• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“Haaretz”: İranın İsrailə qarşı hədəflədiyi dronlar müəyyən edilib

  • 27 Oktyabr 2021
  • comments
  • Novator.az
  • Posted in Dünyanın səsiManşetXəbər

İran İsrail sərhədindəki ölkələrdə hava hücumundan müdafiə sistemini möhkəmləndirməyə çalışır.

Novator.az-ın məlumatına görə, bu haqda İsrailin “Haaretz” qəzetində yazı dərc olunub.

Yazıda deyilir ki, İranın bir sıra xarici ölkələrdə yaratmağa çalışdığı şəbəkə İsrailin hücumlarını dəf etmək üçün nəzərdə tutulub.

İsrail kəşfiyyatı bəyan edib ki, İran İsrail təyyarələrini vurmaq üçün Suriya, Livan, İraq və digər ölkələrdə “yer-hava” raket kompleksi yerləşdirməyə cəhd göstərir.

“Haaretz” xatırladır ki, xarici media İsrailin bu yaxınlarda Suriyada hərbi əməliyyatlar həyata keçirdiyini xəbər verib. Xəbərlərə görə, həmin əməliyyatların birində Suriya əsgərləri İran istehsalı olan müdafiə sistemlərindən İsrailə məxsus olduğu bildirilən təyyarəyə çox qısa zamanda raket ata bilib. Buna görə də İsrail kəşfiyyatı ölkənin Hərbi Hava Qüvvələrinin zərbə endirdiyi Suriya ərazilərində İranın köməyilə hava hücumundan müdafiə sisteminin təkmilləşdirildiyi qənaətinə gəlib.

“Haaretz”in yazdığına görə, İsrail rəsmiləri bu sayaq müdafiə sistemlərinin İranın Livanda və Yəməndə dəstəklədiyi terror qruplaşmalarının əlinə keçəcəyindən narahatdırlar.

Qəzet yazır ki, İsrailin Hərbi Hava Qüvvələri İranın “Hizbullah”, HƏMAS və digər terror qruplaşmaları vasitəsilə İsrailə qarşı hədəflədiyi dronların sayını, yerini müəyyən edə bilib. Eyni zamanda təhlükəni önləmək üçün İsrail ordusu müdafiə sənayesi istehsalçılarını tezliklə lazerli raketdən müdafiə sistemini işə salmağa çağırıb.

Qəzetin yazdığına görə, İsrail hökuməti Müdafiə Nazirliyinə göstəriş verib ki, İranın nüvə proqramını dayandırmaq üçün aparılan danışıqların nəticəsiz qalacağı, Tehran nüvə silahına yiyələnmək istiqamətində hərəkətə keçəcəyi təqdirdə İsrail ordusu bu ölkənin nüvə obyektlərinə zərbə endirməyə hazır olsun.

Bugünlərdə İsraildə 15 ölkənin hərbi hava qüvvələrinin iştirakı ilə beynəlxalq təlimlər start götürüb. İsrail Silahlı Qüvvələrinin komandanı general-mayor Amikam Norkin təlimdən qabaq bildirib ki, ölkəni ən müxtəlif istiqamətlərdən təhlükə gözləyir. O vurğulayıb ki, birgə təlimlər İsrailin digər ölkələrin təcrübəsindən yararlanmasına və İsrail Hərbi Hava Qüvvələrinin indiki dövrdə gözlənilən ssenarilərə hazır olmasına imkan verəcək.

Mənbə: Haaretz.com

Müddətli və müddətsiz seçimlər

  • 27 Oktyabr 2021
  • comments

“Zəfər” sistemi, tapşırıqlar

  • 27 Oktyabr 2021
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda