments
  • Novator.az
  • Posted in Dünyanın səsiXəbər

Rusiyanın Kareliya Respublikasının paytaxtı Petrozavodskda şəhər məhkəməsi 65 yaşlı tarixçi və hüquq müdafiəçisi Yuri Dmitriyevi 15 il müddətinə azadlıqdan məhrum edib. Novator.az-ın məlumatına görə, hökm dekabrın 27-də çıxarılıb.

Dmitriyev pornoqrafiya materialları hazırlanmasında, yetkinlik yaşına çatmamış şəxsə qarşı əxlaqsız hərəkətlərdə və qanunsuz silah saxlamaqda təqsirli bilinib.

Müdafiəçiləri Dmitriyevin məhkum edilməsinin arxasında başqa faktorların dayandığını deyir, həbsi onun keçmiş fəaliyyəti ilə əlaqələndirirlər. 1990-2000-ci illərdə Dmitriyev Stalin repressiyası qurbanlarının kütləvi şəkildə güllələnib basdırıldığı neçə-neçə məzarlıq aşkar edib, qətlə yetirilənlərin ən böyük qəbiristanlığının Rusiyanın şimal-qərbində olduğunu sübuta yetirib.

Yaxınlarının dediyinə görə, alim xüsusilə Vladimir Putinin prezidentliyi dövründə hədəfə çevrilib. Dmitriyev ilk dəfə 2016-cı ildə tutulub. Əvvəlcə o, Petrozavodskda uşaq pornoqrafiyası materialları hazırlamaqda və qanunsuz silah saxlamaqda ittiham edilib. Yetərli dəlil-sübut olmadığından 2018-ci ilin aprelində məhkəmə uşaq pornoqrafiyası ittihamını rədd edərək bu epizod üzrə ona bəraət verib. Dmitriyev yalnız bəzi silah hissələrini qanunsuz saxlamaqda təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Ancaq həmin ilin iyun ayında Dmitriyev yenidən tutulub. 2020-ci ilin iyulunda Petrozavodsk Şəhər Məhkəməsi bu dəfə Dmitriyevi yetkinlik yaşına çatmamış şəxsə qarşı əxlaqsız hərəkətlərdə təqsirli bilərək 3 il yarım müddətinə azadlıqdan məhrum edib.

2020-ci ilin sentyabrında Kareliya Ali Məhkəməsi yetkinlik yaşına çatmamış şəxsə qarşı əxlaqsız hərəkətlər ittihamını bərpa edərək Dmitriyevin həbs müddətini 3 il yarımdan 13 ilə qaldırıb.

2021-ci il dekabrın 27-də Petrozavodsk Şəhər Məhkəməsi Dmitriyevi bütün ittihamlar üzrə (uşaq pornoqrafiyası materiallarının hazırlanması, yetkinlik yaşına çatmamış şəxsə qarşı əxlaqsız hərəkətlər və qanunsuz silah saxlanması) təqsirli sayaraq ona 15 illik həbs cəzası kəsib.

Mənbə: Gazeta.ru

Eldar Həsənov: məhkəmə istintaqı başa çatdı

  • 27 Dekabr 2021
  • comments

Deputata hökm oxundu

  • 27 Dekabr 2021
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərində yenilənmiş sxem

GLOBALS:0

Tags

  • Elm
  • Hüquq
  • Siyasət
  • Tarix

Rəylər

Do not miss

comments
Xəbər

Finiş cütlükləri

Son materiallar

comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda