Özbəkistanın Mərkəzi Seçki Komissiyası oktyabrın 29-da indiki dövlət başçısı Şövkət Mirziyayevi seçilmiş prezident elan edib. Novator.az-ın məlumatına görə, Şövkət Mirziyayevin erkən səsverməsi 14-20 oktyabr arası, əsas səsverməsi oktyabrın 24-də keçirilmiş prezident seçkisində 80,12 faiz səs topladığı açıqlanıb.
Qalan namizədlərin rəsmi göstəriciləri belədir:
Xalq Demokrat Partiyasından Məqsudə Vorisova – 6,63 faiz;
Milli Dirçəliş Partiyasından Əlişir Qədirov – 5,48 faiz;
Ekologiya Partiyasından Narzulla Oblomuradov – 4,14 faiz;
Sosial Demokrat Partiyasından Bəhram Abduhalimov – 3,39 faiz.
Liberal Demokrat Partiyasının namizəd göstərdiyi 1957-ci il təvəllüdlü Şövkət Mirziyayev Özbəkistan Ali Sovetinin, Ali Məclisinin deputatı, paytaxt Daşkəndin Mirzə-Uluqbəy rayonunun, Cizak vilayətinin, Səmərqənd vilayətinin icra hakimi olub. 2003-cı il dekabrın 12-dən baş nazir postunu tutub, 2016-cı il sentyabrın 8-dən prezident səlahiyyətlərini icra edib, dekabrın 4-də prezident seçilib.