• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Avropadan Azərbaycan qərarları, cərimələr

  • 28 Oktyabr 2021
  • comments
  • hikmet
  • Posted in Dünyanın səsiManşetXəbər

Avropa İnsan Hüquqları Məhkəməsi oktyabrın 28-də Azərbaycandan şikayətlər əsasında qərarlar elan edib. Aihmaz.org-un məlumatına görə, 41 nəfər (Arzu Səmədbəyli, Nemət Kərimli, Məzahir Məmmədov, Nəsiman Yaqublu, Nüşabə Sadıxlı, Mirmahmud Mirəlioğlu, Əhəd Məmmədli, Xalid Bağırov, Azər Qasımlı, Bəybala Əbil, İltizam Əkbərli, Pənah Hüseyn, Əli Əliyev və başqaları) 2015-ci ilin parlament seçkisində deputatlığa namizədliklərinin qeydə alınmaması, Mərkəzi Seçki Komissiyasına və məhkəmələrə bu barədə müraciətlərinin təmin edilməməsi motivi ilə şikayət veriblər. Ərizəçilər Avropa İnsan Hüquqları Konvensiyası ilə tanınan seçki hüquqlarına müdaxilə olduğunu iddia ediblər.

Kommunikasiya mərhələsində Azərbaycan dövləti iddia olunan pozuntuları tanıyıb. Məhkəmənin qərardadına görə, Azərbaycan dövləti 37 ərizəçinin hər birinə 4750 avro, 3 ərizəçinin hər birinə 5000 avro, 1 ərizəçiyə 4500 avro təzminat ödəyəcək.

Mübariz Rəhimli və başqa 5 nəfərin şikayəti də seçki hüququ məsələsi ilə bağlı olub. Ərizəçilərin 2015-ci ilin parlament seçkisində və 2016-cı ildə keçirilmiş təkrar seçkidə deputatlığa namizədlikləri qeydə alınmayıb, ali seçki qurumuna və məhkəmələrə şikayətləri rədd edilib. Onlar Avropa Məhkəməsi qarşısında seçki, səmərəli müdafiə vasitələrinə sahib olmaq hüquqlarının pozuntusunu mübahisələndiriblər.

Bu işdə ərizəçilər dövlətlə anlaşıb. Qərardada əsasən, 4 ərizəçiyə 4750 avro, 2 ərizəçiyə 5000 avro təzminat veriləcək.

Elvin Adıyevlə Elçin Namazovun şikayətləri polis əməkdaşının qanuni tələbinə əməl etməmə ittihamı ilə inzibati qaydada cəzalandırılmalarını əhatə edib. Elvin Abdıyev həm də xırda xuliqanlığa görə cəzalandırılıb. 3-15 gün inzibati həbs cəzası almış ərizəçilər məhkəmələrin ədalətli olmamasından şikayətləniblər.

Bu işdə də dövlətlə anlaşma əldə olunub. Qərardada görə, hökumət ərizəçilərin hər birinə 4100 avro təzminat ödəməlidir.

“Yehova şahidləri” dini icmasının üzvləri olmuş Emil Mehdiyev və Vahid Əbilov dini baxışlarına görə həqiqi hərbi xidmət keçməkdən imtina etdikləri üçün 1 il müddətinə azadlıqdan məhrum ediliblər. Onlar Avropa Məhkəməsinə dini etiqad azadlığı hüquqlarına müdaxilə iddiası ilə üz tutublar.

Kommunikasiya mərhələsində dövlət pozuntulara yol verildiyini etiraf edib. Qərardada görə, ərizəçilərin hər birinə 3500 avro təzminat ödənməlidir.

Fransanın Strasburq şəhərində yerləşən, hakimləri Avropa Şurasına üzv ölkələrdən seçilən Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Konvensiyasına riayət olunmasına nəzarət edir.

Azərbaycan 1949-cu ildə yaradılmış Avropa Şurasına 2001-ci ildə qoşulub, 2002-ci ildən Avropa Məhkəməsinin yurisdiksiyasındadır.

On ayın populyar adları

  • 28 Oktyabr 2021
  • comments

Bərpada halallıq

  • 28 Oktyabr 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda