Mitinq işində yeni məhkəmə
Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Ordusuna dəstək aksiyasından sonra cinayət məsuliyyətinə alınıb məhkum olunan şəxslərin işi üzrə növbəti proses təyin edib. Novator.az-ın məlumatına görə, oktyabrın 14-də AXCP üzvləri Telman Seyfullayev, İsmayıl Həsənov, Baba Süleymanov, Ceyhun Novruzov, Məhəbbə...
66-cı “Avroviziya”nın yeri
66-cı “Avroviziya” mahnı müsabiqəsinin dəqiq yeri açıqlanıb: yarışma 2022-ci ilin may ayında İtaliyanın Turin şəhərində, “Pala Alpitur” idman-konsert kompleksində keçiriləcək. Novator.az bildirir ki, 2021-ci il oktyabrın 8-dək “Avroviziya 2022”də iştirak niyyətini ev sahibi İtaliya və daha 32 ölkə t...
Qripə yoluxmuşuq, yoxsa koronavirusa? – “Wall Street Journal”
Burnunuz axır? Qızdırmanız var? Çox yorulursunuz? ABŞ-ın “Wall Street Journal” qəzetində qrip mövsümündə bu xəstəlikləri bir-birindən ayırd etməyin yollarına dair məqalə dərc olunub. Məqaləni mütəxəssis rəylərinə istinadla jurnalist Alina Dizik qələmə alıb. Novator.az saytı “Qripə yoluxmuşuq, yoxsa ...
Türkiyədən irad, ekspertdən xəbərdarlıq
Türkiyə Böyük Millət Məclisinin üzvü, müxalif Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu oktyabrın 6-sı Mersin şəhərində iri yük maşınları sürücüləri ilə keçirdiyi görüşdə Azərbaycandan narazılıq edib. O deyib ki, Azərbaycanda türkiyəli sürücülərdən başqa ölkələrin sürücülərindən çox – ...
Rusiyada etimad sorğusunun nəticələri
Rusiyada əhali ən çox orduya etimad göstərir. Novator.az-ın məlumatına görə, bunu “Levada” sorğu mərkəzinin keçirdiyi sosioloji sorğu təsdiqləyib. Sorğu Rusiyanın 50 bölgəsinin 137 yaşayış məntəqəsində, yaşı 18-dən yuxarı olan 1619 nəfər arasında aparılıb. Avqustun 19-26-da keçirilən sorğunun nəticə...
9 ay, 19 min nəfər
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hesabatına görə, 2021-ci ilin yanvar-sentyabr aylarında 19 min nəfərə pensiya kəsilib. Azərbaycanda kişilər 65, qadınlar 62 yaş yarımda pensiyaya çıxır. 2027-ci il iyulun 1-dək qadınların da pensiya yaşı 65-ə qalxacaq. Novator.az bildirir ki, 2021-ci il...
Manatdan baha valyutalar
Novator.az Mərkəzi Bankın rəsmi saytında Azərbaycan manatını üstələyən xarici valyutaların məzənnələrinə nəzər salıb. Oktyabrın 8-də Küveyt dinarı banklara 5,6364 manata satılır. İngiltərə funt sterlinqinə 2,3138, avroya 1,9640, İsveçrə frankına 1,8288 manat qiymət qoyulub. ABŞ dolları 1,7 manatadır...
Zoopark yenilənib
Oktyabrın 7-də Bakı Zooloji Parkının yenidənqurmadan sonra açılışı olub. AZƏRTAC xəbər verir ki, prezident İlham Əliyev açılışda iştirak edib. Arayışa görə, təxminən 4 il davam edən əsaslı yenidənqurma işləri nəticəsində Zooloji Parkın ümumi ərazisi 4,25 hektara çatdırılıb. Zooparkdakı heyvan növlər...
Avropa Məhkəməsindən təzminat qərarları
Avropa İnsan Hüquqları Məhkəməsi oktyabrın 7-də Azərbaycanla bağlı iki qərar elan edib. Novator.az hüquqşünas Xalid Ağalıyevə istinadla xəbər verir ki, qərarların biri fəallar Ülvi Həsənov və Məcid Məcidlinin şikayəti əsasında çıxarılıb. Müxalif yönlü bu fəallar 2013-cü ildə Bakı metrosunun “İçərişə...
Rusiyanın ekstremist dediyinə Almaniyada söz azadlığı mükafatı verilib
Rusiyanın hazırda həbsdə olan müxalif lideri Aleksey Navalnı və onun başçılıq etdiyi, Rusiyada ekstremist təşkilat kimi fəaliyyəti rəsmən qadağan edilmiş Korrupsiya ilə Mübarizə Fondu Almaniyada söz azadlğı mükafatına layiq görülüb. Novator.az-ın məlumatına görə, “M100 Media Award” adlı mükafatın tə...
Təbrik zəngi
Prezidentin mətbuat xidmətinin məlumatına görə, dövlət başçısı İlham Əliyev oktyabrın 7-də rusiyalı həmkarı Vladimir Putinə zəng vuraraq onu doğum günü münasibətilə təbrik edib. Liderlərin Azərbaycan-Rusiya münasibətlərinin perspektivləri ilə bağlı fikir mübadiləsi apardığı bildirilir. Oktyabrın 7-d...
Ukrayna parlamenti spikeri aşırdı
Ukrayna parlamenti – Ali Rada oktyabrın 7-də hakim Xalq Xidmətçisi Partiyasının Dmitri Razumkovu spiker postundan geri çağırmaq təşəbbüsünü səsverməyə çıxarıb. Novator.az-ın məlumatına görə, təşəbbüs 284 səslə dəstək qazanıb. 1983-cü il təvəllüdlü Dmitri Razumkov 2019-cu il avqustun 29-da, Xalq Xidm...
Rusiya muzdluları məsciddə qırğın törədiblər – “The Times”
Böyük Britaniyanın “The Times” qəzetində “Rusiyanın “Vaqner” qrupu Mərkəzi Afrika Respublikasında vəhşiliklər törədib” başlıqlı yazı dərc olunub. Yazıda Rusiyanın qeyri-rəsmi hərbi birləşməsi sayılan, muzdlulardan ibarət “Vaqner” qrupunun cinayətlərindən söz açılır. Novator.az saytı yazını ingilscəd...
7 oktyabr qiyməti
Energetika Nazirliyinin 7 oktyabr məlumatına görə, “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 83,17 dollara satılır. Bu, büdcə qiymətindən 43,17 dollar yuxarı qiymətdir. 2021-ci ilin dövlət büdcəsində bir barrel neftin qiyməti 40 dollardan götürülüb. “AzəriLayt” yanvara 50,92, fevrala 56,68, ma...
İranın davranışı, İranla davranış
Respublikaçı Alternativ Partiyasının Siyasi Komitəsinin üzvü, iqtisadçı Natiq Cəfərli Azərbaycan-İran münasibətlərindən yazıb. Novator.az-ın məlumatına görə, o qeyd edir ki, 2021-ci ilin yanvar-avqust aylarında Azərbaycanın İranla ticarət dövriyyəsi 256 milyon dollar olub: “Səkkiz ayda Azərbaycan İr...
Arif Hacılı: “Tarixi dəyişdirmək mümkün deyil”
Milli Məclis “Müstəqillik Günü haqqında” qanun qəbul etməyə hazırlaşır. Prezident İlham Əliyevin təşəbbüsü olan qanun layihəsi mayın 28-nin Müstəqillik Günü, oktyabrın 18-nin Müstəqilliyin Bərpası Günü elan olunmasını nəzərdə tutur. Hazırda mayın 28-i Respublika Günü, oktyabrın 18-i Dövlət Müstəqill...
Koronavirus itkiləri
2019-cu ilin dekabr ayında Çində üzə çıxıb dünyanı bürüyən koronavirus infeksiyası 212 ölkə, ərazi və məkanda 4 milyon 841 minə yaxın adamın ölümünə gətirib. Novator.az bildirir ki, yaxın ölkələr arasında ən çox Rusiya itki verib: 212625 nəfər. İranda infeksiyadan 121779, Türkiyədə 65373, Ukraynada ...
1,7 manatın 3 il 7 ayı
Oktyabrın 7-də ABŞ dollarının rəsmi məzənnəsi 1,7 manat müəyyən edilib, bununla kurs sabitliyinin 3 il 7 ayı tamamlanıb. 2015-ci ilin devalvasiyalarında dolların rəsmi qiyməti 0,7844 manatdan 1,5594 manata yüksəlib, 2016-cı ildə kurs 1,7707 manata çatıb. 2017-ci ili 1,7001 manatla yola salan dollar ...
30 ildə 6-cı təyinat
Mahirə İsmayıl qızı Adnayeva Sədərək Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Prezident İlham Əliyev sərəncamı oktyabrın 6-da imzalayıb. Novator.az bildirir ki, Mahirə Adnayevaya qədər yalnız bir qadın icra başçısı vəzifəsində çalışırdı: İradə Gülməmmədova. O, 2 sentyabr 2015-ci ildən Abşeron...
Qırğızıstandakı səfir dəyişdi
Hidayət Xuduş oğlu Orucov Azərbaycanın Qırğızıstanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Prezident İlham Əliyevin oktyabrın 6-da imzaladığı başqa sərəncamla həmin posta Lətif Seyfəddin oğlu Qəndilov təyin edilib. Lətif Qəndilov bu il iyulun 16-dək Azərbaycanın Belarusda səf...