• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“The Times”: Putinə zəng münasibətlərin istiləşdiyinə işarədir

  • 28 Oktyabr 2021
  • comments
  • Novator.az
  • Posted in Dünyanın səsiManşetXəbər

Böyük Britaniyanın baş naziri Boris Consonun ilyarımdan sonra Rusiya prezidenti Vladimir Putinlə telefon əlaqəsi saxlaması Moskva ilə münasibətlərin istiləşdiyinə işarədir. “The Times” qəzetində dərc olunan məqalədə belə deyilir.

Novator.az saytının məlumatına görə, məqalədə vurğulanır ki, son illərdə bir sıra problemlər – Rusiyanın 2014-cü ildə Ukraynanın Krım bölgəsini ilhaq etməsi, 2018-ci ildə Böyük Britaniyanın Solsberi şəhərində sabiq rus kəşfiyyatçısı Sergey Skripalı və qızı Yuliyanı zəhərləməsi ciddi narahatlıqlara yol açsa da, Boris Consonun Moskva ilə sıx əlaqə qurmaq niyyətində olduğu görünür.

Conson Putinə bu həftə – Şotlandiyanın Qlazqo şəhərində keçiriləcək BMT-nin iqlim dəyişikliyi üzrə 26-cı konfransı ərəfəsində zəng edib. Konfrans gələn həftə olacaq.

Rusiya prezidentinin toplantıda iştirak etməyəcəyini xatırladan “The Times” yazır ki, Vladimir Putin çoxdandır iqlim dəyişikliyi məsələsinə ciddi əhəmiyyət vermir: “Ancaq o, Qlazqodakı tədbirə qatılmamasını koronavirus infeksiyası ilə bağlı Rusiyada yaranmış durumla əlaqələndirib. Ölkədə virusa yoluxma sayı rekord həddə çatdığı üçün hökumət ciddi məhdudiyyətlərə getməli olub”.

“The Times”ın məlumatına görə, Britaniyanın baş naziri bildirib ki, Moskva ilə münasibətlər onun arzuladığı səviyyədə olmasa da, hər halda müzakirə ediləsi mühüm ikitərəfli məsələlər mövcuddur.

Boris Conson əlavə edib ki, “uzun ortaq tarixə” malik Britaniya ilə Rusiyanın üzərinə birgə işləmək məsuliyyəti düşür və iki ölkənin liderləri bir sıra sahələrdə, o cümlədən İranla nüvə sazişi məsələsində ilkin irəliləyiş əldə edə biliblər.

Britaniya hökumətindəki mənbələrdən biri “The Times”a deyib ki, Conson gələcək inkişaf naminə Putinlə müntəzəm əlaqələr qurmağa çalışır: “Burada söhbət praqmatik diplomatiyadan – iqlim dəyişikliyi, İranın nüvə sazişi kimi qarşılıqlı maraq kəsb edən məsələlər üzrə düşünülmüş siyasət yürütməkdən gedir”.

Mənbə: Thetimes.co.uk

Çində minlərlə məscidin günbəz və minarələri sökül...

  • 28 Oktyabr 2021
  • comments

On ayın populyar adları

  • 28 Oktyabr 2021
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0

Tags

  • Ekologiya
  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda