• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Şoltsun kanslerlik yolu

  • 25 Noyabr 2021
  • comments
  • hikmet
  • Posted in AktualDünyanın səsiManşetXəbər

Gerhard Şröderdən 16 il sonra Almaniyada hökumət başçısı – kansler postunu yenidən Sosial Demokrat Partiyasının təmsilçisi tutur.

Şröder 1998-2005-ci illərdə kansler olub. Sonrakı 16 ildə Almaniya hökumətinə Xristian Demokrat İttifaqının nümayəndəsi Angela Merkel başçılıq edib.

Parlament idarə üsullu Almaniyada 2021-ci ilin sentyabrında keçirilmiş seçkidə qüvvələr nisbəti dəyişib: Sosial Demokrat Partiyası 206, Xristian Demokrat və Xristian Sosial ittifaqları alyansı 196, Yaşıllar Partiyası 118, Azad Demokrat Partiyası 92, Almaniya Üçün Alternativ Partiyası 83, Sol Partiya 39 mandat əldə edib, 1 mandat kiçik bölgə partiyasına düşüb.

Noyabrın 24-də üç partiya – Sosial Demokrat Partiyası, Yaşıllar Partiyası və Azad Demokrat Partiyası hökumət qurmaq barədə razılıq əldə edib.

Koalisiya razılaşmasına əsasən, kansler postunu Sosial Demokrat Partiyasından Olaf Şolts götürür. Sosial demokratlar hökumətdə 6 nazir portfeli alır, yaşıllardan 5, azad demokratlardan 4 nazir olur.

Novator.az saytı bildirir ki, Olaf Şolts 1958-ci il iyunun 14-də Almaniyanın Aşağı Saksoniya bölgəsində tacir ailəsində doğulub.

1985-ci ildə Hamburq Universitetini bitirib. Hüquqşünasdır.

Sosial Demokrat Partiyasının sıralarına hələ yuxarı sinif şagirdi olduğu dövrdə – 1975-ci ildə qoşulub.

1982-1988-ci illərdə partiyanın “Gənc sosialistlər” təşkilatının sədr müavini, 1987-1989-cu illərdə Beynəlxalq Sosialist Gənclər İttifaqının vitse-prezidenti olub.

1994-2000-ci illərdə Sosial Demokrat Partiyasının Hamburq təşkilatlarından birinə, 2000-2004-cü və 2009-2018-ci illərdə partiyanın Hamburq təşkilatına rəhbərlik edib.

2001-2019-cu illərdə Sosial Demokrat Partiyasının mərkəzi (federal) idarə heyətinin üzvü olub. 2002-ci ildə partiyanın baş katibi seçilib. 2004-cü ilin fevralında Gerhard Şröder partiya sədri postunu tərk edəndən sonra Olaf Şolts da baş katiblikdən istefa verib.

2009-2019-cu illərdə Sosial Demokrat Partiyası sədrinin müavini olan Olaf Şolts 2018-ci ilin fevral-aprel aylarında həmçinin sədrin səlahiyyətlərini icra edib.

Olaf Şolts 1998-ci ildən bəri bir neçə dəfə Almaniya parlamentinin – Bundestaqın üzvü seçilib. 2005-2007-ci illərdə o, Bundestaqda sosial demokrat fraksiyasının işlər müdiri kimi çalışıb. 2009-2011-ci illərdə fraksiya sədrinin müavini olub.

Olaf Şolts 2001-ci ildə Hamburq hökumətində daxili işlər naziri postunu tutub, 2011-2018-ci illərdə Hamburqun baş naziri olub.

2007-2009-cu illərdə Almaniya hökumətində əmək və sosial məsələlər naziri vəzifəsini tutub.

2018-ci ilin martından Almaniyanın vitse-kansleri və maliyyə naziridir.

Olaf Şoltsun 1998-ci ildə ailə qurduğu həyat yoldaşı Britta Ernst də Sosial Demokrat Partiyasının üzvüdür.

Britta Ernst 2014-2017-ci illərdə Şlezviq-Qolşteyn hökumətində orta təhsil və peşə təhsili məsələləri naziri vəzifəsində çalışıb. 2017-ci ildən Brandenburq hökumətində təhsil, gənclər və idman naziridir.

2017-ci ilin aprelində Olaf Şoltsun “Ümid diyarı” adlı ilk kitabı işıq üzü görüb. Kitabda miqrasiya böhranından, Avropanın gələcəyindən və regional münaqişələrdən bəhs olunur.

Statussuz, nəzarətdən kənar…

  • 25 Noyabr 2021
  • comments

Türkiyənin bu günü – Azərbaycanının gələcəyi...

  • 25 Noyabr 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Beşlikdə son nöqtə

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda