• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Yenə köhnə “yox”

  • 15 Dekabr 2021
  • comments
  • hikmet
  • Posted in AktualManşetXəbər

Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan dövlət xadimi Eldar Həsənov 13 dekabr prosesində deyib ki, səhhəti təhlükəli həddədir, hətta hakimlərin özlərinin müəyyənləşdirdiyi istənilən həkimin onu müayinə etməsinə razıdır. Meydan.tv-nin məlumatına görə. Eldar Həsənov dekabrın 10-da Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında rəsmi şəxslərin, o cümlədən həkimin, vəkilinin iştirakı ilə müzakirələr aparıldığını qeyd edib: “Həmçinin səhhətim müzakirə olundu. Dərmanların çoxluğu dəhşətli fəsadlar verir. Bu baxımdan sizdən xahiş edirəm özünüzün tanıdığınız, bildiyiniz bir həkim verin, dərmanlarımın sayının azalmasına kömək eləsin”.

Eldar Həsənovun sözlərinə görə, Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalında müalicə alarkən baş həkim konsiliumda təlimat verib ki, dərmanların sayı azaldılsın, dərmanlar çoxdur, bu da orqanizmdə əlavə fəsadlar yaradır: “Konsiliumda iştirak edən həkimlər kollegial olaraq mənə bildirdilər ki, dərmanlarımın sayını azaltmaq məsələsində məsuliyyəti heç bir həkim üzərinə götürmür. Bu gün qəbul etdiyim dərmanların sayı 31-ə çatıb. Məhkəmədə tibbi sənədlər var, 3 ay 8 gündür mənim nəbzimi 100-dən aşağı sala bilmirlər. Bəzən 128-ə qədər qalxır. Mənim yaşımda üç aydan artıq nəbzin 100-dən aşağı düşməməsi ağır nəticələrə gətirib çıxara bilər. Mən xroniki ürək xəstəliyinə görə dəfələrlə əməliyyat keçirmişəm. Təcridxanada bir həkim, bir tibb bacısı var. Məsuliyyətli, vicdanlı insanlardır. 7 gündür ki, dəhşətli ürək sancmalarından əziyyət çəkirəm. Möhtərəm hakim, özünüzü həm insanların, həm də Allahın qarşısında bu günahlara batırmayın. Kimi məsləhət bilirsinizsə, onun iştirakı ilə müayinə olunmağıma icazə verin. Müdafiəçilərimin təqdim etdiyi çoxsaylı həkimlərin heç birinə icazə vermədiniz. Kimi məsləhət bilirsinizsə, bildirin, dərmanların sayının azaldılmasında və nəbzin aşağı salınmasında gəlib mənə kömək eləsin, ürək sancıları səngisin. Başqa xəstəliklərim haqda danışmaq istəmirəm”.

Eldar Həsənov əlavə edib ki, əcnəbi həkimləri onun hazırkı durumunda yardım edə bilmək üçün müayinələrin nəticələrini istəyiblər, lakin laboratoriya analizləri üçün də məhkəmənin razılıq məktubu olmalıdır: “Mən 20 il müayinə olunduğum xəstəxananın Türkiyə və İsveçrədən olan həkimlərinin tövsiyəsi ilə analizlər verməliyəm. Dövlət Təhlükəsizliyi Xidmətinin hospitalının laboratoriyası o analizləri götürmək imkanına malik deyil. Bakıda bir neçə laboratoriya var ki, orada həmin analizlər götürülür. Dərmanların sayının azaldılması üçün analizlər zəruridir. Birmənalı dedilər ki, hakimin məktubu kifayətdir, onun əsasında laboratoriya analizləri məsələsini həll edə bilərik. Mən obyektiv həqiqəti çatdırıram, qalanını sizin özünüzə buraxıram. Hər şey qeyd olunur, tarix bilər, siz bilərsiz”.

Əfqan Hacıyevin sədrlik etdiyi hakimlər kollegiyası Eldar Həsənova həkimlərlə bağlı məsələdə yenə “yox” deyib.

Noyabrda vəkillər Eldar Həsənovu tibb elmləri doktoru, professor Adil Qeybullanın, dekabrda etibar etdiyi əcnəbi həkimin müayinə etməsinə icazə verilməsini istəyiblər. Vəsatətlər təmin edilməyib. Bildirilib ki, Eldar Həsənovun saxlandığı Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında həkim və tibbi avadanlıq var.

Eldar Həsənov 1955-ci il oktyabrın 10-da Kəlbəcərin Laçın kəndində doğulub. Bakıda indiki Azərbaycan Texniki Universitetini elektronika mühəndisi ixtisası, Moskvada SSRİ Daxili İşlər Nazirliyinin Akademiyasını hüquqşünas ixtisası ilə bitirib.

1977-ci ildən Azərbaycanın Daxili İşlər Nazirliyi sistemində çalışıb, müfəttiş, baş müfəttiş, cinayət-axtarış şöbəsinin rəis müavini, rəisi postlarını tutub, Bakının Nizami rayonunun, Gəncə şəhərinin milis rəisi, İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, daxili işlər nazirinin birinci müavini olub.

1993-1995-ci illərdə baş prokurorun birinci müavini, 1995-2000-ci illərdə baş prokuror vəzifəsində xidmət edib. Ədliyyə general-leytenantıdır.

2001-ci il martın 28-dən Eldar Həsənov Azərbaycanın Rumıniyada fövqəladə və səlahiyyətli səfiri olub, 2009-cu il sentyabrın 14-dən ölkəni həmçinin Serbiyada, 2010-cu il iyulun 28-dən eyni zamanda Monteneqroda, həmin il avqustun 31-dən həmçinin Bosniya və Herseqovinada təmsil edib. 2013-cü il martın 28-də onun Rumıniyadakı təmsilçiliyinə xitam verilib.

2020-ci il avqustun 13-ü Bakıda tutulan, avqustun 17-də səfir postundan çıxarılan Eldar Həsənova maliyyə pozuntularına yol verilməsi, dövlətə külli miqdarda ziyan vurulması üzrə ittihamlar irəli sürülüb. Eldar Həsənov ittihamları rədd edir.

Həbs olunduğu gündən Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında saxlanan Eldar Həsənov Bakı Ağır Cinayətlər Məhkəməsində 2021-ci il sentyabrın 3-dən mühakimə olunur.

Prosesə məhkəmə sədrinin müavini Əfqan Hacıyev sədrlik edir, hakimlər kollegiyasına Əhməd Quliyev və Zeynal Ağayev də daxildir.

Səhhəti ağır olan Eldar Həsənov 2021-ci ildə üç dəfə (iyul, avqust, oktyabr aylarında) Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalında müalicə alıb.

Eldar Həsənov hüquq elmləri doktoru, professordur. Gəncə Pedaqoji Universitetinin müəllimi, Azərbaycan Pedaqoji Universitetinin dosenti olub.

Mütəşəkkil cinayətkarlıq, xüsusilə terrorizm və narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair və digər mövzularda Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan, Almaniya, Rumıniya, Makedoniya, Ukrayna, Serbiya, Monteneqroda nəşr olunmuş kitabların, dərslik və dərs vəsaitlərinin, elmi və publisistik əsərlərin müəllifidir.

Eldar Həsənov

Şikayət verilib

Məhkəmə qərarı dəyişmədi

Eldar Həsənov həbsi barədə nə deyir?

Eldar Həsənovun bir istəyi təmin olundu

Eldar Həsənov xəbəri rəsmən təsdiqləndi

Eldar Həsənovun səhhəti yaxşı deyil

Eldar Həsənovun gündəliyindən

“Mənim düşmənim yoxdur, ermənidən başqa”

Eldar Həsənovu buraxmadılar

Eldar Həsənov qərarı dəyişirmi?

Eldar Həsənov – 65

Ziyalıların prezidentə müraciəti

Eldar Həsənovun vəkili: “Səhhətində təhlükəli problemlər var”

Gənclərin prezidentə Eldar Həsənov müraciəti

Eldar Həsənovun vəkili nələr deyir?

Eldar Həsənovun vəkilləri prezidentə üz tutub

Avropa Məhkəməsi Bakıya Eldar Həsənovla bağlı sorğular göndərib

Eldar Həsənov prosesdə iştirakdan imtina edib. Məhkəmə qərar verib

Eldar Həsənovun qəbul etdiyi dərmanların siyahısı açıqlanıb

Avropa Məhkəməsindən Eldar Həsənov qərarı, tələb

Heydər Əliyev Eldar Həsənova Ərdoğanla bağlı nə tapşırmışdı?

Avropa Məhkəməsinin qərarı icra olunmur, vəziyyət ağırlaşır

Eldar Həsənovun işi yeni mərhələdə

“Adamlarımızı asanlıqla xərcləməyək!” (Eldar Həsənov barədə)

Eldar Həsənov Hərbi Hospitala köçürüldü

Eldar Həsənov reabilitasiya kursu keçir

Eldar Həsənov təcridxanaya qaytarılıb

Eldar Həsənovun vəkillərinin müraciəti

Eldar Həsənov yenə hospitaldadır

Müayinə və müalicə davam edir

Eldar Həsənovun səhhəti daha da ağırlaşıb

Həbsin bir ili

Eldar Həsənovun işi məhkəməyə getdi

Eldar Həsənovun ittiham olunduğu maddələr

Eldar Həsənovun açıqlaması

Eldar Həsənovun məhkəməsi təyin olunub

Eldar Həsənovun vəkili yeni açıqlama yayıb

Eldar Həsənovun işi: hazırlıq iclasının vaxtı dəyişdi

Eldar Həsənovun məhkəməsində

Eldar Həsənovun vəkili balaca zaldakı böyük problemlərdən söz açır

Eldar Həsənovun mühakiməsi, yeni vəsatətlər

Eldar Həsənov: “Qəsdimə yönələn istintaq aparılıb”

Eldar Həsənovun məhkəməsində gərginlik yaşanıb

Eldar Həsənov: “Fələk oğlu fələk də dözməz bu haqsızlıqlara”

Ev dustaqlığına yox deyildi. Eldar Həsənovun vəziyyəti yenə pisləşdi

“Hamınızın bildiyi şöbə müdiri xəbər göndərib ki…”

Eldar Həsənov məhkəmədə yenə özünü pis hiss edib

Eldar Həsənovun qızı Mehriban Əliyevaya müraciət edib

Eldar Həsənovun məhkəməsində bir mərhələ bitdi

Avropa Məhkəməsindən Eldar Həsənov sualları

Kəlbəcərlilərdən prezidentə Eldar Həsənov müraciəti

Eldar Həsənovun qızı: “Atamla bərabər həbs yaşayırıq”

Eldar Həsənov yenə hospitala köçürülüb

Eldar Həsənov təcridxanaya qaytarılıb

Kəlbəcərli ziyalılar Eldar Həsənova azadlıq istəyir

Eldar Həsənovun qızı: “Kömək edin, ədaləti bərpa edin”

108 yaşlı qadından Eldar Həsənov müraciəti

Eldar Həsənov qızına nə tapşırıb?

Proses 15 dəqiqə çəkib, Eldar Həsənov zaldan xərəkdə çıxarılıb

“Ayıbdır. Bu qədər qanunsuzluğa məəttəl qalmışam”

Eldar Həsənovun uduşu

Eldar Həsənov: “Yaşamaq hüququmu tələb edirəm”

Avropa Məhkəməsi Eldar Həsənovla bağlı daha bir qərar qəbul edib

Eldar Həsənovun işi: bir iclasın özü və əks-sədası

Eldar Həsənovun istəyi

“Bu qədər qərəz, bu qədər qisas olarmı?”

Naharda müzakirə

  • 14 Dekabr 2021
  • comments

Yeni razılaşmalar

  • 15 Dekabr 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Beşlikdə son nöqtə

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda