• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Hadrut və Şuşa səfəri

  • 24 Dekabr 2021
0
SHARES
FacebookTwitterPinterest

Dekabrın 24-də prezident, Silahlı Qüvvələrin ali baş komandanı İlham Əliyev xanımı, birinci vitse-prezident Mehriban Əliyeva və oğlu Heydər Əliyevlə birgə Xocavənd rayonunun Hadrut qəsəbəsinə səfər edib, hərbi hissənin açılışına qatılıb.

AZƏRTAC xəbər verir ki, ali baş komandan hərbi hissəyə döyüş bayrağını təqdim edib, təlim mərkəzi ilə tanış olub və təlim fəaliyyətini izləyib.

Döyüş bayrağının təqdimatında çıxış edən İlham Əliyev deyib ki, Hadrut əməliyyatı İkinci Qarabağ müharibəsində xüsusi əhəmiyyətə malik əməliyyat idi: “Bu strateji qəsəbəni işğaldan azad etmək bizim gələcək planlarımıza əlavə dəstək verdi. Hadrutu işğalçılardan azad etməsəydik, gələcək əməliyyatlarımız daha böyük çətinliklərlə üzləşə bilərdi. Burada olan hər bir insan qəsəbəni əhatə edən dağları görərkən başa düşə bilər ki, bu, nə qədər böyük, çətin və şərəfli missiya idi. Düşmən 30 il ərzində işğal altında olan bütün torpaqlarda güclü istehkamlar, bir neçə xətdən ibarət müdafiə sədləri qurmuşdu. Qarabağ və Şərqi Zəngəzur bölgəsinin təbii relyefi də düşmən üçün əlverişli idi. Çünki bu dağlarda, təpələrdə yerləşərək onlar böyük hərbi üstünlüyə malik idilər. Bzim hərbçilərimizin həm peşəkarlığı, həm fiziki gücü, mənəvi hazırlığı, vətənpərvərliyi, fədakarlığı bu şərəfli Qələbəmizə nail olmaq üçün bizə imkan yaratdı…

Mən işğal dövründə dəfələrlə deyirdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Ermənistan rəhbərlərinə dəfələrlə deyirdim ki, hələ gec deyil, öz xoşları ilə bizim torpaqlarımızdan çıxsınlar, rədd olsunlar. Ancaq onların uzun illər ərzində yaydıqları yalana özləri də inanmağa başlamışdılar. Dünyaya Azərbaycan xalqı haqqında, Azərbaycan Ordusu haqqında həqiqətə uyğun olmayan böhtan və uydurma xarakterli məlumatlar yayırdılar. İkinci Qarabağ müharibəsi göstərdi kim-kimdir. İkinci Qarabağ müharibəsi Azərbaycan Ordusunun, Azərbaycan xalqının əyilməz iradəsini göstərdi. Ermənistan ordusu bu gün artıq məğlub edilmiş ordudur. Azərbaycan Ordusu isə müzəffər ordudur!”

Dövlət başçısı deyib ki, Ermənistan yenidən Azərbaycan üçün təhlükə mənbəyi olmağa cəhd edərsə, axırı İkinci Qarabağ müharibəsindəki kimi olacaq: “Biz heç vaxt imkan verə bilmərik ki, xalqımıza, dövlətimizə, ərazi bütövlüyümüzə hər hansı bir təhdid yaradılsın. Ölkə hüdudlarından kənarda olsa da, əgər bu təhdidi biz görsək, heç kim bizi dayandıra bilməz”.

Həmin gün prezident və ailə üzvləri Şuşa şəhərinə də baş çəkiblər. Dövlət başçısı Cıdır düzündə çıxış edib: “Bu gün biz azad Qarabağdayıq. Bu gün biz azad Zəngəzurdayıq. Biz – bu torpaqların sahibləri bu torpaqlara qayıtmışıq və bundan sonra biz bu torpaqlarda əbədi yaşayacağıq”.

Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın bütün cənub-qərbini, Sədərək rayonunun 1, Qazax rayonunun 7 kəndini işğal edib.

2020-ci il sentyabrın 27-dən Azərbaycanın apardığı hərbi əməliyyatlarda və noyabrın 10-da əldə edilən atəşkəs razılaşması nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər rayonları tam, Şuşa, Laçın, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub.

Media aksiyası

  • 24 Dekabr 2021

Yoluxma, itki, peyvənd

  • 27 Dekabr 2021

Son materiallar

comments
ManşetXəbər

Partiyaların qanunu

comments
ManşetXəbər

Bazar nə qədər bahalaşıb?

comments
Xəbər

Turizm və Menecment Universitetinin statusu yeniləndi

comments
Xəbər

3194 aktiv xəstə var

Rəylər

Do not miss

comments
ManşetXəbər

Partiyaların qanunu

Son materiallar

comments
ManşetXəbər

Partiyaların qanunu

comments
ManşetXəbər

Bazar nə qədər bahalaşıb?

comments
Xəbər

Turizm və Menecment Universitetinin statusu yeniləndi

comments
Xəbər

3194 aktiv xəstə var

comments
ManşetXəbər

Macar səddi yarıldı

comments
Dünyanın səsiXəbər

Gürcüstana ən çox haralardan gəlirlər?

comments
Xəbər

Yarım ilin qəzası

comments
ManşetXəbər

Artım və azalma açıqlamaları

comments
ManşetXəbər

Bakıda maaş, başqa göstəricilər

comments
Xəbər

Ünvanlı yardımın orta məbləği

comments
Xəbər

İxrac hesabatı

comments
Xəbər

Hasilat statistikası

comments
ManşetXəbər

Müsavatçı həbsdə qalır

comments
Dünyanın səsiManşetŞərh

Koronavirusun universal peyvəndi gəlir? – ABC

comments
Xəbər

Qərbi Azərbaycan İcmasının ünvanı

comments
ManşetTribunaYazarlar

Ruhu bədəndən qovmaq!

comments
AktualDünyanın səsiManşetŞərh

Saxta xəbərin geniş meydanı – “Forbes”

comments
AktualManşetXəbər

Parlament sədrinə müraciət

comments
Xəbər

Azərbaycan nefti nə qədər ucuzlaşıb?

comments
AktualManşetŞərh

22 milyon manatlıq itkinin hesabı

comments
AktualManşetXəbər

Narahatlıq, təklif

comments
Xəbər

Koronavirus statistikası

comments
ManşetXəbər

Londonda Azərbaycana təcavüz

comments
ManşetXəbər

1,7 manatın 4 il 5 ayı

comments
ManşetXəbər

Prezidentlərin telefon söhbəti

comments
Xəbər

Minimal üstünlük

comments
Dünyanın səsiManşetTribunaYazarlar

Rusiyadan qorxmamaq – “Vaşinqton Post”

comments
ManşetTribunaYazarlar

Vaxt qoymaq zamanı

comments
ManşetXəbər

Qarabağ yolunda durum necədir?

comments
AktualDünyanın səsiManşetXəbər

Gürcüstanın bahalıq hesabatı

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda