Dövlət xadimi Eldar Həsənov 2021-ci il sentyabrın 3-dən Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur. Prosesə Əfqan Hacıyev sədrlik edir, hakimlər kollegiyasına Əhməd Quliyev və Zeynal Ağayev də daxildir.
1957-ci il təvəllüdlü Əfqan Hacıyev Vəkillər Kollegiyasının Rəyasət Heyətində kuryer, katib postlarını tutub, Bakıda vəkillik fəaliyyəti göstərib, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hakimi olub. 2011-ci ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi, 2018-ci ildən məhkəmə sədrinin müavinidir.
Meydan.tv-nin məlumatına görə, dekabrın 3-də keçirilən məhkəmə prosesində vəkillər Eldar Həsənovun səhhətində ciddi problemlər olduğunu vurğulayaraq etibar etdiyi həkimin onu müayinə və müalicə etməsinə icazə verilməsini istəyiblər. Vəsatətdə əcnəbi həkimin müayinəyə buraxılması istəyi yer alıb.
Hakimlər vəsatəti təmin etməyib. Bildirilib ki, Eldar Həsənovun saxlandığı Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında həkim və tibbi avadanlıq var.
Bundan sonra vəkillər Əfqan Hacıyevə etiraz verib. Vəkil Cavad Cavadov deyib ki, məhkəmə Eldar Həsənovun müdafiəsi üçün zəruri olan heç bir vəsatəti təmin etmir: “Müdafiə tərəfinin bütün vəsatətləri rədd edilir. Özü də rədd qərarı əsaslandırılmır. Bəzən vəsatət digər hakimlərlə müzakirəyə də çıxarılmır. Qanuna görə, vəsatətlə bağlı qərar əsaslandırılmalıdır, orada ərizəçinin dəlillərinə verilmiş qiymət əksini tapmalıdır. İşin hərtərəfli, obyektiv araşdırılması, cinayət prosesində iştirak edən şəxslərin pozulmuş hüquqlarının bərpasına yönələn vəsatət və xahişlər rədd edilə bilməz”.
Eldar Həsənov vəkillərinin etirazına belə münasibət bildirib: “Vaxt itkisinə yol vermək lazım deyil. Adım kimi əminəm, bu etiraz da təmin olunmayacaq. Mən istəyirəm vaxt itkisinə yol verilmədən, tezliklə mənim haqqımda hökm çıxarılsın”.
Əfqan Hacıyevə verilmiş etiraza baxan digər iki hakim onun təmin olunmaması qərarı çıxarıb.
3 dekabr prosesində sənədlər elan edilib. Hakim Əfqan Hacıyev deyib ki, xaricdə yaşayan şahidlər məhkəmə prosesinə çağırılıb, onların dekabrın 22-də dindirilməsi gözlənir. Şahidlər arasında Eldar Həsənovun səfir işlədiyi ölkələrdə səfirlik binalarını satmış şəxslərin, həmin əmlakların sahiblərinin və başqalarının olduğu bildirilir.
Eldar Həsənov 1955-ci il oktyabrın 10-da Kəlbəcərin Laçın kəndində doğulub. Bakıda indiki Azərbaycan Texniki Universitetini elektronika mühəndisi ixtisası, Moskvada SSRİ Daxili İşlər Nazirliyinin Akademiyasını hüquqşünas ixtisası ilə bitirib.
1977-ci ildən Azərbaycanın Daxili İşlər Nazirliyi sistemində çalışıb, müfəttiş, baş müfəttiş, cinayət-axtarış şöbəsinin rəis müavini, rəisi postlarını tutub, Bakının Nizami rayonunun, Gəncə şəhərinin milis rəisi, İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, daxili işlər nazirinin birinci müavini olub.
1993-1995-ci illərdə baş prokurorun birinci müavini, 1995-2000-ci illərdə baş prokuror vəzifəsində xidmət edib. Ədliyyə general-leytenantıdır.
2001-ci il martın 28-dən Eldar Həsənov Azərbaycanın Rumıniyada fövqəladə və səlahiyyətli səfiri olub, 2009-cu il sentyabrın 14-dən ölkəni həmçinin Serbiyada, 2010-cu il iyulun 28-dən eyni zamanda Monteneqroda, həmin il avqustun 31-dən həmçinin Bosniya və Herseqovinada təmsil edib. 2013-cü il martın 28-də onun Rumıniyadakı təmsilçiliyinə xitam verilib.
2020-ci il avqustun 13-ü Bakıda tutulan, avqustun 17-də səfir postundan çıxarılan Eldar Həsənova 2010-2020-ci illərdə maliyyə pozuntularına yol verilməsi, dövlətə külli miqdarda ziyan vurulması ittihamları irəli sürülüb. Eldar Həsənov ittihamları rədd edir.
Həbs olunduğu gündən Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında saxlanan Eldar Həsənov Bakı Ağır Cinayətlər Məhkəməsində 2021-ci il sentyabrın 3-dən mühakimə olunur.
Səhhəti ağır olan Eldar Həsənov 2021-ci ildə üç dəfə (iyul, avqust, oktyabr aylarında) Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalında müalicə alıb.
Eldar Həsənov hüquq elmləri doktoru, professordur. Gəncə Pedaqoji Universitetinin müəllimi, Azərbaycan Pedaqoji Universitetinin dosenti olub.
Mütəşəkkil cinayətkarlıq, xüsusilə terrorizm və narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair və digər mövzularda Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan, Almaniya, Rumıniya, Makedoniya, Ukrayna, Serbiya, Monteneqroda nəşr olunmuş kitabların, dərslik və dərs vəsaitlərinin, elmi və publisistik əsərlərin müəllifidir.
Eldar Həsənov həmçinin Narkotizm, Alkoqolizm və Digər Asılılıqlar üzrə Beynəlxalq Şuranın və BMT proqramlarının Türkiyə və MDB ölkələri üzrə əlaqələndiricisi olub, Beynəlxalq Hüquqşünaslar Assosiasiyasının (London), İnsan Hüquqları və Demokratiya üzrə Avropa Hüquqşünaslar Assosiasiyasının (Drezden), Beynəlxalq Kriminologiya Cəmiyyətinin (Paris) və bir çox başqa beynəlxalq təşkilatın üzvüdür, Davamlı Sülh və İnkişaf Naminə Beynəlxalq Fond (Sofiya), Beynəlxalq Hüquqşünaslar İttifaqı (Moskva), Cənub-Şərqi Avropada Əməkdaşlıq Təşəbbüsü Təşkilatı və başqa beynəlxalq qurumlarda rəhbər vəzifələr tutur.
Eldar Həsənov Rumıniyanın üç universitetinin fəxri doktorudur, Serbiya Kral Akademiyasında təmsil olunur.
Ailəlidir, iki qızı, bir oğlu, altı nəvəsi var.
Eldar Həsənov həbsi barədə nə deyir?
Eldar Həsənovun bir istəyi təmin olundu
Eldar Həsənov xəbəri rəsmən təsdiqləndi
Eldar Həsənovun səhhəti yaxşı deyil
“Mənim düşmənim yoxdur, ermənidən başqa”
Eldar Həsənov qərarı dəyişirmi?
Ziyalıların prezidentə müraciəti
Eldar Həsənovun vəkili: “Səhhətində təhlükəli problemlər var”
Gənclərin prezidentə Eldar Həsənov müraciəti
Eldar Həsənovun vəkili nələr deyir?
Eldar Həsənovun vəkilləri prezidentə üz tutub
Avropa Məhkəməsi Bakıya Eldar Həsənovla bağlı sorğular göndərib
Eldar Həsənov prosesdə iştirakdan imtina edib. Məhkəmə qərar verib
Eldar Həsənovun qəbul etdiyi dərmanların siyahısı açıqlanıb
Avropa Məhkəməsindən Eldar Həsənov qərarı, tələb
Heydər Əliyev Eldar Həsənova Ərdoğanla bağlı nə tapşırmışdı?
Avropa Məhkəməsinin qərarı icra olunmur, vəziyyət ağırlaşır
Eldar Həsənovun işi yeni mərhələdə
“Adamlarımızı asanlıqla xərcləməyək!” (Eldar Həsənov barədə)
Eldar Həsənov Hərbi Hospitala köçürüldü
Eldar Həsənov reabilitasiya kursu keçir
Eldar Həsənov təcridxanaya qaytarılıb
Eldar Həsənovun vəkillərinin müraciəti
Eldar Həsənov yenə hospitaldadır
Eldar Həsənovun səhhəti daha da ağırlaşıb
Eldar Həsənovun işi məhkəməyə getdi
Eldar Həsənovun ittiham olunduğu maddələr
Eldar Həsənovun məhkəməsi təyin olunub
Eldar Həsənovun vəkili yeni açıqlama yayıb
Eldar Həsənovun işi: hazırlıq iclasının vaxtı dəyişdi
Eldar Həsənovun vəkili balaca zaldakı böyük problemlərdən söz açır
Eldar Həsənovun mühakiməsi, yeni vəsatətlər
Eldar Həsənov: “Qəsdimə yönələn istintaq aparılıb”
Eldar Həsənovun məhkəməsində gərginlik yaşanıb
Eldar Həsənov: “Fələk oğlu fələk də dözməz bu haqsızlıqlara”
Ev dustaqlığına yox deyildi. Eldar Həsənovun vəziyyəti yenə pisləşdi
“Hamınızın bildiyi şöbə müdiri xəbər göndərib ki…”
Eldar Həsənov məhkəmədə yenə özünü pis hiss edib
Eldar Həsənovun qızı Mehriban Əliyevaya müraciət edib
Eldar Həsənovun məhkəməsində bir mərhələ bitdi
Avropa Məhkəməsindən Eldar Həsənov sualları
Kəlbəcərlilərdən prezidentə Eldar Həsənov müraciəti
Eldar Həsənovun qızı: “Atamla bərabər həbs yaşayırıq”
Eldar Həsənov yenə hospitala köçürülüb
Eldar Həsənov təcridxanaya qaytarılıb
Kəlbəcərli ziyalılar Eldar Həsənova azadlıq istəyir
Eldar Həsənovun qızı: “Kömək edin, ədaləti bərpa edin”
108 yaşlı qadından Eldar Həsənov müraciəti
Eldar Həsənov qızına nə tapşırıb?
Proses 15 dəqiqə çəkib, Eldar Həsənov zaldan xərəkdə çıxarılıb
“Ayıbdır. Bu qədər qanunsuzluğa məəttəl qalmışam”
Eldar Həsənov: “Yaşamaq hüququmu tələb edirəm”
Avropa Məhkəməsi Eldar Həsənovla bağlı daha bir qərar qəbul edib