• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Uyğurları müdafiə qanunu Senatdan da keçdi

  • 17 Dekabr 2021
  • comments
  • Novator.az
  • Posted in Dünyanın səsiManşetXəbər

Dekabrın 16-da ABŞ Konqresinin yuxarı palatası – Senat Çində uyğurların məcburi əməyə cəlb olunmasının qarşısını almağa yönəlmiş qanunu təsdiqləyib.

Novator.az xəbər verir ki, dekabrın 14-də Konqresin aşağı palatasında (Nümayəndələr Palatası) olduğu kimi Senatda da qanun yekdilliklə dəstəklənib.

Qalır prezident Cozef Baydenin qanunu imzalaması. Hələ Senatdakı səsvermədən əvvəl Ağ evin mətbuat katibi bəyan edib ki, prezident belə bir qanunun qəbulunu alğışlayır və onu hökmən rəsmiləşdirəcək.

Çində uyğurların məcburi əməyə cəlb olunması yolu ilə istehsal edilən məhsullara qadağa qoyan yeni qanunun tələbinə görə, Amerika şirkətləri xaricdən aldıqları malların qul əməyi ilə hazırlanmadığına dair sübut təqdim etməlidir.

Qanun Amerika şirkətlərinin nəinki tam, qismən məcburi əməkdən istifadə olunmaqla hazırlanmış məhsullar almasını da yasaqlayır.

Hesab edilir ki, ABŞ şirkətləri qarşısında belə bir tələbin irəli sürülməsi uyğurları əsir düşərgələrində qul kimi işlədən və ixrac etdiyi mallarla bağlı standartların sərtləşdirilməsindən çəkinən Çinin iqtisadiyyatına ciddi ziyan vuracaq.

Uyğurlar əsasən Çinin şimal-qərbində yerləşən Sincan Uyğur Muxtar Rayonunda yaşayırlar. Burada milyon yarımdan çox uyğur əsir düşərgələrində saxlanır.

Beynəlxalq qurumların hesabatlarına əsasən, Çində milyonlarla uyğur məcburi əməyə, işgəncəyə və cinsi zorakılığa məruz qalır, hökumət uyğurların kökünü kəsmək üçün qadınların uşaq dünyaya gətirməsinə də maneələr törədir.

Dünyanın bir sıra demokratik dövlətləri, o cümlədən ABŞ uyğurlara qarşı hərəkətləri soyqırımına cəhd kimi qiymətləndirir.

Mənbə: Nbcnews.com

Azərbaycanın qrupu, oyunların təqvimi

  • 17 Dekabr 2021
  • comments

Rusiyalılar Ukrayna ilə müharibə ehtimalına inanır...

  • 17 Dekabr 2021
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Qərb İran hakimiyyətini necə devirmişdi? – CNN

GLOBALS:0
comments
Xəbər

Liqalar: 82+45+109

GLOBALS:0
comments
Dünyanın səsiManşetŞərh

Savaşan dövlətlərin siyasi sistemi

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Bunker bombası və Fordodakı nüvə təsisatı – “Assoşieyted Press”

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Qərb İran hakimiyyətini necə devirmişdi? – CNN

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Qərb İran hakimiyyətini necə devirmişdi? – CNN

GLOBALS:0
comments
Xəbər

Liqalar: 82+45+109

GLOBALS:0
comments
Dünyanın səsiManşetŞərh

Savaşan dövlətlərin siyasi sistemi

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda