• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Çinin dövlət başçısı 22 aydır ölkədən çıxmır

  • 15 Noyabr 2021
  • comments
  • Novator.az
  • Posted in Dünyanın səsiManşetXəbər

Çin Xalq Respublikasının lideri Si Cinpin 22 aydır ölkədən qırağa çıxmır. Novator.az bildirir ki, bunu ABŞ-ın CNN kanalı xəbər verib.

1953-cü il təvəllüdlü Si Cinpin 2012-ci ilin noyabrından Çin Kommunist Partiyasının baş katibi, Kommunist Partiyası Mərkəzi Komitəsi Hərbi Şurasının sədri, 2013-cü ilin martından Çin Xalq Respublikasının sədri – dövlət başçısı və Çin Xalq Respublikası Mərkəzi Hərbi Şurasının sədridir.

COVİD-19 infeksiyasına görə Çin iki ildir dövlət sərhədlərini bağlayıb.

Koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çində üzə çıxıb. Az sonra infeksiya dünyanı bürüyərək pandemiyaya səbəb olub.

Rəsmi hesabata əsasən, bugünədək COVİD-19 infeksiyasına dünyada 254 milyon 137 mindən çox adam yoluxub, onların 5 milyon 117 mindən çoxu vəfat edib.

CNN qeyd edir ki, Si Cinpinin 22 aydır ölkədən çıxmaması, sözsüz ki, pandemiya ilə əlaqədardır.

Amma daha bir səbəb odur ki, kommunist rejimi koronavirusdan istifadə edib qapalı ölkəni daha da qapatmağa, məhdudiyyətləri artırıb olan-qalan azadlıqları, sərbəstlikləri də boğmağa, insanların hərəkətinə, davranışına, ünsiyyətinə daha çox nəzarət etməyə çalışır.

Bildirilir ki, ölkəni xarici aləmin üzünə daha çox qapatmaq, daxildə vətəndaşların davranışına, hətta düşüncəsinə daha çox nəzarət etmək tendensiya Si Cinpinin hakimiyyəti dövründə koronavirus pandemiyasına qədər də var idi.

Ona görə ekspertlər Çindəki COVİD məhdudiyyətlərinin yalnız əhalinin sağlamlığı ilə bağlı olduğuna inanmırlar.

Si Cinpinin 22 aydır ölkədən çıxmamasının da bu baxımdan tək infeksiya ilə deyil, həm də bütövlükdə onun rejiminin mahiyyəti, qapanmağa meylliliyi ilə əlaqəli olduğunu düşünən ekspertlər var.

Si Cinpin sonuncu dəfə ölkədən 2020-ci ilin yanvarında çıxıb. Həmin vaxt o, iki gün Myanmada rəsmi səfərdə olub.

CNN xəbər verir ki, pandemiya dövründə Çinin baş naziri, ölkədə həlledici qərarların qəbul olunduğu qurumun – Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun digər beş üzvü də xaricə heç bir səfər etməyib.

Mənbə: Cnn.com

İks günü, bir də əsl gün

  • 15 Noyabr 2021
  • comments

Tarixçi Ermənistanın müdafiə naziri oldu

  • 15 Noyabr 2021
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0

Tags

  • Səhiyyə
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Beşlikdə son nöqtə

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda