Dekabrın 10-da “Turan” informasiya agentliyi “Media haqqında” qanun layihəsinin mətnini yayıb. Agentlik layihəni qeyri-rəsmi mənbələrdən əldə etdiyini bildirir.
Rəsmi məlumatlarda prezident İlham Əliyevin 12 yanvar 2021-ci il fərmanı əsasında “Media haqqında” qanun layihəsinin hazırlandığı və Milli Məclisə təqdim olunduğu bildirilsə də, həmin sənəd hələ dərc olunmayıb.