• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Prezident Paşinyanla görüşə razılıq verib

  • 20 Noyabr 2021
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan görüşməyə razılıq veriblər. Avropa İttifaqının yaydığı məlumata görə, onlar dekabrın 15-i Şərq tərəfdaşlığı sammitinin keçiriləcəyi Belçika paytaxtı Brüsseldə bir araya gələcəklər. Görüş razılığını hər iki liderlə telefon söhbətləri aparmış Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin aldığı bildirilir.

Ermənistan silahlı qüvvələri noyabrın 16-sı səhər saat 11 radələrində dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində yüksəklikləri ələ keçirmək və daha əlverişli mövqelərə yiyələnmək məqsədilə hərbi əməliyyata başlayıb, döyüş postlarına hücum edib. Kəlbəcər və Laçın istiqamətində yerləşən birlik və qüvvələr cavab tədbirləri görüb.

Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, 16 noyabr döyüşləri zamanı Azərbaycan Ordusunun 1 leytenantı, 1 giziri, 1 kiçik çavuşu, 4 əsgəri şəhid olub, 10 hərbi qulluqçusu yaralanıb.

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel noyabrın 16-da İlham Əliyevə və Nikol Paşinyana zəng vuraraq gərginliyi aradan qaldırmağa çağırış edib.

Avropa İttifaqı 27 ölkəni (Almaniya, Avstriya, Belçika, Bolqarıstan, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, İrlandiya, İspaniya, İsveç, İtaliya, Kipr, Latviya, Litva, Lüksemburq, Macarıstan, Malta, Niderland, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Yunanıstan) birləşdirir.

Azərbaycan və Ermənistan Avropa İttifaqının Şərq tərəfdaşlığı proqramının üzvüdürlər. Bu proqram 2009-cu ildə elan olunub, Ukrayna, Moldova, Belarus və Gürcüstanı da əhatə edib.

Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın bir hissəsini ələ keçirib.

2020-ci il sentyabrın 27-dən Azərbaycanın apardığı hərbi əməliyyatlarda və noyabrın 10-na keçən gecə əldə edilən atəşkəs razılaşması nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər rayonları tam, Şuşa, Laçın, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub.

Azərbaycan hərbçiləri 2021-ci ilin may ayında Ermənistanla sərhədin Laçın rayonu istiqamətindəki Qaragöl sahəsini və Kəlbəcər istiqamətində bəzi əraziləri nəzarətə götürüb. Ermənistan bunu öz ərazisinə müdaxilə sayır.

2020-ci il müharibəsindən sonra İlham Əliyevlə Nikol Paşinyan bir dəfə görüşüblər. Görüş bu il yanvarın 11-i Moskvada Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə keçirilib.

Eldar Həsənov: “Yaşamaq hüququmu tələb edirəm”

  • 19 Noyabr 2021
  • comments

Saakaşvili yeni məkanda: aclıq dayandı

  • 20 Noyabr 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda