• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Gənc fəala niyə 30 sutka veriblər?

  • 03 Dekabr 2021
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

İctimai-siyasi fəalların dekabrın 1-i Bakının Fəvvarələr meydanında məhbus Saleh Rüstəmova azadlıq tələbi ilə keçirdiyi aksiyaya görə tutulan şəxslərin 5-i inzibati həbs cəzaları alıb. Onlardan biri gənc fəal Rüstəm İsmayılbəylidir. Dekabrın 2-də Səbail Rayon Məhkəməsi fəala 30 sutkalıq cəza kəsib.

Məhkəmə qərarı İnzibati Xətalar Məcəlləsinin epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması maddəsinin tələblərinə əsaslanıb. 30 sutka həbs həmin maddədə maksimal cəzadır.

Vəkil Zibeydə Sadıqova dekabrın 3-də “Turan”a deyib ki, Rüstəm İsmayılbəylinin 30 sutka inzibati həbsi ilə bağlı qərardan apellyasiya şikayəti veriləcək: “Fəalı karantin rejiminin pozulmasında təqsirləndirən inzibati iş tamamilə qanunsuz və uydurmadır. Rüstəm İsmayılbəyli Fəvvarələr meydanında Saleh Rüstəmovla bağlı aksiya başa çatdıqdan sonra tutulub. Polisin raportunda göstərilib ki, Rüstəm İsmayılbəyli saat 15:10-da saxlanıb. Ancaq Rüstəm İsmayılbəyli təhsil aldığı Bakı Dövlət Universitetindən 15:40-da çıxıb, şahidlər bunu təsdiqləyir, aksiya yerinə saat 17-də gəlib. Jurnalistlərdə fəal tutularkən çəkilmiş, real vaxtın göstərildiyi video da var.

Polis Rüstəm İsmayılbəylinin sosial məsafəni pozduğunu iddia edir. Lakin videoda görünür ki, onu 4-5 polis əməkdaşı tutub aparır. Sosial məsafə pozucusunu o şəkildə saxlamırlar. Əgər sosial məsafə pozulubsa, niyə məsafə pozuntusunun digər iştirakçıları da saxlanmayıb?”

Vəkil fəala maksimum cəzanın təyin edilməsini təsadüfi saymır: “Rüstəm İsmayılbəyli universitet təhsilinin son ayındadır. Fəalın yaxınları bunun Rüstəmin ali məktəbi bitirməsinə imkan verməmək üçün qəsdən edildiyini düşünür. 30 sutka həbs o deməkdir ki, Rüstəm imtahanları verə, diplom ala bilmir və hərbi xidməti ali təhsilli şəxs kimi bir il deyil, il yarım çəkməli olur. Onu ictimai fəaliyyətdən mümkün qədər daha çox təcrid etmək istəyirlər”.

Saleh Rüstəmov aksiyası

Milli Şura bəyanat yayıb

5 aksiyaçı həbsə getdi

Saxarov mükafatı Navalnının qızına veriləcək

  • 03 Dekabr 2021
  • comments

Azərbaycan hərbi qulluqçusuna hücum

  • 03 Dekabr 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0

Tags

  • Gənclər
  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Beşlikdə son nöqtə

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda