• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Aqil etirazı

  • 12 Noyabr 2021
  • comments
  • hikmet
  • Posted in ManşetŞərh

AXCP sədri Əli Kərimli mühakimə olunan partiyadaşı Aqil Hümmətovdan yazıb.

Noyabrın 11-i Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə dövlət ittihamçısı Aqil Hümmətova 10 il azadlıqdan məhrumetmə cəzası təklif edib. Hökmün noyabrın 15-də oxunması gözlənir.

Novator.az-ın məlumatına görə, özünün “Facebook” səhifəsində şərh yayan Əli Kərimli cəbhəçiyə ittihamı əsassız saydığını qeyd edir: “3 övladını dolandıra bilmədiyi üçün İlham Əliyevdən uşaq pulu tələb edən, çarəsizlikdən, canının acısından bunu bəzən qeyri-etik formada edən (heç vaxt təqdir etməmişik) vətəndaşa dövlətin cavabı 8-10 il azadlıqdan məhrum etməmi olmalıdır? Aqil Hümmətovun cinayət işi quramadır, sifarişli məhkəməsi qapalı və tezbazar keçirilib. Prokuror siyasi sifarişi səsləndirib, 10 il müddətinə azadlıqdan məhrumetmə istəyib. Hökm gələn həftənin birinci günü elan olunacaq.

Yaltaqlar ordusu, gözünüz aydın, əsgəri olduğunuz rejim bunu da edə bildi. Zibilliklərdən karton toplamaqla uşaq saxlayan bir ata uzunmüddətli həbsə göndərilir. Bəs 3 uşağın – 3 gələcək əsgərin necə böyüyəcəyini heçmi düşünmədiniz?

Aqil bəy AXCP-nin sıravi üzvüdür. Partiyada heç bir vəzifəsi, partiyanın siyasətinin müəyyənləşməsində önəmli rolu yoxdur. Hakimiyyət də bunu yaxşı bilir ki, Aqil Hümmətov daha çox ailəsini, uşaqlarını necə saxlamağın dərdini çəkirdi, onun mübarizəsini aparırdı. Bəzən üzə çıxan emosionallığı da çarəsizlikdən, çıxılmazlıqdan irəli gəlirdi. Belə bir çarəsiz adama qarşı göstərdiyiniz bu qəddarlığa nə deyəcək Azərbaycan xalqı? Bu çarəsiz, yoxsul vətəndaşın 3 körpəsini ac, üstəlik də atasız qoymaq heçmi sızlatmayacaq vicdanınızı?”

Bakının Zirə qəsəbəsinin sakini olan Aqil Hümmətov məişət tullantılarını çeşidləyib satmaqla məşğul olub, sosial şəbəkələrdə hakimiyyəti sərt tənqid etməsi ilə tanınıb. O, avqustun 11-i paytaxtda tutulub, Şüvəlan qəsəbəsindəki 3 saylı İstintaq Təcridxanasında saxlanır. Rəsmi ittihama görə, Aqil Hümmətov Zirə qəsəbəsində qonşusu Yamən Məmmədovu bıçaqlayıb.

Xəzər Rayon Polis İdarəsi ibtidai istintaqı ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma ittihamı üzrə aparıb.

Aqil Hümmətov heç kimə xəsarət yetirmədiyini bildirir.

Fəal 2020-ci ildə məhkəmə qərarı ilə Bakının Maştağa qəsəbəsindəki 1 saylı Psixiatriya Xəstəxanasında üç ay məcburi müalicəyə cəlb olunub. O və partiyadaşları məhkəmənin məcburi müalicə barədə qərarını siyasi sifariş kimi qiymətləndirib.

Yığmalı tarixçə

  • 12 Noyabr 2021
  • comments

ADR Partiyası nazirliyə üz tutdu

  • 12 Noyabr 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda