• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

MDB-nin 30 yaşı

  • 08 Dekabr 2021
  • comments
  • hikmet
  • Posted in AktualDünyanın səsiManşetXəbər

Dekabrın 8-də Müstəqil Dövlətlər Birliyinin (MDB) 30 yaşı tamam olur. Novator.az bildirir ki, MDB 1922-ci ildə yaradılan, 1991-ci ildə çökən Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) qalıqları üzərində qurulub. Dağılarkən SSRİ-yə 15 respublika daxil idi: Estoniya, Latviya, Litva, Belarus, Moldova, Ukrayna, Rusiya, Gürcüstan, Ermənistan, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tacikistan.

MDB-nin əsası Rusiya, Belarus və Ukrayna dövlət başçılarının 8 dekabr 1991-ci ildə Belarusda imzaladığı sazişlə qoyulub.

1991-ci il dekabrın 20-də Azərbaycan Ali Sovetinin Milli Şurası ölkənin Müstəqil Dövlətlər Birliyinə qoşulmasını məqsədəuyğun saymayan qərar qəbul edib.

21 dekabr 1991-ci ildə Almatıda (Qazaxıstan) Moldova, Azərbaycan, Ermənistan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tacikistan 8 dekabr sazişini imzalayaraq MDB-yə qoşulublar, bu ölkələrin, eləcə də Rusiya, Ukrayna, Belarusun dövlət başçıları MDB-ni rəsmiləşdirən birgə bəyannamə qəbul ediblər.

7 oktyabr 1992-ci ildə Milli Məclis 1991-ci il dekabrın 21-də Almatıda Azərbaycan Respublikası adından imzalanmış Müstəqil Dövlətlər Birliyi haqqında sazişi təsdiqləməyib.

22 yanvar 1993-cü ildə Minskdə (Belarus) MDB-nin nizamnaməsi qəbul olunub. Sənəd Ukrayna və Türkmənistanda ratifikasiya olunmayıb, həmin vaxtdan bu iki dövlət MDB-nin üzvləri yox, təsisçiləri və iştirakçıları sayılıb.

20 sentyabr 1993-cü ildə Azərbaycan Milli Məclisi ölkənin Müstəqil Dövlətlər Birliyinə qoşulması barədə qərar çıxarıb. Sentyabrın 24-də məsələ həllini tapıb.

1993-cü il dekabrın 9-da Gürcüstan da MDB-yə qoşulub.

Rusiyanın hərbi-siyasi təcavüzünə məruz qalan Gürcüstan 18 avqust 2008-ci ildə MDB-dən çıxmaq barədə nota verib. Təşkilatın nizamnaməsinə uyğun olaraq bir il sonra – 18 avqust 2009-cu ildə Gürcüstanın MDB-dən ayrılması rəsmiləşib.

Rusiyanın hərbi-siyasi təcavüzü ilə üzləşən Ukrayna 2014-cü ildən başlayaraq MDB-nin tədbirlərini boykot edir və qurumdan ayrılmaq istiqamətində rəsmi qərarlar çıxarır…

MDB-nin icra orqanı Minskdə yerləşir. İcraiyyə Komitəsinin sədri-icraçı katib postunu rusiyalı Sergey Lebedev tutur.

Üzülmək ərəfəsi

  • 08 Dekabr 2021
  • comments

“Hakimiyyət bilməlidir ki…”

  • 08 Dekabr 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət
  • Tarix

Rəylər

Do not miss

comments
Xəbər

Beşlikdə son nöqtə

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda