• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Cinayətlərin residivi: Konstitusiya Məhkəməsindən yeni qərar

  • 23 Dekabr 2021
  • comments
  • hikmet
  • Posted in Xəbər

Konstitusiya Məhkəməsinin Plenumu Gəncə Apellyasiya Məhkəməsinin müraciətinə əsaslanaraq Cinayət Məcəlləsinin 18-ci maddəsini 70-ci və 79-cu maddələr baxımından şərh edib. Rəsmi məlumata görə, qərarda deyilir ki, azadlıqdan məhrumetmə cəzasına şərti məhkum edilmiş və ya azadlıqdan məhrumetmə cəzasının çəkilməsi təxirə salınmış şəxsin yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır: “Məhkəmə Cinayət Məcəlləsinin 66.5-ci və ya 67.1-ci maddələri ilə cəza təyin edərkən digər məhkəmənin hökmünə hər hansı dəyişiklik etmək səlahiyyətinə malik deyil. Cəza təyin edilərkən əvvəlki hökmdə hüququn tətbiqi ilə bağlı olmayan və hökmün mahiyyətinə təsir göstərməyən səhvlərin və anlaşılmazlıqların aradan qaldırılması üçün müvafiq məhkəmə qarşısında məsələ qaldırılmalıdır”.

Novator.az bildirir ki, Cinayət Məcəlləsinin 18-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxsin yenidən qəsdən cinayət törətməsi cinayətin residivini yaradır. Residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər; yetkinlik yaşına çatmayanların törətdiyi cinayətlər; götürülmüş və ya ödənmiş məhkumluqlar; azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır.

70-ci maddə şərti məhkum etməni, 79-cu maddə hamilə qadınların və azyaşlı uşaqları olan şəxslərin cəza çəkməsinin təxirə salınmasını nəzərdə tutur.

66.5-ci maddəyə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmlə çəkilən cəza qəti cəza müddətinə hesablanır.

67.1-ci maddəyə görə, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir.

Yaxın ölkələrlə alış-veriş

  • 23 Dekabr 2021
  • comments

Milad havasında

  • 23 Dekabr 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0
comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0

Tags

  • Hüquq

Rəylər

Do not miss

comments
Xəbər

Bir kursun xərci

Son materiallar

comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda