• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Milli Şuradan Rusiyaya etiraz, hakimiyyətə təklif

  • 22 Dekabr 2021
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Demokratik Qüvvələrin Milli Şurası bəyanat yayıb. Novator.az-ın məlumatına görə, bəyanatda qeyd olunur ki, Rusiyanın NATO və ABŞ-a təqdim etdiyi “Regional təhlükəsizliyə dair yeni razılaşma” sənədində Azərbaycanın da dövlət müstəqilliyini təhdid edən müddəalar var: “Rusiyanın təqdim etdiyi təkliflərə əsasən, NATO və ABŞ Ukraynada, Qafqazda və Mərkəzi Asiyada özünün bütün hərbi fəaliyyətlərini dayandırmalı, sovet respublikaları olmuş müstəqil dövlətlərin NATO-ya üzv qəbul edilməyəcəyinə hüquqi təminat verməlidir. Bu təşəbbüs BMT-nin əsas prinsiplərindən olan xalqların öz müqəddəratını təyin etmə prinsipinə, Helsinki Yekun Aktının dövlətlərin suverenliyinin toxunulmazlığına dair prinsipinə və bütövlükdə beynəlxalq hüququn əsas prinsiplərinə ziddir.

Azərbaycan, eləcə də sovet respublikası olmuş digər dövlətlər hazırda tam müstəqil dövlətlərdir. Rusiyanın bu təkliflərlə keçmiş sovet respublikalarını faktiki öz nüfuz dairəsi elan etməsi bütün bu dövlətlərin, o cümlədən Azərbaycanın dövlət müstəqilliyini və suverenliyini məhdudlaşdırmaq cəhdidir. Heç bir xarici dövlət, o cümlədən Rusiya Azərbaycanın digər ölkələrlə hərbi əməkdaşlığını məhdudlaşdıra, ölkəmizin NATO-ya və ya başqa bir müdafiə ittifaqına birləşməsinə veto qoya bilməz. Hərbi tərəfdaş və müttəfiq seçmək Azərbaycan dövlətinin müstəsna hüququdur. Biz Rusiya rəhbərliyini Azərbaycanın və digər dövlətlərin müstəqilliyinə hörmət etməyə çağırırıq.

Azərbaycanın dövlət hakimiyyəti orqanları ölkəmizin müstəqilliyini təhdid edən bu təşəbbüslərin Azərbaycan üçün qəbuledilməz olduğunu rəsmən bəyan etməlidir”.

2013-cü ildə yaradılmış Demokratik Qüvvələrin Milli Şurasına tarixçi alim Cəmil Həsənli sədrlik edir. Şuranın Koordinasiya Mərkəzində AXCP sədri Əli Kərimli, Müsavat Partiyasından Tofiq Yaqublu, sabiq deputat Gültəkin Hacıbəyli və başqa müxaliflər təmsil olunur.

1949-cu ildə yaradılmış, hərbi-siyasi ittifaq olan NATO-ya 30 ölkə daxildir: ABŞ, Albaniya, Almaniya, Belçika, Bolqarıstan, Böyük Britaniya, Çexiya, Danimarka, Estoniya, Fransa, Xorvatiya, İslandiya, İspaniya, İtaliya, Kanada, Latviya, Litva, Lüksemburq, Macarıstan, Monteneqro, Niderland, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Şimali Makedoniya, Türkiyə, Yunanıstan.

“Nyu-York Post” uyğur qadının tükürpədici açıqlama...

  • 22 Dekabr 2021
  • comments

Lirə fırtınası niyə səngiyir?

  • 22 Dekabr 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Beşlikdə son nöqtə

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda