• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Müddətli və müddətsiz seçimlər

  • 27 Oktyabr 2021
  • comments
  • hikmet
  • Posted in AktualDünyanın səsiManşetŞərh

Özbəkistanda son prezident seçkisinin qalibi olan Şövkət Mirziyayev 2026-cı ilə qədər dövlət başçısı postunda qalmaq hüququ qazanır. Erkən səsverməsi 14-20 oktyabrı əhatə edən, əsas səsverməsi oktyabrın 24-də keçirilən 2021-ci il seçkisinin ilkin nəticələrinə görə, Şövkət Mirziyayev 80,1 faizlə önə çıxıb.

1957-ci il təvəllüdlü Şövkət Mirziyayev 2016-cı il sentyabrın 8-dən prezident səlahiyyətlərini icra edib, həmin il dekabrın 4-də 5 il müddətinə dövlət başçısı seçilib.

Novator.az bildirir ki, Mərkəzi Asiya bölgəsində ən stajlı dövlət başçısı Tacikistan prezidenti İmaməli Rəhmandır. 1952-ci il təvəllüdlü İmaməli Rəhman 1992-ci il noyabrın 19-da Tacikistan parlamentinin sədri postuna gətirilib, həmin gündən dövlət başçısıdır. 1994-cü ildə 5 il müddətinə, 1999, 2006, 2013 və 2020-ci illərdə 7 il müddətinə prezident seçilib.

1957-ci il təvəllüdlü Qurbanqulu Berdiməhəmmədov 2007-ci ildən Türkmənistanın dövlət başçısıdır. O, 2007 və 2012-ci ildə 5 il müddətinə, 2017-ci ildə 7 il müddətinə prezident seçilib.

1953-cü il təvəllüdlü Qasım-Comərd Tokayev 2019-cu il martın 20-də Qazaxıstanın dövlət başçısı elan edilib, iyunun 9-da 5 il müddətinə prezident seçilib.

1968-ci il təvəllüdlü Sadır Japarov 2020-ci il oktyabrın 15-dən noyabrın 14-dək dövlət başçısı səlahiyyətlərini icra edib, 2021-ci il yanvarın 10-da 6 il müddətinə prezident seçilib. 2021-ci il aprelin 11-də keçirilmiş konstitusiya referendumu ilə ölkədə prezident idarə üsulu tətbiq olunub. Yeniliyə görə, prezident 5 il müddətinə seçilir, həm dövlət başçısı, həm də hökumət başçısıdır.

Keçmiş SSRİ məkanının digər ölkələrinə gəlincə, 1954-cü il təvəllüdlü Aleksandr Lukaşenko 1994-cü ildən Belarus prezidentidir. İlk dəfə 5 il müddətinə seçilən Aleksandr Lukaşenko 1996-cı il referendumu ilə səlahiyyət müddətini 2001-ci ilədək uzadıb. 2001-ci ildə o, ikinci dəfə prezident kürsüsünə yiyələnib. 2004-cü il referendumunda bir nəfərin iki dəfədən çox prezident seçilməsinə məhdudiyyət götürülüb və Aleksandr Lukaşenko 2006, 2010, 2015 və 2020-ci illərin seçkilərində də dövlət başçısı postunu əlində saxlayıb.

1952-ci il təvəllüdlü Vladimir Putin 1999-cu il dekabrın 31-dən Rusiya dövlət başçısı vəzifəsini icra edib, 2000 və 2004-cü illərdə 4 il müddətinə, 2012 və 2018-ci illərdə 6 il müddətinə prezident seçilib.

1961-ci il təvəllüdlü İlham Əliyev 2003 və 2008-ci illərdə 5 il müddətinə prezident seçilib. 2009-cu il referendumunda bir nəfərin iki dəfədən çox prezident seçilməsinə məhdudiyyət götürülüb və İlham Əliyev 2013-cü ildə də dövlət başçısı postuna mandat alıb.

2016-cı ilin referendumunda prezidentin səlahiyyət müddəti 7 ilə qaldırılıb, 2018-ci ildə İlham Əliyev yenidən prezident seçilib.

1978-ci il təvəllüdlü Vladimir Zelenski 2019-cu ildə 5 il müddətinə Ukrayna prezident kürsüsünə vəsiqə alıb.

Parlament respublikaları olan Ermənistanda 1953-cü il təvəllüdlü Armen Sərkisyan 2018-ci ildə 7 il müddətinə, Gürcüstanda 1952-ci təvəllüdlü Salome Zurabişvili 2018-ci ildə 6 il müddətinə, Litvada 1964-cü il təvəllüdlü Gitanas Nauseda 2019-cu ildə 5 il müddətinə, Estoniyada 1955-ci il təvəllüdlü Eqils Levits 2019-cu ildə 4 il müddətinə, Moldovada 1972-ci il təvəllüdlü Mayya Sandu 2020-ci ildə 4 il müddətinə prezident seçilib.

Mərkəzdən dotasiya almayacaq bölgələr

  • 27 Oktyabr 2021
  • comments

“Haaretz”: İranın İsrailə qarşı hədəflədiyi dronla...

  • 27 Oktyabr 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda