Almaniyada yeni hökuməti üç partiya qurur: Sosial Demokrat Partiyası, Yaşıllar Partiyası, Azad Demokrat Partiyası.
Novator.az-ın məlumatına görə, koalisiya razılaşması noyabrın 24-də bəyan olunub.
Parlament idarə üsullu Almaniyada hökumət başçısı – kansler postunu Xristian Demokrat İttifaqının nümayəndəsi Angela Merkel tutur. 1954-cü il təvəllüdlü Angela Merkel 2005-ci ildən bu vəzifədədir.
Ölkədə bu il sentyabrın 26-da keçirilmiş parlament seçkisində Sosial Demokrat Partiyası 206, Xristian Demokrat və Xristian Sosial ittifaqları alyansı 196, Yaşıllar Partiyası 118, Azad Demokrat Partiyası 92, Almaniya Üçün Alternativ Partiyası 83, Sol Partiya 39 mandat əldə edib, 1 mandat kiçik bölgə partiyasına düşüb.
Noyabrın 24-də açıqlanan razılaşmaya əsasən, yeni hökumətdə kansler postu Sosial Demokrat Partiyasının lideri, 1958-ci il təvəllüdlü hüquqşünas Olaf Şoltsa verilir, sosial demokratlar 6, yaşıllar 5, azad demokratlar 4 nazir portfeli alır.