• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Cəbhəçinin işi Bakı Apellyasiya Məhkəməsinə qaytarıldı

  • 16 Dekabr 2021
  • comments
  • hikmet
  • Posted in Xəbər

Dekabrın 16-da Ali Məhkəmə AXCP üzvü Paşa Umudovun şikayəti üzrə qərar çıxarıb. Cəbhəçi məhkəməyə bəraət istəyi ilə üz tutmuşdu.

2019-cu il oktyabrın 15-i Bakıda tutulan Paşa Umudov Nərimanov Rayon Məhkəməsinin 7 avqust 2020-ci il hökmü ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Cəbhəçi satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə saxlamada təqsirli bilinib. Paşa Umudov ittihamı saxta adlandırır, siyasi fəaliyyətinə görə şərləndiyini deyir.

Bakı Apellyasiya Məhkəməsi 2020-ci il oktyabrın 27-də Paşa Umudovun cəzasını qüvvədə saxlayıb. “Turan”ın məlumatına görə, 2021-ci il dekabrın 16-da Ali Məhkəmə işin Bakı Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar çıxarıb.

Novator.az bildirir ki, hazırda daha 4 AXCP üzvü azadlıqdan məhrumetmə cəzası çəkir.

2018-ci il mayın 25-də tutulan Aqil Məhərrəmov xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıqda və mütəşəkkil dəstənin cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırmasında təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum olunub.

2020-ci il aprelin 16-sı tutularaq 30 sutka inzibati həbs verilən, sonra cinayət məsuliyyətinə cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilən Niyaməddin Əhmədov 13 il müddətinə azadlıqdan məhrum edilib. O, terrorçuluğu maliyyələşdirmə; qanunla mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaları qanunsuz olaraq hazırlama, əldə etmə, saxlama, daşıma, gəzdirmə, başqasına vermə və ya satma; dövlət əleyhinə yönələn açıq çağırışlar etməyə hazırlıqda təqsirli bilinib.

Zamin Salayev 2020-ci il aprelin 20-də böhtan və təhqirdə təqsirli bilinərək 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. 2021-ci il noyabrın 5-də Milli Məclisin verdiyi amnistiya qərarı ilə onun cəzası 6 ay azaldılıb.

2021-ci il avqustun 11-də tutulan Aqil Hümmətov ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası alıb.

Nə qədər işsiz var? (Rəsmi)

  • 16 Dekabr 2021
  • comments

Bayden uyğurları müdafiə qanununu alqışlayır

  • 16 Dekabr 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda