• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Müsavatın tələbləri

  • 17 Noyabr 2021
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Müsavat Partiyası Azərbaycan-Ermənistan sərhədindəki durumla bağlı açıqlama yayıb. Açıqlamada deyilir: “Son bir həftə ərzində Azərbaycan-Ermənistan sərhədində müşahidə olunan gərginlik, xüsusilə noyabrın 16-da baş vermiş təxribatdan sonra başlanan hərbi əməliyyatlar nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 7 hərbi qulluqçusunun şəhid olması, 10 nəfərin yaralanması münaqişənin hələ bitmədiyini, ölkəmizin ərazi bütövlüyünün təmin olunması üçün hərbi və siyasi-diplomatik sahədə hələ çox işlərin görülməli olduğunu sübut edir.

Müsavat Partiyası bundan əvvəlki mövqeyini təkrarlayaraq bəyan edir ki, Azərbaycan-Ermənistan arasında sərhədlərin demarkasiya və delimitasiyası, eləcə də kommunikasiyaların açılması barədə saziş layihəsi ətrafında danışıqlar bilavasitə Azərbaycanla Ermənistan arasında aparılmalıdır. Vasitəçilərin iştirakı qaçılmaz olacaqsa, bu prosesdə Türkiyənin də iştirakı şərt olaraq irəli sürülməlidir. Müsavat Partiyası imzalanacaq sazişin beynəlxalq hüquqa əsaslanmasını, danışıqlar prosesinin şəffaflığının təmin olunmasını tələb edir”.

Ermənistan silahlı qüvvələri noyabrın 16-sı səhər saat 11 radələrində dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində yüksəklikləri ələ keçirmək və daha əlverişli mövqelərə yiyələnmək məqsədilə hərbi əməliyyata başlayıb, döyüş postlarına hücum edib. Kəlbəcər və Laçın istiqamətində yerləşən birlik və qüvvələr cavab tədbirləri görüb.

Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, 16 noyabr döyüşləri zamanı Azərbaycan Ordusunun leytenantı Niftəliyev Ümüd Oruc oğlu, giziri Cabbarov Orxan Hətəm oğlu, kiçik çavuşu Əliyev Natiq Yusif oğlu, əsgərləri Ağayev Elçin Mərifət oğlu, Əlizadə Elmin Samir oğlu, Əliyev Elçin Ramil oğlu, Xəlilov Murad Qalib oğlu şəhid olub, 10 nəfər hərbi qulluqçu yaralanıb.

Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın bir hissəsini ələ keçirib.

2020-ci il sentyabrın 27-dən Azərbaycanın apardığı hərbi əməliyyatlarda və noyabrın 10-na keçən gecə əldə edilən atəşkəs razılaşması nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər rayonları tam, Şuşa, Laçın, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub.

Xankəndi şəhəri, Şuşa rayonunun 1 qəsəbəsi, 36 kəndi, Xocavənd şəhəri, rayonun 1 qəsəbəsi, 45 kəndi, Xocalı şəhəri, rayonun 1 qəsəbəsi, 44 kəndi, Ağdərə şəhəri və keçmiş Ağdərə rayonunun 35 kəndi, Sədərək rayonunun 1, Qazax rayonunun 7 kəndi işğalda qalır.

Laçın şəhəri və rayonun 6 kəndi Qarabağ bölgəsində atəşkəsə məsul Rusiya Ordusu bölmələrinin nəzarətindədir.

Azərbaycan hərbçiləri 2021-ci ilin may ayında Ermənistanla sərhədin Laçın rayonu istiqamətindəki Qaragöl sahəsini və Kəlbəcər istiqamətində bəzi əraziləri nəzarətə götürüb. Ermənistan bunu öz ərazisinə müdaxilə sayır.

1911-ci ildə yaradılan Müsavatın ilk başqanı Məhəmməd Əmin Rəsulzadə, ikinci başqanı Mirzə Bala Məmmədzadə, üçüncü başqanı Kərim Odər, dördüncü başqanı Məhəmməd Azər Aran olub.

1920-ci ildən mühacirətdə fəaliyyət göstərən partiya 1992-ci il noyabrın 8-də Bakıda keçirilən qurultayda bərpa olunub, İsa Qəmbər başqan seçilib. 2014-cü ildən partiyaya Arif Hacılı başqanlıq edir.

 

Bayden Pekin olimpiadasını boykota hazırlaşır R...

  • 17 Noyabr 2021
  • comments

Bölgələr üzrə orta maaş

  • 18 Noyabr 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • Hüquq
  • Ordu
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda