• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Lirə fırtınası niyə səngiyir?

  • 22 Dekabr 2021
  • comments
  • hikmet
  • Posted in AktualManşetŞərh

London İqtisadiyyat Məktəbinin professoru Qubad İbadoğlu Türkiyə lirəsinin devalvasiyası ilə bağlı şərh yayıb. Novator.az-ın məlumatına görə, ekspert qeyd edir ki, dekabrın 20-də ABŞ dollarının kursu 18 Türkiyə lirəsinə qədər yüksəlib, ardınca 11-12 lirəyə enib: “Həmin gün elan edilən yeni depozit qaydalarına əsasən, bankdakı pulunu 6 ay lirədə saxlayan şəxsə kurs fərqinin 50 faizi, bir il saxlayan şəxsə kurs fərqinin 100 faizi ödənəcək. Ödənəcək kurs fərqi vergilərdən azad edilib.

Yenililiyin başlıca məqsədi bankda lirəsi olanların pulu geri çəkib ABŞ dollarına çevirməsinin qarşısını almaq, vaxt qazanmaqdır. Əslində gizli faiz artımı baş verir və lirəyə tələb artdığı üçün dollar ucuzlaşmağa başlayır. Bu, qısamüddətli effekt verəcək layihədir, sonra məzənnə yenidən artmağa başlayacaq.

Ən ciddi məsələ yaranacaq məsrəflərin necə ödənməsidir. Bankların bu xərcləri ödəmək marağı və buna imkanı yoxdur. Xərcləri dövlət ödəməlidir. Nəyin hesabına? Dövriyyəyə əlavə lirə buraxılmalı, vergilər artırmalıdır ki, büdcənin maliyyə yükünü örtə bilsin. Belə olan halda inflyasiya artacaq, əhali daha da yoxsullaşacaq, büdcənin xərcləri və kəsiri artacaq, şirkətlər və bankların bir hissəsi müflisləşəcək, Türkiyə defolta doğru gedəcək.

Quyuya su tökmək yanaşması dərdə çarə ola bilməz. Türkiyədə baş verənlərdən Azərbaycan hökuməti də dərs çıxarmalıdır. Bir müddət sonra bizi daha betər aqibət gözləyir, hələ ki, neft pulları iqtisadiyyatın ayıbını örtür”.

Azərbaycan Mərkəzi Bankının məzənnə hesabatlarına görə, 2021-ci ilin ilk iş günündə 100 Türkiyə lirəsi 22 manat 91 qəpiyə satılıb. Dekabrın 22-də 100 Türkiyə lirəsi 13 manat 74 qəpik dəyərindədir.

Milli Şuradan Rusiyaya etiraz, hakimiyyətə təklif

  • 22 Dekabr 2021
  • comments

Rusiyanı qucaqlayıb boğmaq

  • 22 Dekabr 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0

Tags

  • Sosial

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda