• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ticarət şəbəkəsində yenilik fərmanı

  • 01 Dekabr 2021
  • comments
  • hikmet
  • Posted in Xəbər

Prezident İlham Əliyevin 1 dekabr 2021-ci il fərmanı ilə mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdikləri məhsulların ticarət şəbəkələrində satışının genişləndirilməsinə dəstək qaydası təsdiqlənib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə sahibkarların məhsullarının satışını təşviq etmək məqsədilə zəruri tədbirlər görmək tapşırılıb.

Qayda mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdikləri məhsulların ölkə ərazisində fəaliyyət göstərən ticarət şəbəkələrində satışının genişləndirilməsinə, o cümlədən istehsal edilmiş məhsulların satışı ilə bağlı ticarət fəaliyyətinin təşkilinə çəkilən xərclərin ödənməsi şərtlərini müəyyən edir. Dəstək tədbirləri bu sahibkarlara şamil olunmur:

– müflis elan olunmuşlara, yaxud barələrində iflas proseduru başlanmış, ləğv və ya dayandırılma mərhələsində olan sahibkarlara;

– dövlət büdcəsinə vergilər, məcburi dövlət sosial sığortası, işsizlikdən sığorta və tibbi sığorta üzrə ödəmə vaxtı keçmiş borcları olanlara, dövlət dəstəyi göstərilməsi şərtlərini pozmaqla dövlət dəstəyi alanlara, yaxud büdcə vəsaitinin məqsədli təyinatını pozmaqla dövlət dəstəyindən istifadə edənlərə;

– nizamnamə kapitalında dövlətin, qeyri-kommersiya təşkilatlarının, xeyriyyə fondlarının (əlillər təşkilatları istisna olmaqla) və digər fondların payı 25 faiz və ondan çox olan hüquqi şəxslərə, habelə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin işçilərinə və onların yaxın qohumlarına (ərinə (arvadına), valideynlərinə, o cümlədən ərinin, arvadının valideynlərinə, babalarına və nənələrinə, övladlarına, övladlığa götürənlərinə (götürülənlərinə), qardaşlarına və bacılarına);

– sənaye məhəllələrinin, sərbəst zonaların, xüsusi iqtisadi zonaların, sənaye və ya texnologiyalar parklarının rezidentlərinə;

– hasilatın pay bölgüsü haqqında sazişlərin iştirakçılarına, silah satışı və faydalı qazıntıların hasilatı ilə məşğul olanlara;

– əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə.

Sənədə görə, dəstək tədbirlərində iştirak edəcək sahibkarlar bu meyarlar əsasında seçilir: məhsulun Azərbaycanda ilk dəfə istehsal olunması; məhsulun idxalı əvəzləmək potensialı; məhsulun Bakı şəhəri və Abşeron rayonundan kənar regionlarda istehsal edilməsi; sahibkarın ticarət şəbəkələrinə çıxış təcrübəsinin olmaması.

Sahibkarların istehsal etdikləri məhsulların satışının genişləndirilməsinə dəstək aşağıdakı tədbirləri belə sıralanır:

– ticarət obyektlərində müəyyən sahənin (ticarət rəflərinin, piştaxtaların, stellajların və s.) icarəyə götürülməsi;

– sahibkarların məhsullarının satışı məqsədilə ticarət obyektlərində müəyyən sahəni icarəyə götürməklə stendin təşkil edilməsi;

– yerli icra hakimiyyəti orqanları ilə razılaşdırılmış yerlərdə satış-sərgi üçün şərait yaradılması.

Novator.az bildirir ki, İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ölkədə mikro, kiçik və orta sahibkarlığın inkişafını dəstəkləyən, mikro, kiçik və orta sahibkarlığın tənzimlənməsində, həmin sahibkarlıq subyektlərinin maraqlarının qorunmasında və problemlərinin həllində iştirak edən, onlara bir sıra xidmətlər göstərən, dövlət qurumlarının və özəl qurumların bu sahədə xidmətlərini əlaqələndirən və səlahiyyətli qurum kimi çıxış edən publik hüquqi şəxsdir.

Emin Hüseynova yeni post

  • 01 Dekabr 2021
  • comments

Yaxın ölkələrlə alış-veriş

  • 02 Dekabr 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Bölgə
  • Hüquq
  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda