• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ermənistanda dil bəlası

  • 08 Dekabr 2021
  • comments
  • hikmet
  • Posted in Dünyanın səsiManşetXəbər

Ermənistan hakimiyyəti ətrafında yeni siyasi gərginlik yaşanır: hədəfdə parlament sədri Alen Simonyandır.

Dekabrın 7-də Alen Simonyanın bir nəfərlə ayaqüstü söhbətinin videosu yayılıb. Həmin söhbətdə Alen Simonyan Azərbaycanla son sərhəd toqquşmasında əsir düşmüş erməni hərbi qulluqçular barədə ağır ifadələr işlədib, onları silahı atıb qaçmaqda, fərarilikdə ittiham edib.

Video müxalifətin, ictimaiyyətin müəyyən kəsimlərinin, o cümlədən əsir və itkin sayılan hərbçilərin ailə üzvlərinin hiddətinə səbəb olub. Dekabrın 7-dən hökumət binasının qarşısında aksiyalar keçirilib, dekabrın 8-də aksiyaçılar parlament binasının qarşısına toplaşıb. Onlar Alen Simonyanın izahat verməsini tələb edirlər, istefa şüarları da səslənir.

2021-ci il noyabrın 16-sı Ermənistanla dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində döyüşlər gedib, Azərbaycan Ordusunun 1 leytenantı, 1 giziri, 1 kiçik çavuşu, 4 əsgəri şəhid olub, 10 hərbi qulluqçusu yaralanıb.

Ermənistan silahlı qüvvələri də itki verib, onlarca hərbi qulluqçu əsir alınıb.

Novator.az bildirir ki, Alen Simonyan 5 yanvar 1980-ci ildə doğulub. Yerevan Dövlət Universitetinin hüquq fakültəsini bitirib, Milli Elmlər Akademiyasında siyasi elmlər üzrə magistr dərəcəsi alıb.

Məhkəmə sistemində, bank sektorunda çalışıb, sahibkar kimi fəaliyyət göstərib, jurnalistika ilə məşğul olub, Yerevan Şəhər Şurasında təmsil edilib.

Hakim Vətəndaş Sazişi Partiyasının üzvü olan Alen Simonyan 2019-2021-ci illərdə parlament sədrinin müavini postunu tutub, 2021-ci il avqustun 2-dən parlament sədridir.

Evlidir, üç övladı var.

Vətəndaş Sazişi Partiyasına baş nazir Nikol Paşinyan sədrlik edir. O, baş nazir postuna 2018-ci il mayın 8-də xalq hərəkatı dalğasında gəlib.

2018-ci il dekabrın 9-da keçirilmiş növbədənkənar parlament seçkisində Nikol Paşinyanın “Mənim addımım” bloku qələbə qazanaraq təkbaşına hökumət qurub.

2021-ci il aprelin 25-də Nikol Paşinyan və hökuməti növbədənkənar parlament seçkisi naminə istefaya gedib. Mayın 10-da qanunverici orqan buraxılıb, iyunun 20-nə növbədənkənar parlament seçkisi təyin olunub. 20 iyun seçkisində Vətəndaş Sazişi Partiyası 107 nəfərlik parlamentə 71 deputat yeri qazanaraq hökumət qurmaq hüququ əldə edib.

Avqustun 2-də yeni parlament fəaliyyətə başlayıb, həmin gün Nikol Paşinyan baş nazir postuna təyinat alıb.

Baydenlə Putin bir-birilərinə nə deyiblər?

  • 08 Dekabr 2021
  • comments

37 dollar bahasına

  • 08 Dekabr 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

2024-2025 mövsümünün qalibi

GLOBALS:0
comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

2024-2025 mövsümünün qalibi

Son materiallar

comments
Xəbər

2024-2025 mövsümünün qalibi

GLOBALS:0
comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda