• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Tofiq Yaqublu: müayinənin nəticəsi açıqlanıb

  • 02 Dekabr 2021
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Bakıda dekabrın 1-də keçirilmiş aksiyada tutulan, döyülərək üz-gözündən ağır xəsarətlər alan siyasətçi Tofiq Yaqublu həmin gün Respublika Neyrocərrahiyyə Xəstəxanasında müayinə olunub. Dekabrın 2-də müayinənin nəticələri Tofiq Yaqublunun ailə üzlərinə təqdim edilib.

Novator.az bildirir ki, həkim rəyində siyasətçinin alın nahiyəsində yumşaq toxumaların əzildiyi və dərialtı hematoma yarandığı əks olunur, kəllə sümüklərində və beyindaxili travmatik dəyişiklik aşkarlanmadığı qeyd edilir.

Tofiq Yaqublunun qızı Nigar Həzi Novator.az-a deyib ki, hazırda atası evdə müalicə olunur, səhhəti nisbətən babatlaşıb.

Nigar Həzi döyülmə faktının hüquqi müstəviyə daşınacağını, prokurorluq orqanlarına rəsmi müraciət olunacağını əlavə edib.

İctimai-siyasi fəalların dekabrın 1-i paytaxtın Fəvvarələr meydanında məhbus Saleh Rüstəmova azadlıq tələbi ilə keçirmək istədiyi aksiya polis müdaxiləsinə məruz qalıb. Bir çox aksiyaçı döyülüb. Müsavat Partiyasının və Demokratik Qüvvələrin Milli Şurasının üzvü Tofiq Yaqublunun bildirdiyinə görə, Fəvvarələr meydanında tutulub, döyülə-döyülə Səbail Rayon Polis İdarəsinin 39-cu bölməsinə aparılıb, orada işgəncəyə məruz qalıb, sonra avtomobillə müxtəlif məkanlara aparılaraq aramsız döyülüb, axırda Ələt qəsəbəsində sərbəst buraxılıb.

1961-ci ildə Gürcüstanda doğulan Tofiq Yaqublu milli azadlıq hərəkatının (1988-1991) fəalı, Birinci Qarabağ müharibəsinin veteranıdır. Əbülfəz Elçibəyin prezidentliyi dövründə (1992-1993) Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb.

1998-ci ildə 2 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

2013-cü il fevralın 4-dən 2016-cı il martın 17-dək həbsdə olub.

2020-ci il martın 22-də Tofiq Yaqublu yenidən tutulub, sentyabrın 3-də Bakının Nizami Rayon Məhkəməsinin hökmü ilə 4 il 3 aylıq azadlıqdan məhrumetmə cəzası alıb. Sentyabrın 18-də Bakı Apellyasiya Məhkəməsi Tofiq Yaqublu haqqında həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəzləyib. 2021-ci il iyulun 15-də Bakı Apellyasiya Məhkəməsi siyasətçiyə kəsilən 4 il 3 aylıq azadlıqdan məhrumetmə cəzasının yerdə qalan hissəsini şərti cəza ilə əvəz edib.

Saleh Rüstəmov aksiyası

Tofiq etirazları

Milli Şura bəyanat yayıb

“Bloomberg” Navalnını “İlin 50 adamı” siyahısına s...

  • 02 Dekabr 2021
  • comments

Sebastyan Kurts siyasətdən gedir

  • 02 Dekabr 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0

Rəylər

Do not miss

comments
Xəbər

Beşlikdə son nöqtə

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda