• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Qismən azad

  • 01 Dekabr 2021
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Laçın rayonunun qismən azadlığa qovuşmasının bir ili tamam olur.

Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın bütün cənub-qərbini işğal edib. 2020-ci il sentyabrın 27-dən Azərbaycanın apardığı hərbi əməliyyatlarda və noyabrın 10-da əldə edilən atəşkəs razılaşması nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər rayonları tam, Şuşa, Laçın, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub.

Laçın şəhəri və rayonun böyük hissəsi 1992-ci ilin mayında ermənilərin əlinə keçmiş, yalnız Qubadlıya yaxın kəndlər Azərbaycanın nəzarətində qalmışdı. Həmin ilin yay-payız aylarında rayonun Kəlbəcərə yaxın hissəsi azad edilmiş, ancaq 1993-cü ilin yazında Kəlbəcər rayonu işğal altına düşmüş, Laçın rayonunun Kəlbəcərə yaxın hissəsi yenidən zəbt olunmuş, avqustun sonlarında Laçının Qubadlıya yaxın kəndləri də işğal edilmişdi.

2020-ci ildə Laçın rayonunun Qubadlıya yaxın 3 kəndi – Güləbird, Səfiyan, Türklər kəndləri hərbi yolla azad olunub. Hərbi əməliyyatlar dayandırılandan sonra Qarabağın dağlıq hissəsinə və bölgədən Ermənistana gedən Laçın yoluna Rusiyanın hərbi kontingenti yeridilib. Bunun ardınca Ermənistan işğalda saxladığı bəzi bölgələri boşaldıb, bu proses dekabrın 1-də Laçın rayonunun qismən qaytarılması ilə yekunlaşıb.

Novator.az bildirir ki, hazırda Laçın şəhəri və rayonun 6 kəndi – Qarıkaha, Ağanus, Fətəlipəyə, Kəravuz, Sus, Zabux kəndləri Yuxarı Qarabağdan Ermənistana gediş-gəlişə ayrılan 5 kilometr enində zolağa düşür. Həmin zolağa Rusiya hərbçiləri nəzarət edir.

Xankəndi şəhəri, Şuşa rayonunun 1 qəsəbəsi, 36 kəndi, Xocavənd şəhəri, rayonun 1 qəsəbəsi, 45 kəndi, Xocalı şəhəri, rayonun 1 qəsəbəsi, 44 kəndi, Ağdərə şəhəri və keçmiş Ağdərə rayonunun 35 kəndi işğal zonasında qalır.

Azərbaycanın işğala məruz qalmış başqa bölgələri də var: Sədərək rayonunun Kərki kəndi 1990-cı ildən, Qazax rayonunun Bağanıs Ayrım kəndi 1990-cı ildən, Xeyrimli, Aşağı Əskipara, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara kəndləri 1992-ci ildən ermənilərin əlindədir.

Omikronu üzə çıxaranlar nə deyir?

  • 01 Dekabr 2021
  • comments

Dekabrın start qiyməti

  • 01 Dekabr 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

GLOBALS:0
comments
Xəbər

Beşlikdə bir sual

GLOBALS:0
comments
Xəbər

Bazel finalçıları

GLOBALS:0
comments
Xəbər

Nikah artıb, boşanma azalıb

GLOBALS:0

Tags

  • Bölgə
  • Hüquq
  • Siyasət
  • Tarix

Rəylər

Do not miss

comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

Son materiallar

comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

GLOBALS:0
comments
Xəbər

Beşlikdə bir sual

GLOBALS:0
comments
Xəbər

Bazel finalçıları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda