• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Pekin boykot olunur. Dünyada uyğur soyqırımına diqqət artır

  • 09 Dekabr 2021
  • comments
  • Novator.az
  • Posted in Dünyanın səsiManşetXəbər

2022-ci ilin fevral ayında Pekində keçiriləcək Qış Olimpiya Oyunlarını boykot edən ölkələrin sayı artır.

Novator.az xəbər verir ki, boykot qərarını ilk dəfə dekabrın 6-da ABŞ elan edib. Bir neçə günün içində daha dörd ölkə – Yeni Zelandiya, Avstraliya, Böyük Britaniya və Kanada Pekin-2022-ni boykot etdiyini açıqlayıb.

Boykot qərarı verən ölkələrin hamısının rəhbərləri bunu Çində insan hüquqlarının pozulması ilə əlaqələndirirlər.

Eyni zamanda ABŞ kimi digər ölkələr də yalnız siyasi boykota getdiklərini bəyan edirlər. Yəni istər ABŞ, istərsə də Yeni Zelandiya, Avstraliya, Böyük Britaniya və Kanada idmançıların yarışda iştirakına icazə verəcək, amma bu ölkələrin heç bir dövlət, hökumət nümayəndəsi olimpiada ilə əlaqədar Pekinə yollanmayacaq.

Beynəlxalq insan haqları qurumları neçə vaxtdır demokratik dövlətləri Pekin-2022 Qış Olimpiya Oyunlarını boykot etməyə çağırır. Amma hüquq müdafiəçiləri tam boykotun, yəni idmançıların da Pekinə getməməsinin tərəfdarıdır.

Artıq beş ölkənin elan etdiyi boykot qərarı – yalnız diplomatik səviyyədə olsa da – bu çağırışlara müsbət cavab kimi qiymətləndirilə bilər.

Eyni zamanda ard-arda boykot qərarlarının elan olunması Çində uyğurlara qarşı törədilən cinayətlərin dünyada daha geniş rezonans doğurması, Çinin kommunist rejiminin uyğur icması əleyhinə yürütdüyü sıyqırımı siyasətinin beynəlxalq miqyasda daha çox diqqət cəlb etməsi deməkdir.

Məsələ burasındadır ki, hüquq müdafiəçilərinin boykot çağırışlarında Çində insan hüquqlarının amansızcasına pozulması hallarından bəhs edilərkən demək olar həmişə ilk növbədə uyğurlara verilən zülmlər xatırladılır. Uyğurların məcburi əməyə, işgəncəyə və cinsi zorakılığa məruz qalması, uyğur qadınların uşaq dünyaya gətirməsinə maneələr törədilməsi kimi hallara diqqət çəkilir.

Uyğurlar əsasən Çinin şimal-qərbində yerləşən Sincan bölgəsində yaradılmış Uyğur Muxtar Rayonu ərazisində yaşayırlar. Bura guya etnik özünüidarəetmə rayonudur, əslində isə muxtariyyət tam formal xarakter daşıyır. Rayonu idarə edən Kommunist Partiyası katiblərinin, yəni yerli məmurların böyük əksəriyyəti, demək olar hamısı çinlidir.

Sincan Uyğur Muxtar Rayonunda bir milyondan çox uyğur əsir düşərgələrində saxlanır.

2021-ci ilin yanvarında ABŞ Dövlət Departamenti uyğurlara qarşı hərəkətləri rəsmən soyqırımına cəhd adlandırıb. Oxşar qiymətləndirmə Dövlət Departamentindən qabaq Kanada və Niderland parlamentlərində də qəbul olunub.

Hüquq müdafiəçiləri və hüquq müdafiə qrupları dəfələrlə bəyan ediblər ki, Çin hökuməti uyğurlara münasibətdə insanlıq əleyhinə cinayətlər törədir və BMT-nin Soyqırımı Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması Haqqında Konvensiyasının bütün müddəalarını pozur.

2021-ci ilin noyabrında ABŞ-ın Holokost Memorial Muzeyi Çində uyğurlara qarşı törədilən repressiyalarla bağlı “Bizi yavaş-yavaş yox etmək üçün: Çin hökumətinin uyğurlara hücumu” adlı hesabat yayıb.

Hesabatda Çin hökumətinin Sincan Uyğur Muxtar Rayonunda yaşayan milyonlarla uyğur müsəlmana verdiyi zülmlərə dair sübutlar əks olunub. Hesabat müəllifləri Çində 3 milyon uyğurun məcburi əməyə, işgəncəyə və cinsi zorakılığa məruz qaldığını aşkarlayıblar. Hesabatda Çin hökumətinin uyğur icmasına hücumunun olduqca ciddi və geniş xarakter daşıdığı, uyğurların kökünü kəsmək üçün qadınların uşaq dünyaya gətirməsinə maneələr törədildiyi, bir milyondan çox uyğurun əsir kimi düşərgələrdə saxlandığı vurğulanıb.

Holokost Memorial Muzeyi Çin hökumətinin əməllərini soyqırımı siyasətinə bərabər tutub və bu cinayətlərə dərhal son qoyulmasına, xüsusilə uyğur qadınların məcburən abort edilməsi hallarının qarşısını almaq üçün qəti addımlar atılmasına çağırıb.

Çindəki uyğurların ABŞ, Yeni Zelandiya, Avstraliya, Böyük Britaniya və Kanada hökumətlərinin Pekin-2022-ni boykot etməsinə münasibətinin necə olduğu bəlli deyil. Çin totalitar, qapalı dövlətdir. Lakin müacir uyğurlar bu qərarları sevinclə qarşılayırlar. ABŞ-ın “Röyters” agentliyi bugünlərdə Türkiyəyə sığınmış uyğurları danışdırıb. Türkiyədə 50 min nəfərə yaxın uyğurun sığınacaq tapdığı bildirilir. Uyğurlar “Röyters”ə açıqlamalarında Pekin-2022 Qış Olimpiya Oyunlarının boykot edilməsini alqışlayıblar və bütün sicil dövlətləri boykota qoşulmağa səsləyiblər.

Mənbələr: ABCNews.go.com, Bloomberg.com, Dw.com, Reuters.com

Manat qarşısında lirə (İlin məzənnələri)

  • 09 Dekabr 2021
  • comments

Saleh Rüstəmovun oğlu prezidentə səsləndi

  • 09 Dekabr 2021
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0

Tags

  • Hüquq
  • İdman
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Beşlikdə son nöqtə

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda