Novator.az Avropanın aparıcı milli futbol çempionatlarının liderlər qrupuna nəzər salıb.
İngiltərə çempionatında “Çelsi” 25 xalla öndədir. “Liverpul”un 22, “Mançester Siti” və “Vest Hem”in 20, “Mançester Yunayted” və “Arsenal”ın 17, “Brayton”un 16 xalı var.
İspaniya çempionatında “Real Sosyedad” 25 xalla liderdir. “Real” və “Sevilya” 24, “Atletiko” 22, “Betis” 21, “Osasuna” və “Rayo Valyekano” 19 xal yığıb.
İtaliya çempionatında “Napoli” və “Milan” 31 xalla zirvəni bölüşürlər. “İnter” 24, “Roma” və “Atalanta” 19, “Latsio” və “Fiorentina” 18 xal əldə edib.
Almaniya çempionatında “Bavariya” 25 xalla irəlidədir. “Borussiya” (Dortmund) 24, “Frayburq” 22, “Bayer” 17 xal toplayıb.
Fransa çempionatında PSJ liderdir: 31 xal.