• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Saxarov mükafatı Navalnının qızına təqdim olundu

  • 16 Dekabr 2021
  • comments
  • Novator.az
  • Posted in Dünyanın səsiManşetXəbər

Andrey Saxarov adına “Azad düşüncə mükafatı”nın builki laureata təqdim olunması üçün Avropa Parlamentində mərasim keçirilib.

“Azad düşüncə mükafatı”nın builki laureatı Rusiyanın müxalif lideri Aleksey Navalnıdır.

Avropa Parlamenti Navalnını bu mükafata azadlıq, demokratiya və insan hüquqları uğrunda mübarizədə göstərdiyi şücaətə görə layiq görüb.

Novator.az-ın məlumatına görə, Aleksey Navalnı həbsdə olduğuna görə dekabrın 15-i Avropa Parlamentində keçirilən mərasimdə mükafat onun qızı Darya Navalnayaya verilib.

Tədbirdə Navalnının yaxın tərəfdarı Leonid Volkov da iştirak edib.

Aleksey Navalnı 2021-ci il yanvarın 17-dən Rusiyada həbsdədir. O, 2013 və 2014-cü illərdə də həbs cəzalarına məhkum edilib. 2013-cü ildə 5 il, 2014-cü ildə 3 il 6 ay müddətinə şərti həbs cəzaları alıb.

2021-ci ildə sınaq müddəti qaydalarını pozmaqda təqsirli bilinərək 2 il yarımdan çox müddətə azadlıqdan məhrum edilən Navalnıya bir neçə ay sonra Rusiya Federasiyası Cinayət Məcəlləsinin 282.1-ci (ekstremist icmanın yaradılması və ona rəhbərlik) maddəsi ilə yeni cinayət işi də açılıb. Hazırda bu iş üzrə istintaq gedir.

Həbsdə olduğu dövrdə Rusiyada Navalnının başçılıq etdiyi Korrupsiya ilə Mübarizə Fondu ekstremist fəaliyyətlə və ya terrorla məşğul olan təşkilatlar siyahısına daxil edilib, fondun fəaliyyəti rəsmən dayandırılıb.

Hazırda Aleksey Navalnı Moskva ətrafında yerləşən 2 saylı ümumi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkir.

Avropa Parlamentinin təsis etdiyi “Azad düşüncə mükafatı” 1988-ci ildən bəri insan hüquqları və fikir azadlığı uğrunda mübarizəyə görə verilir. SSRİ dövrünün məşhur dissidenti akademik Andrey Saxarovun adını daşıyan mükafatın fondu 50 min avrodur.

Mənbə: Euronews.com

Azad bölgəyə reyd

  • 16 Dekabr 2021
  • comments

Media qanunu: layihəni geri çəkmək təklif olunur

  • 16 Dekabr 2021
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Beşlikdə son nöqtə

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda