Büdcə bir raundu keçdi
Parlamentin 16 noyabr iclasında 2022-ci ilin büdcə layihəsi ilk oxunuşda qəbul edilib. Novator.az bildirir ki, dövlət büdcəsi layihəsində 26,8 milyard manat gəlir, 29,8 milyard manat xərc rəsmiləşir. Dövlət Neft Fondundan büdcəyə 12 milyard 710 milyon manat köçürmə, Dövlət Vergi Xidmətindən 8 milyar...
Avropa narahatdır
Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel noyabrın 16-da dövlət başçısı İlham Əliyevə zəng edib. Rəsmi məlumata görə, Şarl Mişel Ermənistan-Azərbaycan sərhədindəki son hadisələrdən narahat olduğunu bildirib. İlham Əliyev deyib ki, dəfələrlə Ermənistan tərəfi Şuşa, Laçın, Kəlbəcər istiqamətində...
İtalyanlı 13-30
Azərbaycanın milli futbol komandasının baş məşqçisi Canni De Byazi ilə müqavilənin müddəti başa çatır. İtalyan Canni De Byazi yığmaya 2020-ci il iyulun 10-dan baş məşqçilik edir. Novator.az bildirir ki, milli komanda onun dövründə 2 qələbə əldə edib, 12 məğlubiyyət alıb, 6 oyunu heç-heçə bitirib. Yı...
Hasilat hesabatı
Dövlət Statistika Komitəsinin hesabatına görə, 2021-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda 28,7 milyon ton xam neft çıxarılıb, hasilat ötən ilin eyni dövrü ilə müqayisədə 0,1 faiz azalıb. Energetika Nazirliyi gündəlik xam neft hasilatını yanvar və fevralda 593 min barrel, martda 592,1 min bar...
Bolqarıstanda ilkin mandat bölgüsü
Bolqarıstanda noyabrın 14-də keçirilmiş növbədənkənar parlament seçkisinin ilkin nəticələrinə görə, qanunverici orqana 7 siyasi qüvvə düşür. Novator.az bildirir ki, Yeniliklərə Davam Partiyası 67, GERB Partiyası 59, Hüquq və Azadlıq Hərəkatı 34, Sosialist Partiyası 26, Belə Xalq Var Partiyası 25, De...
Dövlət bayramlarında yenilik qanunu imzalandı
Prezident İlham Əliyev Əmək Məcəlləsinə dəyişiklikləri imzalayıb. Novator.az bildirir ki, noyabrın 16-da rəsmiləşən yenilik Azərbaycanda qeyri-iş günü olan dövlət bayramlarını belə sıralayır: Yeni il – 1-2 yanvar; Qadınlar Günü – 8 mart; Novruz bayramı – 20-24 mart; Qələbə Günü – 9 may; Müstəqillik ...
Sərhəddə gərginlik
Müdafiə Nazirliyinin 16 noyabr məlumatına görə, Ermənistan silahlı qüvvələri səhər saat 11 radələrində dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində yüksəklikləri ələ keçirmək və daha əlverişli mövqelərə yiyələnmək məqsədilə hərbi əməliyyata başlayıb: “Basarkeçər (Vardenis) və Qarakilsə (S...
Ölümün yüksək olduğu bölgələr
Dövlət Statistika Komitəsi 2021-ci ilin yanvar-sentyabr aylarına aid rəsmi hesabatında əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsini 7,5 göstərib. Novator.az bildirir ki, Bakıda hər 1000 nəfərə 8,9 ölüm düşüb. Paytaxt rayonlarından Sabunçuda bu göstərici 10,6, Nərimanov və Suraxanıda 10,2, Yasamalda 9...
Nobel laureatı yenidən baş redaktor seçilib
Nobel mükafatı laureatı Dmitri Muratov yenidən “Novaya qazeta”nın baş redaktoru seçilib. Novator.az-ın məlumatına görə, səsvermə noyabrın 15-də qəzetin redaksiyasında (Moskva şəhəri) keçirilib. Səsverməyə 153 ştatlı işçidən 102 nəfəri qatılıb. Onlardan 70-i birbaşa redaksiyada, 32-si kənardan elektr...
Harada nə qədər maaş alırlar?
Dövlət Statistika Komitəsi 2021-ci il noyabrın 1-nə iqtisadi fəal əhalinin 4 milyon 984,5 min nəfərini məşğul əhali kimi göstərib. Oktyabrın 1-nə muzdla çalışan işçilərin sayının 1 milyon 699,3 min nəfər, onların orta aylıq nominal əməkhaqqının 723,2 manat olduğu açıqlanıb. Novator.az bildirir ki, i...
Türkiyədən döyüş dronu alan ölkələr – “Reuters”in arayışı
ABŞ-ın “Reuters” agentliyi Türkiyədən “Bayraktar-TB2” dronları alan bəzi ölkələr barədə material hazırlayıb. Novator.az-ın məlumatına görə, agentliyin yaydığı materialda qeyd olunur ki, “Bayraktar-TB2” operativ-taktiki döyüş dronlarını istehsal edən Türkiyənin “Baykar” şirkətinin baş direktoru Haluk...
Yol və düzgün yol
İqtisadçı alim, ADR Partiyasının sədri Qubad İbadoğlu verginin əmlak hesabına tutulması qaydasında yenilik təşəbbüsünə münasibət bildirib. Novator.az-ın məlumatına görə, o yazır: “Hökumətin Vergi Məcəlləsinə və “İcra haqqında” qanuna təklif etdiyi dəyişikliklər vergi borcunun məcburi alınması üsulu ...
Saleh Rüstəmov çağırışı
Gədəbəy Rayon İcra Hakimiyyətinin sabiq başçısı, məhbus Saleh Rüstəmov noyabrın 6-dan aclıq aksiyası keçirir. O, noyabrın 8-də Bakıdakı 13 saylı Cəzaçəkmə Müəssisəsindən Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb. Novator.az-ın məlumatına görə, AXCP sədri Əli Kərimli yazır ki, Qarabağ qazis...
Cəbhənin məhkumları
Novator.az məhkumluq çəkən AXCP üzvlərinin yenilənmiş siyahısını təqdim edir. 5 cəbhəçiyə azadlıqdan məhrumetmə cəzası verilib. 2018-ci il mayın 25-də tutulan Aqil Məhərrəmov xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıqda və mütəşəkkil dəstənin cinayət yolu ilə əldə edilmiş külli ...
Makroiqtisadi hesabatdan
Dövlət Statistika Komitəsi makroiqtisadi göstəricilər açıqlayıb. Novator.az bildirir ki, hesabata görə, 2021-ci ilin yanvar-oktyabr aylarında kənd təsərrüfatının ümumi məhsulu əvvəlki ilin on ayı ilə müqayisədə 4,1 faiz çoxalıb, heyvandarlıq məhsulları istehsalında 2,7 faiz, bitkiçilik məhsulları is...
Koronavirus statistikası
Son rəsmi hesabata görə, Azərbaycanda koronavirus infeksiyasına yoluxanların sayı 561925 nəfərə çatıb, onların 7471-i xəstəlikdən vəfat edib. 2019-cu ilin dekabr ayında Çində üzə çıxıb dünyanı bürüyən koronavirus infeksiyasına Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də, xəstəlikdən ilk ölüm ...
Avropada bir sual
Noyabrın 16-sı Avropada 22-ci dünya futbol çempionatının seçmə mərhələsinin qrup raunduna yekun vurulur. Novator.az bildirir ki, 10 qrupun 9-da qalib bəllidir: A qrupundan Serbiya, B qrupundan İspaniya, C qrupundan İsveçrə, D qrupundan Fransa, E qrupundan Belçika, F qrupundan Danimarka, H qrupundan ...
Təbii artım 44,6 faiz geriləyib
Azərbaycan əhalisinin sayı 2021-ci il oktyabrın 1-nə 10 milyon 147 min 380 nəfərə çatıb. Novator.az-ın məlumatına görə, hesabatı yayan Dövlət Statistika Komitəsi bildirir ki, yanvar-sentyabr aylarında 82928 doğulan körpə qeydə alınıb, onların 53,5 faizi oğlandır. Doqquz ayda 56173 ölüm halının, 4106...