• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Saakaşvili müalicə müəssisəsinə köçürülüb

  • 08 Noyabr 2021
  • comments
  • hikmet
  • Posted in Dünyanın səsiXəbər

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili noyabrın 8-də Rustavi şəhərindəki həbsxanadan Xüsusi Penitensiar Xidmətin paytaxt Tbilisidəki müalicə müəssisələrindən birinə köçürülüb. Qərar məhbus siyasətçinin səhhətinin pisləşməsi ilə əsaslandırılıb. Tbilisidə, hökumət binasının qarşısında toplaşan tərəfdarları onun mülki xəstəxanaya yerləşdirilməsini tələb edir.

Novator.az bildirir ki, hazırda əsas müxalif güc sayılan Vahid Milli Hərəkat Partiyasının qurucusu olan Mixail Saakaşvili prezident postunu 2004-2013-cü illərdə tutub. 2013-cü ildə ölkəsini tərk edən siyasətçiyə Gürcüstanda bir neçə cinayət işi qaldırılıb, haqqında iki həbs hökmü var. 2018-ci ildə Tbilisi Şəhər Məhkəməsi onu əvvəl 3 il, sonra 6 il müddətinə azadlıqdan məhrum edib.

Sabiq prezidentin üstündə başqa ittihamlar da var. Həmin işlər Tbilisi Şəhər Məhkəməsinin icraatındadır.

2015-ci ildən Ukraynada yaşayan sabiq prezident bu ölkənin vətəndaşıdır, həmin il Gürcüstan vətəndaşlığından məhrum edilib.

Mixail Saakaşvili Gürcüstana yerli seçkilər ərəfəsində dönüb. Oktyabrın 1-də sabiq prezident paytaxt Tbilisidə tutulub, Rustavi şəhərindəki həbsxanaya yerləşdirilib, həmin vaxtdan aclıq aksiyası keçirdiyi üçün onun səhhəti ağırlaşıb.

Oktyabrın 20-də Gürcüstan Prokurorluğu Mixail Saakaşviliyə yeni ittiham irəli sürüb. Mixail Saakaşvili dövlət sərhədini qanunsuz keçməkdə təqsirli bilinir. Onun sentyabrın 29-da gizli şəkildə Ukraynadan Gürcüstanın liman şəhəri Potiyə gəmi ilə gəldiyi, həmin gün əvvəl Batumi şəhərinə, ardınca Tbilisiyə getdiyi açıqlanıb.

Gürcüstanda yerli seçkilərin ilk turu oktyabrın 2-də, ikinci turu oktyabrın 30-da keçirilib. Mərkəzi Seçki Komissiyası hakim Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyasının 64 şəhərin 63-də, o cümlədən paytaxt Tbilisidə mer postuna sahib çıxdığını, Mixail Saakaşviliyə bağlı Vahid Milli Hərəkat Partiyasının yalnız bir şəhərdə qalib olduğunu açıqlayıb.

Gürcü Arzusu yerli məclislərdə də üstünlük əldə edib. Müxalifət seçkinin rəsmi nəticələri ilə razılaşmır, Mixail Saakaşviliyə azadlıq, növbədənkənar parlament seçkisi tələbləri qoyur.

Parlament respublikası olan Gürcüstanda hökuməti qanunverici orqanda çoxluq əldə edən partiya formalaşdırır. 2012, 2016 və 2020-ci illərin parlament seçkilərində Gürcü Arzusu qalib gələrək hökumət qurub.

Prezidentin Şuşa nitqi: “Yumruğumuz yerindədir”

  • 08 Noyabr 2021
  • comments

Büdcə zərfində nələr var?

  • 10 Noyabr 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda