Bakuresearchinstitute.org saytı iqtisadi fəaliyyət növləri orta maaş göstəricilərinə nəzər salıb. Rəsmi statistikanın hesabatına əsaslanan ekspertlər qeyd edirlər ki, 2020-ci ildə orta aylıq nominal əməkhaqqı 707 manatı ötsə də, muzdlu işçilərin 72 faizi həmin məbləğdən az maaş alıb. İşçilərin 8,1 faizinə 500 manatadək, 52,7 faizinə 500-600 manat, 30,3 faizinə maksimum 1000 manatadək, 8,9 faizinə 1000 manatdan yuxarı məbləğdə əməkhaqqı verildiyi vurğulanır.
Novator.az-ın məlumatına görə, Dövlət Statistika Komitəsi 2021-ci il oktyabrın 1-nə muzdla çalışan işçilərin sayını 1 milyon 699,3 min nəfər, onların orta aylıq nominal əməkhaqqını 723,2 manat göstərib. İqtisadi fəaliyyət növləri orta maaş baxımından belə sıralanıb:
mədən sənayesi – 3121,8 manat;
maliyyə və sığorta fəaliyyəti – 1985,9 manat;
peşə fəaliyyəti, elmi və texniki fəaliyyət – 1178,8 manat;
informasiya və rabitə – 1154,7 manat;
dövlət idarəetməsi və müdafiə; sosial təminat – 960,5 manat;
nəqliyyat və anbar təsərrüfatı – 926,7 manat;
tikinti – 872,3 manat;
elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı – 767,6 manat;
emal sənayesi – 676,9 manat;
daşınmaz əmlakla əlaqədar əməliyyatlar – 663,6 manat;
turistlərin yerləşdirilməsi və ictimai iaşə – 576,5 manat;
su təchizatı, tullantıların təmizlənməsi və emalı – 549,2 manat;
əhaliyə səhiyyə xidməti və sosial xidmətlərin göstərilməsi – 546,7 manat;
istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət – 530,8 manat;
ticarət; nəqliyyat vasitələrinin təmiri – 530,4 manat;
təhsil – 522,6 manat;
kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq – 446,3 manat;
inzibati və yardımçı xidmətlərin göstərilməsi – 430,5 manat;
digər sahələrdə xidmətlərin göstərilməsi – 732 manat.
Ölkədə minimum maaş 250 manatdır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hesabatına görə, 2021-ci ilin əvvəlinə ölkədə muzdla çalışan işçilərin azı yarısının aylıq əməkhaqqı maksimum 343 manat olub.