• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Cəmil Həsənli əməkdar müəllim adından imtina etdi

  • 18 Noyabr 2021
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Böyük Britaniyanın paytaxtı Londonda pedaqoji fəaliyyətlə məşğul olan tarixçi alim Cəmil Həsənli əməkdar müəllim fəxri adından imtina edib. Novator.az-ın məlumatına görə, o, noyabrın 18-də yaydığı açıqlamada addımını Azərbaycandakı siyasi motivli həbslərlə bağlayıb, bir şox tanınmış məhbusun (Gədəbəy Rayon İcra Hakimiyyətinin sabiq başçısı Saleh Rüstəmov, AXCP üzvləri Aqil Hümmətov, Aqil Məhərrəmov, Niyaməddin Əhmədov, Zamin Salayev, Paşa Umudov, ilahiyyatçı Taleh Bağırov və başqaları) adlarını çəkərək yazıb: “Gözümüzün qarşısında insan taleləri məhv edilir. Bütün bunlara səssiz qalmaq, laqeyd yanaşmaq mümkün deyil. İçində yaşadığımız bu rəzalətin məsuliyyətinin bir hissəsi də bizim üzərimizdədir. Baş verənlərə etiraz olaraq Bakı Dövlət Universitetinin yaranmasının 90 illiyində İlham Əliyevin mənə də verdiyi əməkdar müəllim fəxri adından imtina edirəm. İnsan talelərinin məhv edildiyi bir ölkədə müəllimin əməkdar olmasına elə bir ehtiyac yoxdur.

Bu açıqlama dərc edildiyi andan müvafiq dövlət orqanları onu əsas kimi qəbul edə bilərlər. İlham Əliyevin imzaladığı əməkdar müəllim fəxri adının vəsiqəsi və döş nişanı Bakıda evdədir və Azərbaycana dönən kimi onları müvafiq dövlət orqanına təhvil verəcəyəm”.

1952-ci il təvəllüdlü Cəmil Həsənli tarix elmləri doktorudur. Bakı Dövlət Universitetinin tarix fakültəsində müəllim, baş müəllim, dosent və professor vəzifələrində çalışıb.

1993-cü ilin aprel-sentyabr aylarında Azərbaycan Respublikası prezidentinin müşaviri vəzifəsini tutub.

Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini olub. 2000 və 2005-ci illərdə Milli Məclisin deputatı seçilib.

2013-cü ildə Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə namizədi olub. Həmin qurumun sədridir.

Cəmil Həsənliyə əməkdar müəllim fəxri adı prezident İlham Əliyevin 30 oktyabr 2009-cu il sərəncamı ilə verilib. Bu fəxri ada görə 100 manat aylıq təqaüd müəyyən edilib.

Neçə işsizə ödəniş təyin edilib?

  • 18 Noyabr 2021
  • comments

Yaxın ölkələrin koronavirus itkiləri

  • 19 Noyabr 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ukrayna: savaşa 60 yaş+ qaydası gəlir

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Gürcüstanda yeni seçki sorğusu

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

ABŞ-Avropa: kimin üzü gülür?

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Ada dövlət qərq olur

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Ukrayna: savaşa 60 yaş+ qaydası gəlir

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ukrayna: savaşa 60 yaş+ qaydası gəlir

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Gürcüstanda yeni seçki sorğusu

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

ABŞ-Avropa: kimin üzü gülür?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda