• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Rəsul Quliyevin İlham Əliyevə təbriki

  • 24 Dekabr 2021
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Mühacir siyasətçi Rəsul Quliyev prezident İlham Əliyevi 60 illik yubileyi münasibətilə təbrik edib. APA-nın məlumatına görə, o, dövlət başçısının 60 illik yubileyi qalib xalqın və qalib ordunun müzəffər ali baş komandanı kimi qeyd etdiyini vurğulayıb: “2020-ci ilin noyabrından Azərbaycanın inkişafının yeni erasına start verilib. Torpaqlarımızın işğaldan azad edildiyi gün ölkənin real müstəqillik günüdür. Azərbaycanın tarixinə heç bir zaman 44 günlük Vətən müharibəsi kimi şanlı səhifə yazılmamışdı. Şanlı Vətən müharibəsi dövründə Sizin ali baş komandan kimi sərkərdəlik fəaliyyətiniz, dünyanın ən tanınmış televiziyalarına müsahibələriniz, xalqa çoxsaylı müraciətləriniz və kritik vəziyyətlərdə sərgilədiyiniz diplomatik mövqe Sizin problemi dərindən analiz etdiyinizə və onun həll yollarını mükəmməl bildiyinizə dəlalət edirdi.

Sizin 44 günlük Vətən müharibəsindən öncə başlatdığınız islahatlar, xüsusilə də dövlət idarəetməsində kadr islahatları zəfərimizdə çox böyük əhəmiyyət kəsb edirdi. Eyni zamanda apardığınız islahatlar dalğasının davamı olaraq ölkədə məmur elitasının gəncləşdirilməsi yeni inkişaf mərhələsinin təməlini qoydu.

Sizin ad gününüzü ürəkdən təbrik edirəm. Hesab edirəm ki, irəlidə dövlətimizin parlaq gələcəyi üçün görüləsi xeyli iş var. Azad edilmiş torpaqları inkişaf etdirmək, bu torpaqlar hesabına ölkədə aqrar sektor məhsullarını artırmaq, hərbi sənaye zavodları inşa etmək, konstitusiya islahatları həyata keçirmək və bir çox digər mühüm işləri görmək Sizin payınıza düşür. Əminəm və inanıram ki, Azərbaycan tarixində itirilmiş torpaqları geri qaytarmış ilk müzəffər ali baş komandan kimi bu işləri də məharətlə həyata keçirməyə nail olacaqsınız”.

Novator.az bildirir ki, Rəsul Quliyev 1947-ci ildə Culfa rayonunun Qazançı kəndində doğulub. 1970-ci ildə indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetini bitirib. Uzun illər neft sənayesində çalışıb, Bakı Neftayırma Zavodunun direktoru olub.

1990 və 1995-ci illərdə parlamentin deputatı seçilib.

1992-ci ildən Dövlət Neft Şirkətinin vitse-prezidenti, 1993-cü ildən baş nazirin müavini postunu tutub. 9 noyabr 1993-cü ildən 11 sentyabr 1996-cı ilədək parlamentə sədrlik edib.

1996-cı ildən ABŞ-da yaşayır.

Yeni Azərbaycan Partiyasının üzvü, Azərbaycan Demokrat Partiyasının həmsədri olub. Gələcək Azərbaycan Partiyasının fəxri üzvüdür.

Prezident İlham Əliyevin 60 yaşı dekabrın 24-də tamam olub. 1961-ci il təvəllüdlü İlham Əliyev 2003 və 2008-ci illərdə 5 il müddətinə prezident seçilib. 2009-cu ildə bir nəfərin iki dəfədən çox prezident seçilməsi məhdudiyyəti götürülüb və İlham Əliyev 2013-cü ildə də dövlət başçısı postuna mandat alıb.

2016-cı ildə prezidentin səlahiyyət müddəti 7 ilə qaldırılıb, 2018-ci ildə İlham Əliyev yenidən prezident seçilib.

İlham Əliyev Yeni Azərbaycan Partiyasının sədridir.

Onun atası Heydər Əliyev 1969-1982-ci (Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi) və 1993-2003-cü illərdə (əvvəl Milli Məclisin sədri, sonra prezident) Azərbaycana rəhbərlik edib.

Neft Fondunun büdcəsi, aktivləri

  • 24 Dekabr 2021
  • comments

Minimum pensiya 240 manat olur

  • 24 Dekabr 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiXəbər

Latışlara meydan oxuyan deputatla bağlı təhqiqat

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

İsrailin Ukraynaya “Patriot” ötürdüyü təsdiqlənib

GLOBALS:0
comments
Dünyanın səsiManşetTribuna

Deportasiya müharibələri başlanır – “Uoll Strit Jurnal”

GLOBALS:0
comments
Xəbər

2024-2025 mövsümünün qalibi

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Latışlara meydan oxuyan deputatla bağlı təhqiqat

Son materiallar

comments
Dünyanın səsiXəbər

Latışlara meydan oxuyan deputatla bağlı təhqiqat

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

İsrailin Ukraynaya “Patriot” ötürdüyü təsdiqlənib

GLOBALS:0
comments
Dünyanın səsiManşetTribuna

Deportasiya müharibələri başlanır – “Uoll Strit Jurnal”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda