• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Litva Amerikadan 200-dən çox raket alır

  • 23 Dekabr 2021
  • comments
  • Novator.az
  • Posted in Dünyanın səsiManşetXəbər

Moskva ilə NATO arasında gərginliyin artdığı, rus qoşunlarının Ukrayna sərhədinə cəmləndiyi bir vaxtda ABŞ Litvaya tank əleyhinə raketlər satmağa qərar verib.

Novator.az-ın məlumatına görə, ABŞ-ın Müdafiə Təhlükəsizliyi Sahəsində Əməkdaşlıq Agentliyi (DSCA) bəyan edib ki, bu qərar Amerikanın xarici siyasətinin, milli təhlükəsizliyinin dəstəklənməsinə, Avropada sülhün və sabitliyin əsas qarantı olan NATO-nun müdafiə qabiliyyətinin, alyansın üzvü olan Litvanın öz suverenliyini, ərazi bütövlüyünü qoruması imkanlarının gücləndirilməsinə xidmət edir.

ABŞ Dövlət Departamentinin razılığı ilə qəbul edilən qərara əsasən, Litvaya ümumi dəyəri 125 milyon dollar dəyərində 230 ədəd “Javelin FGM-148F” raketi və 20 ədəd raket buraxılış qurğusu satılacaq.

Raket və qurğuların Litvaya nə vaxt çatdırılacağı açıqlanmayıb.

Satış Litvanın sifarişi əsasında həyata keçirilir. Litva ümumilikdə ABŞ-dan 341 “Javelin” raketi və 30 ədəd raket buraxılış qurğusu sifariş edib.

Sifarişə yardımçı texniki qurğular və bəzi təlimlərin keçirilməsi də daxildir.

Vaxtilə Sovet İttifaqının tərkibində olmuş, SSRİ-nin süqutundan 1 il 9 ay qabaq dövlət müstəqilliyini bərpa etmiş, 1991-ci ildə BMT-yə, 2004-cü ildə Avropa Birliyinə və NATO-ya qəbul edilmiş Litva post-sovet dövlətlərindən Rusiya, Latviya və Belarusla həmsərhəddir.

2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edən Rusiyanın 2021-ci ilin sonlarında Ukrayna ilə sərhədə yüz mindən çox qoşun toplaması Moskva ilə Kiyev arasında yeni müharibənin başlana biləcəyi ehtimalını doğurub.

Müxtəlif dövrlərdə dünya mediasında Rusiyanın Litvaya, həmçinin digər Baltikyanı dövlətlərə (Latviya, Estoniya) hərbi müdaxilə edə biləcəyi haqda da versiyalar irəli sürülüb.

Mənbə: Dsca.mil

Polad Aslanovun müalicəyə ehtiyacı var

  • 23 Dekabr 2021
  • comments

Kimdir bu Valeri?

  • 23 Dekabr 2021
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0

Tags

  • Ordu
  • Siyasət
  • Tarix

Rəylər

Do not miss

comments
Xəbər

Beşlikdə son nöqtə

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda