• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Türk dövlətləri yenidən təşkilatlandı

  • 12 Noyabr 2021
  • comments
  • hikmet
  • Posted in Dünyanın səsiManşetXəbər

Noyabrın 12-si Türkiyənin İstanbul şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının zirvə görüşü keçirilib. Görüşə Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğan, Qazaxıstan prezidenti Qasım-Comərd Tokayev, Qırğızıstan prezidenti Sadır Japarov, Özbəkistan prezidenti Şövkət Mirziyayev, Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov, Macarıstanın baş naziri Viktor Orban və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Bağdad Amreyev qatılıblar.

Sammitdə İlham Əliyevə Türk Dünyasının Ali Ordeni təqdim olunub. Zirvə görüşünün sədri Rəcəb Teyyub Ərdoğan ordeni təqdim edərkən dövlət başçısına bunları deyib: “Qətiyyətli rəhbərliyinizlə Qarabağda təxminən otuz il davam edən işğala 44 gün kimi qısa müddətdə son qoyulub. Bu, təkcə azərbaycanlı qardaşlarımız üçün deyil, bütün türk dünyası üçün böyük əhəmiyyət daşıyır.

Vətən müharibəsi nəticəsində illərdir tətbiq olunmayan BMT Təhlükəsizlik Şurasının qətnamələri həyata keçirilib. Azərbaycan bu yolla beynəlxalq ictimaiyyətin yaddaşına ədalət mesajı həkk edib. Qarabağ zəfəri ilə təkcə işğal altındakı torpaqlar azad edilməyib, eyni zamanda bölgəmizdə həsrətini çəkdiyimiz davamlı sülh, sabitlik və əməkdaşlığa gedən yolun da önü açılıb”.

İlham Əliyev, Şövkət Mirziyayev, Qasım-Comərd Tokayev, Viktor Orbanın çıxış etdiyi, Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin çıxışının videoyazısı verilən sammitdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adının Türk Dövlətləri Təşkilatına dəyişdirilməsi haqqında qərar qəbul olunub. Başqa bir qərarla Türkmənistan Türk Dövlətləri Təşkilatında müşahidəçi statusu alıb. Macarıstan əvvəldən qurumda müşahidəçidir.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası 2009-cu il oktyabrın 3-ü Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın Naxçıvanda imzaladığı sazişlə yaradılıb. 2019-cu il sentyabrın 14-də Özbəkistan qurumun üzvü olub.

FTB amerikalılara iranlı hakerlərlə bağlı xəbərdar...

  • 12 Noyabr 2021
  • comments

“Ayıbdır. Bu qədər qanunsuzluğa məəttəl qalmışam”

  • 12 Noyabr 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Beşlikdə son nöqtə

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda