• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“The Economist”: Koronavirusdan 5 milyon yox, 17 milyon adam ölüb

  • 05 Noyabr 2021
  • comments
  • Novator.az
  • Posted in Dünyanın səsiManşetXəbər

Beynəlxalq rəsmi statistikaya görə, bu ayın əvvəli dünyada COVİD-19 infeksiyasından ölənlərin sayı 5 milyon nəfəri ötüb.

Böyük Britaniyanın “The Economist” jurnalının hesablamasına görə isə COVİD-dən ölənlərin sayı nə az, nə çox, düz 10 ay qabaq 5 milyon nəfər olub və hazırda bu virusa qurban gedənlərin sayı 17 milyon nəfərə yaxındır.

Novator.az saytı xəbər verir ki, bununla bağlı jurnalda “COVİD-19-dan ölənlərin sayı 17 milyon nəfərə çatır. 5 milyon nəfərlik rəsmi hesablama böyük yanlışlıqdır” başlığı altında məqalə dərc olunub.

Məqalədən aydın olur ki, “The Economist” dünyada koronavirus qurbanlarının real sayını bilmək üçün əvvəlcə tədqiqatçıların və könüllülərin köməyi ilə məlumatları əlçatan olan ölkələrin hesabatlarını toplayıb. Sonra məlumatları əlçatan olmayan ölkələrdə koronavirusa qurban gedənlərin sayını tapmaq üçün maşın hesablama modeli qurularaq tətbiq edilib.

Nəticə belə alınıb: hazırda dünyada COVİD-dən ölənlərin sayı 16,8 milyon nəfərdir.

Jurnal qeyd edir ki, nisbi xəta həddi nəzərə alındıqda bu rəqəm 10,3 milyondan 19,5 milyona qədər dəyişə də bilər.

“The Economist”in hesablamasına görə, dünyada koronavirusdan ölənlərin sayının 5 milyon nəfərə çatdığı dövr 2020-ci ilin dekabr ayının əvvəlinə düşür.

Koronavirusdan ölənlərin sayı ilə bağlı rəsmi statistikanın reallığı əks etdirmədiyini “The Economist” jurnalı bu ilin may ayında da yazmışdı. Həmin vaxt dərc etdiyi məqalədə jurnal öz hesablamasına əsaslanaraq COVİD qurbanlarının sayının rəsmi rəqəmlərdə göstəriləndən ən azı üç dəfə çox olduğunu bildirmişdi.

Mənbə: Economist.com

Yoluq bələdiyyə

  • 05 Noyabr 2021
  • comments

Karsız gəlir…

  • 05 Noyabr 2021
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərində yenilənmiş sxem

GLOBALS:0

Tags

  • Elm
  • Media
  • Səhiyyə

Rəylər

Do not miss

comments
Xəbər

Finiş cütlükləri

Son materiallar

comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda