• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“Yahoo” Çini tərk etdi

  • 03 Noyabr 2021
  • comments
  • Novator.az
  • Posted in Dünyanın səsiXəbər

Dünyanın ən populyar axtarış sistemlərindən olan “Yahoo” Çin Xalq Respublikasını tərk edib.

“Yahoo” ABŞ şirkətidir, 1994-cü ildə yaradılıb. Şirkət “Yahoo! Directory” portalı vasitəsilə axtarışla yanaşı bir sıra digər xidmətlər də göstərir. Portala ən “yaşlı” və ən populyar elektron poçt xidmətlərindən olan “Yahoo! Mail” də daxildir.

“Yahoo” şirkəti elektron poçt xidmətini Çində avqust ayında bağlamışdı. İndi isə şirkət Çini tam tərk edib, artıq bu ölkədə “Yahoo” portalı açılmır.

Novator.az-ın məlumatına görə, şirkət Çini tərk etməsini burada işgüzar və hüquqi mühitin çətinləşməsi ilə əlaqələndirib.

Oktyabrda ABŞ-ın “Microsoft” şirkəti də Çində “Linkedin” portalına girişi qapadıb. “Linkedin” işgüzar əlaqələrin qurulması üzrə sosial şəbəkədir. “Microsoft” şirkəti Çində “Linkedin”i bağlamasını ölkədə əməliyyat sistemlərinin mürəkkəbləşdirilməsi, şirkət qarşısında qoyulan tələblərin sərtləşdirilməsi ilə izah edib.

“Yahoo” Çində 1998-ci ildən fəaliyyət göstərirdi. Son illər isə o, bu ölkədə iştirakını məhdudlaşdırmaqda idi. Tam bağlandığı ana qədər “Yahoo”nun Çində yalnız hava haqqında məlumatlarını və bir neçə xəbər səhifəsini görmək olurdu.

Noyabrın 1-dən Çində fərdi informasiyaların müdafiəsinə dair qanun qüvvəyə minib. Qanun məlumatların toplanması və saxlanması məsələlərini tənzimləyir. Qanunu pozan şirkətləri illik gəlirinin 5 faizi həcmində cərimə gözləyir. Yeni qanunvericiliyə görə, məlumatların emalı ilə məşğul olan xarici müəssisələr Çində nümayəndəlik açmalıdır.

Mənbə: Reuters.com 

Eldar Həsənov qızına nə tapşırıb?

  • 03 Noyabr 2021
  • comments

Deputat pulunun sorğusu

  • 03 Noyabr 2021
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərində yenilənmiş sxem

GLOBALS:0

Tags

  • Hüquq
  • Media
  • Texnologiya

Rəylər

Do not miss

comments
Xəbər

Finiş cütlükləri

Son materiallar

comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda