UEFA Çempionlar Liqasının qrup mərhələsində finişə bir tur qalır. Novator.az bildirir ki, noyabrın 25-dək A qrupundan “Mançester Siti”, PSJ, B qrupundan “Liverpul”, C qrupundan “Ayaks”, “Sportinq” (Portuqaliya), D qrupundan “Real”, “İnter” (İtaliya), E qrupundan “Bavariya”, F qrupundan “Mançester Yunayted”, H qrupundan “Çelsi”, “Yuventus” 1/8 finala vəsiqəni təmin ediblər.
Qrupları ilk iki pillənin sahibi adlayır, üçüncü yeri tutan Avropa Liqasına köçür.
2021-2022 mövsümünün 13 komandası yarışda titul sahibidir. 1955-ci ildə yaradılan, 1991-ci ilə qədər Çempionlar kuboku adı daşımış turnirdə “Real” 13, “Milan” 7, “Bavariya” və “Liverpul” 6, “Barselona” 5, “Ayaks” 4, “İnter” (İtaliya) və “Mançester Yunayted” 3, “Benfika”, “Yuventus”, “Portu” və “Çelsi” 2, “Borussiya” (Dortmund) 1 uğur qazanıb.