Dövlət Miqrasiya Xidməti 2021-ci ilin noyabr ayının hesabatını yayıb. Açıqlamaya görə, miqrasiya sahəsində pozuntular üzrə 877 qərar çıxarılıb: “173 qərarda cərimə ödəməklə ölkəni tərk etmək tələbi yer alıb, 334 qərarda ölkədə yaşamanı qanuniləşdirmək rəsmiləşib.
11 qərar ölkədən inzibati qaydada çıxarılmaqla cərimə tətbiqini, 321 qərar ölkəyə girişə məhdudiyyəti nəzərdə tutub.
Azərbaycan ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazə sənədinin itirilməsi ilə bağlı 21, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulması ilə bağlı 12, qeydiyyat qaydalarının pozulması ilə bağlı 5 qərar qəbul edilib”.