• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Avropa narahatdır

  • 16 Noyabr 2021
  • comments
  • hikmet
  • Posted in Dünyanın səsiManşetXəbər

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel noyabrın 16-da dövlət başçısı İlham Əliyevə zəng edib. Rəsmi məlumata görə, Şarl Mişel Ermənistan-Azərbaycan sərhədindəki son hadisələrdən narahat olduğunu bildirib. İlham Əliyev deyib ki, dəfələrlə Ermənistan tərəfi Şuşa, Laçın, Kəlbəcər istiqamətində hərbi təxribatlara əl atıb və son genişmiqyaslı hücumu bu gün baş verib. O, Azərbaycan tərəfdən yaralıların olduğunu qeyd edərək Ermənistanın təxribatlarına adekvat cavab verildiyini vurğulayıb, yaranmış vəziyyətə görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü deyib.

Şarl Mişel həmin gün Ermənistanın baş naziri Nikol Paşinyanla da eyni mövzuda telefon müzakirəsi aparıb.

Avropa İttifaqı 27 ölkəni (Almaniya, Avstriya, Belçika, Bolqarıstan, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, İrlandiya, İspaniya, İsveç, İtaliya, Kipr, Latviya, Litva, Lüksemburq, Macarıstan, Malta, Niderland, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Yunanıstan) birləşdirir.

Ermənistan silahlı qüvvələri noyabrın 16-sı səhər saat 11 radələrində dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində yüksəklikləri ələ keçirmək və daha əlverişli mövqelərə yiyələnmək məqsədilə hərbi əməliyyata başlayıb, döyüş postlarına hücum edib, Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralanıb.

Kəlbəcər və Laçın istiqamətində yerləşən birlik və qüvvələrin tədbirləri nəticəsində erməni hərbçilər tərksilah edilərək saxlanıb, xeyli sayda müxtəlif çaplı silah və külli miqdarda sursat ələ keçirilib.

Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın bütün cənub-qərbini işğal edib.

2020-ci il sentyabrın 27-dən Azərbaycanın apardığı hərbi əməliyyatlarda və noyabrın 10-na keçən gecə əldə edilən atəşkəs razılaşması nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər rayonları tam, Şuşa, Laçın, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub.

Azərbaycan hərbçiləri 2021-ci ilin may ayında Ermənistanla sərhədin Laçın rayonu istiqamətindəki Qaragöl sahəsini və Kəlbəcər istiqamətində bəzi əraziləri nəzarətə götürüb. Ermənistan bunu öz ərazisinə müdaxilə sayır.

İtalyanlı 13-30

  • 16 Noyabr 2021
  • comments

Büdcə bir raundu keçdi

  • 16 Noyabr 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0

Tags

  • Hüquq
  • Ordu
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda