Proses 15 dəqiqə çəkib, Eldar Həsənov zaldan xərəkdə çıxarılıb
- 05 Noyabr 2021
- comments
- Novator.az
- Posted in AktualManşetXəbər
Noyabrın 5-i Bakı Ağır Cinayətlər Məhkəməsində dövlət xadimi Eldar Həsənovun işi üzrə keçirilən məhkəmə prosesi cəmi 15 dəqiqə çəkib. Novator.az-ın məlumatına görə, Eldar Həsənovun səhhəti ağırlaşdığından prosesi davam etdirmək mümkün olmayıb. Məhbus dövlət xadimi məhkəmə zalından xərəkdə çıxarılaraq istintaq təcridxanasına qaytarılıb.
Eldar Həsənovun qızı Səbinə Hüseynova “Facebook” şəbəkəsində bununla bağlı yazıb: “Atamın səhhətində ciddi problem yarandığına görə məhkəmə iclası bir saat gec başladı. Onu hər iki qolundan tutaraq sürüyə-sürüyə zala gətirdilər. Şahid ifadələri dinlənilməliydi, amma proses yenicə başlanmışdı ki, atamın vəziyyəti daha da ağırlaşdı və yenə də onu xərəkdə təcridxanaya qaytardılar. Yüksək təzyiq, yüksək şəkər, baş gicəllənməsi…
Onun müayinə sənədlərini Türkiyədə atamı müalicə etmiş həkimlərə göstəririk, şoka düşürlər. Deyirlər ki, belə bir xəstəni nəinki həbsxanada saxlamaq, ümumiyyətlə, təkbaşına bir addım atmasına belə imkan vermək olmaz. Təcili xəstəxanaya yerləşdirilməli, müalicə edilməli, əməliyyat olunmalıdır…
Əgər bunların heç biri edilmirsə, atamı hər dəfə ağrıdan ikiqat olmuş vəziyyətdə, hər iki qoluna girərək sürüyə-sürüyə məhkəmə zalına gətirirlərsə, baş verməyən bir “cinayət”in olmayan “şahidləri” dindirilirsə, bu, sözün bitdiyi yerdir. Mən artıq əminliklə bu fikirdəyəm ki, bu məhkəmə atamın fiziki məhvinə yönəldilmiş bir şoudur. Amma bilmirik ki, hakim bu göstərişi kimdən alıb. Dövlət başçısına atamın ağır səhhəti ilə bağlı, istintaq araşdırmasının absurd nəticəsi ilə bağlı, gülünc məhkəmə şousu ilə bağlı doğru-düzgün məlumatlar verilirmi? Cənab Prezidentə məruzə olunurmu ki, Eldar Həsənov elə məhkəmə zalındaca ölə bilər? Deyilirmi ki, bu insan günahsızdır, 14 aydır suçsuz yerə həbsdə saxlanır? Bildirilirmi ki, istintaq heç bir cinayət-filan ortaya qoya bilməyib, biabırçı bir vəziyyətdir?..
Həqiqətən sözün bitdiyi yerdəyik: çünki məhkəməyə şahid qismində çağırılan insanlar bildirirlər ki, istintaq materiallarına əlavə edilən ifadə onlara məxsus deyil. Müstəntiq ağlına nə gəlibsə, bu insanların əvəzindən yazıb, onların ifadəsi kimi təqdim edib. Verilən vəsatətlər birmənalı rədd olunur.
Cənab hakim! Bizə bu zülmü-əziyyəti niyə edirsiniz, məqsədiniz öldürməkdirsə, açıq deyin, biz də işimizi bilək, ölümümüzə hazırlaşaq. Yox, məqsəd sadəcə, cəza verməkdirsə, sizi vicdanınızın və Allahın mühakiməsinə həvalə edirəm. Bir gün hamı öləcək. Heç kəs sonsuzadək bu dünyanı tutmayıb, tutmayacaq. Amma günahsız bir insana bu əzabları yaşatmaq sizin tərcümeyi-halınızda, vicdanınızda həmişəlik qalacaq və Allah qarşısında cavab verəcəksiniz…
Övladlarınıza bu “miras”ı buraxmayın…”
Meydan.tv-nin məlumatına görə, Eldar Həsənovun vəziyyəti məhkəmə iclası başlamamış pisləşib, o, istintaq təcridxanasından gətirildiyi maşından düşə bilməyib, təcili tibbi yardım çağırılıb.
Müayinədən sonra Eldar Həsənov prosesin təxirə salınmasını istəyib, bildirib ki, səhhəti məhkəmədə iştiraka imkan vermir.
Hakim Əfqan Hacıyev qeyd edib ki, təcili tibbi yardımın həkimi onun sağlıq durumunun normal olması haqda rəy verib: “Eldar müəllim, biz həkim rəyinə inanırıq. Həkim bizə təqdim etdiyi arayışda göstərib ki, təzyiqiniz 130/90, hərarətiniz 36 dərəcə, saturasiya (qanda oksigenin miqdarı – red.) 90-dır. Arayışa görə, biz prosesi davam etdirə bilərik”.
Eldar Həsənov etiraz edib: “Möhtərəm hakim, sizin əlinizin altındakı cinayət işində mənim diaqnozlarım yazılıb. Ora baxsanız, mənim vəziyyətim sizə aydın olar. Məni bu vəziyyətdə təcridxanadan buraxmaq istəmirdilər. Dedilər ki, çox təhlükəli vəziyyətdəsiniz. Lakin mən sizə – məhkəməyə olan hörmətimə görə gəldim.
Mən hazırda bu ağrılara dözə bilmirəm. Ağrılarım sizin dediyiniz hərarətlə bağlı deyil. Səhərdən burada 9 dəfə başgicəllənməsi olub. Prosesə gəlmək istəmişəm, alınmayıb. Siz niyə anlamırsınız ki, bu məndən asılı deyil? İki saatdır təcili yardım həkimi gözləyirəm. İndi siz mənə həkim arayışını əsas gətirirsiniz”.
Əfqan Hacıyev məhkəmənin davam etdirilib-etdirilməməsinə prokurorun da fikrini soruşub. Prokuror deyib: “Bizim üçün də əsas olan həkim arayışıdır. Həkim arayışında nə göstərilibsə, ona uyğun hərəkət edək. Arayışda “normaldır” yazılıbsa, deməli, prosesi davam etdirə bilərik”.
Eldar Həsənovun vəkili Adəm Məmmədov prokurorun sözlərinə belə reaksiya verib: “Bu ədalətsizlikdir. Eldar Həsənov heç vaxt prosesin yubanmasını istəməyib, bəhanə gətirməyib. Əksinə, həmişə məhkəmənin tez yekunlaşmasını istəyib. Amma indi siz də görürsünüz ki, onun vəziyyəti prosesin keçirilməsinə imkan vermir. Adam ayaq üstdə dayana bilmir, siz nəyi müzakirə edib qərar verirsiniz? Real vəziyyətə baxmaq lazımdır. Belə olmaz axı… Xahiş edirəm məhkəmə prosesini təxirə salasınız”.
Hakim Əfqan Hacıyev etirazı qəbul etməyib və bildirib ki, Eldar Həsənovun özünün iştirakı olmadan da proses davam etdirilə, məhkəməyə çağırılmış şahid dindirilə bilər.
Ardınca Eldar Həsənov Rumıniyada səfir olarkən səfirlikdə çalışmış Emin Ağayev şahid ifadəsi vermək üçün məhkəmə zalına çağırılıb.
Dindirmə zamanı məlum olub ki, Eldar Həsənovun huşu özündə deyil. Xərəkdə ona təcili tibbi yardım göstərilib. Hakim məcbur olub məhkəmə prosesini təxirə salıb.
Məhkəmə zalından aparılan zaman bir qədər özünə gəlmiş Eldar Həsənov prokurorlara üzünü tutaraq deyib: “Siz hələ cavansınız, mənim vəziyyətimə əhəmiyyət vermirsiz. Buna baxmayaraq heç vaxt arzu eləmərəm ki, mənim vəziyyətimə düşəsiz, mənim yaşadıqlarımı yaşayasız, mənim çəkdiyim ağrıları çəkəsiz. Hərçənd mənim vəziyyətim, həyatım sizi maraqlandırmır. Arada vicdanınızı yada salın”…
Eldar Həsənov 1955-ci il oktyabrın 10-da doğulub. Mühəndis və hüquq ixtisasları üzrə iki ali təhsili var. 1977-ci ildən Daxili İşlər Nazirliyi sistemində çalışıb, müfəttiş, baş müfəttiş, cinayət-axtarış şöbəsinin rəis müavini, rəisi postlarını tutub, Bakının Nizami rayonunun, Gəncə şəhərinin milis rəisi, İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, daxili işlər nazirinin birinci müavini olub.
Baş prokurorun birinci müavini, baş prokuror postlarında da xidmət edən Eldar Həsənov ədliyyə general-leytenantı, hüquq elmləri doktoru, professordur.
2001-ci ildən Eldar Həsənov Azərbaycanın Rumıniyada fövqəladə və səlahiyyətli səfiri olub, 2009-cu ildən ölkəni həmçinin Serbiyada, 2010-cu ildən eyni zamanda Monteneqroda, Bosniya və Herseqovinada təmsil edib. 2013-cü ildə onun Rumıniyadakı təmsilçiliyinə xitam verilib.
2020-ci il avqustun 13-də tutulan, avqustun 17-də səfir postundan çıxarılan Eldar Həsənova Cinayət Məcəlləsinin 5 maddəsi ilə ittiham irəli sürülüb. İstintaqı aparan Baş Prokurorluğun iddiasına görə, Eldar Həsənovun Rumıniya, Serbiya, Bosniya və Herseqovina, Monteneqroda səfir kimi fəaliyyət göstərdiyi 2010-2020-ci illərdə maliyyə pozuntularına yol verilib, dövlətə külli miqdarda ziyan vurulub.
İttihamı rədd edən Eldar Həsənov bildirir ki, həbsinin həqiqi səbəbi ölkə rəhbərliyinə onun siyasi müxalifətlə əlaqə və əməkdaşlıqda olmağı kimi tamamilə yalan, uydurma dolu məlumatların ötürülməsi olub.
Həbs olunduğu gündən Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında saxlanan Eldar Həsənov Bakı Ağır Cinayətlər Məhkəməsində 2021-ci il sentyabrın 3-dən mühakimə olunur. Prosesə Bakı Ağır Cinayətlər Məhkəməsi sədrinin müavini Əfqan Hacıyev sədrlik edir.
Səhhəti ağır olan Eldar Həsənov 2021-ci ildə üç dəfə (iyul, avqust, oktyabr aylarında) Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalında müalicə alıb.
Eldar Həsənov ailəlidir, iki qızı, bir oğlu, altı nəvəsi var.
Eldar Həsənov həbsi barədə nə deyir?
Eldar Həsənovun bir istəyi təmin olundu
Eldar Həsənov xəbəri rəsmən təsdiqləndi
Eldar Həsənovun səhhəti yaxşı deyil
“Mənim düşmənim yoxdur, ermənidən başqa”
Eldar Həsənov qərarı dəyişirmi?
Ziyalıların prezidentə müraciəti
Eldar Həsənovun vəkili: “Səhhətində təhlükəli problemlər var”
Gənclərin prezidentə Eldar Həsənov müraciəti
Eldar Həsənovun vəkili nələr deyir?
Eldar Həsənovun vəkilləri prezidentə üz tutub
Avropa Məhkəməsi Bakıya Eldar Həsənovla bağlı sorğular göndərib
Eldar Həsənov prosesdə iştirakdan imtina edib. Məhkəmə qərar verib
Eldar Həsənovun qəbul etdiyi dərmanların siyahısı açıqlanıb
Avropa Məhkəməsindən Eldar Həsənov qərarı, tələb
Heydər Əliyev Eldar Həsənova Ərdoğanla bağlı nə tapşırmışdı?
Avropa Məhkəməsinin qərarı icra olunmur, vəziyyət ağırlaşır
Eldar Həsənovun işi yeni mərhələdə
“Adamlarımızı asanlıqla xərcləməyək!” (Eldar Həsənov barədə)
Eldar Həsənov Hərbi Hospitala köçürüldü
Eldar Həsənov reabilitasiya kursu keçir
Eldar Həsənov təcridxanaya qaytarılıb
Eldar Həsənovun vəkillərinin müraciəti
Eldar Həsənov yenə hospitaldadır
Eldar Həsənovun səhhəti daha da ağırlaşıb
Eldar Həsənovun işi məhkəməyə getdi
Eldar Həsənovun ittiham olunduğu maddələr
Eldar Həsənovun məhkəməsi təyin olunub
Eldar Həsənovun vəkili yeni açıqlama yayıb
Eldar Həsənovun işi: hazırlıq iclasının vaxtı dəyişdi
Eldar Həsənovun vəkili balaca zaldakı böyük problemlərdən söz açır
Eldar Həsənovun mühakiməsi, yeni vəsatətlər
Eldar Həsənov: “Qəsdimə yönələn istintaq aparılıb”
Eldar Həsənovun məhkəməsində gərginlik yaşanıb
Eldar Həsənov: “Fələk oğlu fələk də dözməz bu haqsızlıqlara”
Ev dustaqlığına yox deyildi. Eldar Həsənovun vəziyyəti yenə pisləşdi
“Hamınızın bildiyi şöbə müdiri xəbər göndərib ki…”
Eldar Həsənov məhkəmədə yenə özünü pis hiss edib
Eldar Həsənovun qızı Mehriban Əliyevaya müraciət edib
Eldar Həsənovun məhkəməsində bir mərhələ bitdi
Avropa Məhkəməsindən Eldar Həsənov sualları
Kəlbəcərlilərdən prezidentə Eldar Həsənov müraciəti
Eldar Həsənovun qızı: “Atamla bərabər həbs yaşayırıq”
Eldar Həsənov yenə hospitala köçürülüb
Eldar Həsənov təcridxanaya qaytarılıb
Kəlbəcərli ziyalılar Eldar Həsənova azadlıq istəyir
Eldar Həsənovun qızı: “Kömək edin, ədaləti bərpa edin”