“AzəriLayt” markalı Azərbaycan neftinin barreli dekabr ayına 71,74 dollarla start verib. Novator.az bildirir ki, bu, ilin start qiymətindən 20,82 dollar yuxarı qiymətdir.
Azərbaycanın 2021-ci il büdcəsində bir barrel neftin qiyməti 40 dollardan götürülüb. “AzəriLayt” yanvara 50,92, fevrala 56,68, marta 65,66, aprelə 64,25, maya 66,55, iyuna 70,57, iyula 75,95, avqusta 73,48, sentyabra 72,21, oktyabra 80,44, noyabra 87,08 dollarla başlayıb.
Yanvar-oktyabr aylarında Azərbaycanda 28,7 milyon ton xam neft çıxarılıb. Gündəlik xam neft hasilatı yanvar və fevralda 593 min barrel, martda 592,1 min barrel, apreldə 594 min barrel, mayda 586 min barrel, iyunda 610 min barrel, iyulda 606 min barrel, avqustda 596,1 min barrel, sentyabrda 586,2 min barrel, oktyabrda 585,9 min barrel göstərilib.
Beynəlxalq razılaşma dekabr ayından Azərbaycana gündəlik xam neft hasilatını 654 min barrelə çatdırmaq imkanı verir.
Dövlət Gömrük Komitəsinin hesabatına görə, yanvar-oktyabr aylarında 11,2 milyard dollarlıq xam neft və xam neft məhsulu ixrac edilib. Azərbaycandan xam neft və xam neft məhsulları alan ölkələr statistik dəyər baxımından belə sıralanıb: İtaliya, Xorvatiya, İsrail, İspaniya, Portuqaliya, Hindistan, Almaniya, Tunis, Ukrayna, Böyük Britaniya, Belarus, Kanada, Türkiyə, Çexiya, Tailand, Çin, İndoneziya, Rumıniya, Vyetnam, İsveçrə, Yunanıstan, Fransa, İrlandiya, Avstriya, Avstraliya, Rusiya.
2008-ci ildə Azərbaycanda 44,5 milyon ton, 2009-cu ildə 50,4 milyon ton, 2010-cu ildə 50,8 milyon ton, 2011-ci ildə 45,6 milyon ton, 2012-ci ildə 43,4 milyon ton, 2013-cü ildə 43,5 milyon ton, 2014-cü ildə 42 milyon ton, 2015-ci ildə 41,6 milyon ton, 2016-cı ildə 41 milyon ton, 2017-ci ildə 38,7 milyon ton, 2018-ci ildə 38,8 milyon ton, 2019-cu ildə 37,4 milyon ton, 2020-ci ildə 34,5 milyon ton neft hasil olunub.