• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Avstriya: kansler postuna ən real namizəd kimdir?

  • 03 Dekabr 2021
  • comments
  • Novator.az
  • Posted in Dünyanın səsiManşetXəbər

Avstriyada hökumət başçısı dəyişə bilər.

Novator.az bildirir ki, Avstriyada hökumət parlamentin 183 yerlik aşağı palatasına seçkinin nəticələri əsasında qurulur.

Hazırda qanunverici orqanda Xalq Partiyası üstün mövqedədir.

2017-ci il oktyabrın 15-də Sebastyan Kurtsun liderlik etdiyi partiya parlament seçkisinin qalibi olub. Həmin il dekabrın 18-də Xalq Partiyası və Azadlıq Partiyasının koalisiya hökuməti fəaliyyətə başlayıb, kansler postunu Sebastyan Kurts tutub.

2019-cu ilin mayında koalisiya dağılıb, hökumət istefaya göndərilib. Həmin il sentyabrın 29-da keçirilmiş növbədənkənar parlament seçkisində yenə Xalq Partiyası qalib gəlib. 2020-ci il yanvarın 7-də Xalq Partiyası ilə Yaşıllar Partiyasının koalisiya hökuməti fəaliyyətə başlayıb, Sebastyan Kurts kansler postuna qayıdıb.

2021-ci il oktyabrın 9-da Sebastyan Kurts istefa verib. Siyasətçi qərarını ölkə prokurorluğunun onu, eləcə də yaxın çevrəsindəki doqquz şəxsi korrupsiya və rüşvətdə şübhəli bilərək araşdırma aparması ilə bağlayıb.

Oktyabrın 11-də Xalq Partiyasının təmsilçisi Aleksandr Şallenberq kansler postuna gətirilib. O, 2019-cu il iyunun 3-dən xarici işlər naziri olub.

Dekabrın 2-də Sebastyan Kurts Xalq Partiyasının sədri postundan ayrıldığını, siyasətdən getdiyini bəyan edib. O qeyd edib ki, ailəsi, bu yaxınlarda doğulmuş ilk övladı – oğlu ilə daha çox vaxt keçirmək istəyir.

Sebastyan Kurtsun siyasətdən ayrılmaq qərarından az sonra Aleksandr Şallenberqin kanslerlikdən istefası barədə xəbərlər yayılıb. Aleksandr Şallenberq açıqlamasında deyib ki, Xalq Partiyasının lideri olmaq fikri yoxdur, partiya sədri postunu tutan şəxsin isə həm də kansler olması, hakimiyyətin bir əldə cəmlənməsi lazımdır.

Ehtimallara görə, Xalq Partiyasının sədri və kansler postuna ən real namizəd indiki daxili işlər naziri Karl Nehammerdir.

1972-ci il təvəllüdlü Karl Nehammer daxili işlər naziri vəzifəsində 2020-ci il yanvarın 7-dən çalışır, Xalq Partiyasının baş katibidir.

Mənbə: Krone.at

Rusiya səfiri Britaniyaya müharibə xəbərdarlığı ed...

  • 03 Dekabr 2021
  • comments

Rövşən Hacıbəyli qərarı gəlir

  • 03 Dekabr 2021
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

2024-2025 mövsümünün qalibi

GLOBALS:0
comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

2024-2025 mövsümünün qalibi

Son materiallar

comments
Xəbər

2024-2025 mövsümünün qalibi

GLOBALS:0
comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda