• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Mərkəzi Bankın hesabatından nələr görünür?

  • 10 Dekabr 2021
  • comments
  • hikmet
  • Posted in AktualManşetŞərh

İqtisadçı Rövşən Ağayev Mərkəzi Bankın 2021-ci ilin yanvar-sentyabr ayları üzrə ödəmələr balansı statistikasına nəzər salıb. Novator.az-ın məlumatına görə, ekspert yazır ki, 2020-ci ildə cari hesablar balansında qeydə alınmış 202,3 milyon dollarlıq defisiti bu il 3,9 milyard dollar artıqlıq əvəzləyib: “Səbəb neftin qiymətidir. Cari hesablar balansının neft seqmentində müsbət saldo 8,2 milyard dollara yüksəlib. Amma qeyri-neft seqmenti üzrə ənənəvi defisitin məbləği demək olar dəyişməyib və 4,2 milyard dollar ətrafındadır.

Azərbaycanın turizm xidmətləri balansının kəsiri böyüyüb. Ötən il 66 milyon dollar kəsir qeydə alınmışdı, 2021-ci ildə kəsir 243,6 milyon dollara yüksəlib. Səbəb Azərbaycanın turizm xidmətləri ixracının 243,7 milyon dollardan 123,7 milyon dollara düşməsidir. Turizm xidmətləri idxalı ilə bağlı məbləğ demək olar dəyişməyib, hər iki ildə 360 milyon dollara yaxın olub.

İlkin gəlirlər balansının kəsiri 800 milyon dollardan 1 milyard 65 milyon dollara böyüyüb. Səbəb xarici neft-qaz şirkətlərinin ölkədən repatriasiya etdiyi gəlirlərin məbləğinin 1 milyard 473 milyon dollardan 1 milyard 927 milyon dollara yüksəlməsidir. Azərbaycan rezidentlərinin xaricdən faiz və mənfəət formasında əldə etdiyi vəsaitlərin ilkin gəlirlər formasında ölkəyə gətirdiyi məbləğlər də artıb, 1 milyard 163 milyon dollardan 1 milyard 315 milyon dollara yüksəlib.

Tikinti xidmətləri balansının kəsiri ciddi şəkildə artıb, 846 milyon dollardan 1 milyard 328 milyon dollara qalxıb. Səbəb neft-qaz layihələri üzrə tikinti sifarişlərinin artımıdır.

Fiziki şəxslərə göndərilən pul baratlarının həcmində 90 milyon dollara yaxın artım var.

Maliyyə hesabının defisiti 500 milyon dollara yaxın azalıb.

2020-ci ildə səbəbi (mənşəyi) dəqiq olmayan axınlar hesabına ölkəyə 517,8 milyon dollar xalis kapital girişi baş vermişdisə, bu il həmin kanalla ölkədən 40,1 milyon dollar xalis kapital çıxışı baş verib.

Bu il tədiyyə balansının ümumi saldosu müsbət olub və 2 milyard 437 milyon dollar təşkil edib. Ötən ilin 9 aynda 1 milyard 804 milyon dollar mənfi göstərici vardı. Tədiyyə balansı neftin Azərbaycan iqtisadiyyatındakı yerini və hegemoniyasını daha çılpaq göstərən ən yaxşı statistikadır”.

Ələkdən keçənlər

  • 10 Dekabr 2021
  • comments

Sovetlərsiz əhali

  • 10 Dekabr 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Dünyanı zəbt eləyən yumşaq güc

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

Fələstinə dəstəyin cəzası var

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Media bayramına sözardı

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Yeni nəsil “Alo” demir ki… – “Business İnsider”

GLOBALS:0

Tags

  • Sosial

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Dünyanı zəbt eləyən yumşaq güc

Son materiallar

comments
ManşetTribunaYazarlar

Dünyanı zəbt eləyən yumşaq güc

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

Fələstinə dəstəyin cəzası var

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Media bayramına sözardı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda