• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Sabiq baş katib: “Putin Rusiyanın NATO-ya üzv olmasını istəyirdi”

  • 10 Noyabr 2021
  • comments
  • Novator.az
  • Posted in Dünyanın səsiXəbər

1999-2004-cü illərdə NATO-nun baş katibi olmuş Corc Robertson bəyan edib ki, Rusiya prezidenti Vladimir Putin onunla ilk görüşdə ölkəsinin alyansa üzv olmaq istədiyini deyib.

Novator.az saytı Böyük Britaniyanın “The Guardian” qəzetinə istinadla bildirir ki, Corc Robertsonla Vladimir Putinin ilk görüşü 2000-ci ildə – Putinin Rusiya prezidenti olduğu ilk dövrdə baş tutub.

Robertsonun dediyinə görə, həmin görüşdə Putin ona belə bir sual verib: “Siz bizi nə vaxt NATO-ya dəvət edəcəksiniz?”

Robertson bildirib ki, o, Putinin sualını belə cavablandırıb: “Dedim ki, biz heç kimi NATO-ya dəvət etmirik. Alyansa üzv olmaq istəyənlər özləri ərizə ilə müraciət edirlər. Putin isə cavabında “Bizi əhəmiyyətsiz ölkələrlə bir sırada tutmaq olmaz” dedi”.

Robertson vurğulayıb ki, Putin standart prosedur qaydalarına əməl etmək, alyansa üzvlüklə bağlı ərizə verib növbədə durmaq istəməsə də, ölkəsini Qərbi Avropanın bir hissəsi kimi görməyi arzuladığını açıq şəkildə ifadə edib: “Onlar təhlükəsiz, sabit və çiçəklənən Qərbin bir hissəsi olmaq istəyirdilər. Bu keyfiyyətlərin – təhlükəsizlik, sabitlik, inkişaf – heç biri o zaman Rusiyada yox idi”.

“The Guardian” xatırladır ki, Putin vaxtilə BBC kanalının jurnalisti Devid Frosta müsahibəsində də bildirmişdi ki, bərabərhüquqlu tərəfdaş kimi qəbul edilərsə, Rusiyanın NATO-ya üzv olması mümkündür.

Putin həmin müsahibəsində demişdi ki, NATO-nu düşmən kimi təsəvvür etmək ona çox çətindir: “Rusiya Avropa mədəniyyətinin bir parçasıdır. Mən ölkəmi Avropadan, sivil dünya hesab etdiyimiz aləmdən təcrid olunmuş vəziyyətdə təsəvvür edə bilmirəm”.

“The Guardian” yazır ki, Robertsonun dedikləri Putinin 21 ildir davam edən hakimiyyəti dövründə dünyagörüşünün kəskin şəkildə dəyişməsindən xəbər verir.

Qəzet qeyd edir ki, 2004-cü ildə Ukraynadakı “narıncı inqilab”dan sonra Putin qeyri-hökumət təşkilatlarını maliyyələşdirməkdə ittiham etdiyi Qərbə daha da şübhə ilə yanaşmağa başlayıb: “Eyni zamanda həmin il Rumıniya, Bolqarıstan, Slovakiya, Sloveniya, Latviya, Estoniya və Litva NATO-ya üzv olmaq qərarı verib, beləliklə, NATO Mərkəzi və Şərqi Avropaya doğru genişlənib ki, bütün bunlar da Putini qıcıqlandırırdı. 2009-cu ildə isə NATO-ya qoşulanların siyahısına Xorvatiya və Albaniya da əlavə olundu. 2008-ci ildə Ukrayna və Gürcüstana alyansa üzvlük vəd edilsə də, onlar hələlik siyahıdan kənarda qalıblar”.

Mənbə: Theguardian.com

Büdcədə övlad

  • 10 Noyabr 2021
  • comments

Saleh Rüstəmovdan quru aclıq anonsu

  • 10 Noyabr 2021
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

2024-2025 mövsümünün qalibi

GLOBALS:0
comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

2024-2025 mövsümünün qalibi

Son materiallar

comments
Xəbər

2024-2025 mövsümünün qalibi

GLOBALS:0
comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda