Eldar Həsənovun qızı: “Kömək edin, ədaləti bərpa edin”
Bakı Ağır Cinayətlər Məhkəməsi dövlət xadimi Eldar Həsənovun mühakiməsini davam etdirir. Oktyabrın 25-də hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən iclasın sonunda Eldar Həsənovun səhhəti pisləşib, o, məhkəmə zalında yıxılıb.
Eldar Həsənovun qızı Səbinə Hüseynova “Facebook” şəbəkəsində olayı belə təsvir edir: “Məhkəmə həmişəki kimi saat 18-də yekunlaşdı. Hamı getmək üçün ayağa qalxdı və… mən eşitdiyim gurultudan dəhşətə gəldim. Səsə tərəf dönəndə atamı yerə yıxılmış gördüm. Atam yenə huşunu itirərək yıxılmışdı. Hərəkətsiz idi. Əvvəl elə bildim… dilimə gətirmək istəmirəm ağlıma gələni…
Var gücümlə qışqırırdım, ağlayırdım, kömək istəyirdim. Səsimə tökülüşüb gəldilər. Atamı xərəyə qoyub apardılar. İndi vəziyyəti necədir, bilmirəm. Özünə gəldimi, həkimlər ilk yardım etdilərmi, bilmirəm.
Var gücümlə, səsim gəldikcə qışqırmaq, haray salmaq istəyirəm. Heç vaxt özümü bu qədər köməksiz, zəif, gücsüz hiss etməmişəm. Bizdən nə istəyirlər, atamdan nə istəyirlər? Dəfələrlə deyilib ki, səhhəti ağırdır, təcili müalicə olunmalıdır, təxirəsalınmaz cərrahi əməliyyatlara zərurət var. Niyə səsimizi eşitmirsiniz? Aylardır xahiş edirik ki, atamı ev dustaqlığına buraxın. Aylardır xahiş edirik ki, stasionar müalicə alması üçün xəstəxanalardan birinə yerləşdirin. Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalına aparılır, müayinə olunub təcridxanaya qaytarılır. Axı müayinədən başqa müalicəyə də ehtiyacı var bu insanın. Öldürməkmi istəyirsiniz? Ölməyinimi gözləyirsiniz?
Baş Prokurorluq məlumat yayır ki, Eldar Həsənovun heç bir xəstəliyi yoxdur. Xəstəliyi yoxdursa, niyə özündən gedir, niyə təzyiqi 220-240-a yüksəlir? Axı bu təzyiqi ölçən sizin həkimlərdir, biz deyilik! Axı müayinə edərək xəstəlikləri müəyyənləşdirən sizin həkimlərdir. Paroksizmal vertiqo xəstəliyi onda məhz həbsdə olduğu müddətdə yaranıb. Nə edək, dərdimizi, problemimizi kimə danışaq? Bu qədər qəddarlıq, laqeydlik, ədalətsizlik olar? 67 yaşlı xəstə bir adamdan nə istəyirsiniz? Biz yorulduq, siz yorulmadınızmı?
Mən çox yoruldum. Müraciət etmədiyim, döymədiyim qapı qalmadı. Hər gün məktub yazdım, teleqram göndərdim. Bir dəfə mənə sarı dönmədilər. Dərdin nədir deyə maraqlanmadılar. Ziyalıların, təsəvvür edin, 300 nəfər ziyalının müraciətinə belə məhəl qoyulmur. Milli Qəhrəman və şəhid ailələrinin müraciətinə əhəmiyyət verilmir. Qardaşım Anar deyir ki, mən məktub yazım, cənab Prezident mütləq reaksiya verər. Çox inanır…
Nə olar, bir dəfə, bircə dəfə atamı dinləyin, onunla danışın, adam günahsız, suçsuz olduğunu deyir. Bəlkə bircə dəfə özü ilə söhbət etsəniz, anlayarsınız ki, haqlıdır, günahsızdır, şərə-böhtana düşüb. Mənim atam da bir ziyalıdır, alimdir, diplomatdır. Onunla qatı cinayətkarla rəftar edirmiş kimi niyə davranırsınız? Xalq düşməni deyil mənim atam! Bu xalqı, bu dövləti canından artıq sevən bir azərbaycanlıdır. Dövlət başçısına sayğısını, sevgisini, fədakarlığını, sədaqətini, əminəm ki, onu tanıyan hər kəs bilir.
Möhtərəm cənab Prezident! Əziz Mehriban xanım!
Atamın huşunu itirmələri, özündən gedib yıxılmaları bir gün son ola bilər. Sonuncu ola bilər. Biz atamızı itirə bilərik. Onun səhhəti çox ağırdır. Gözümüz baxa-baxa atamı öldürürlər! Müdaxilə edin, atamın həyatda qalıb-qalmaması Sizlərdən asılıdır. Çox rica edirəm, bizə kömək edin, ədaləti bərpa edin”.
Eldar Həsənovun vəkili Cavad Cavadov da “Facebook” səhifəsində baş vermiş hadisədən söz açıb. O, Səbinə Hüseynovanın yazdıqlarını paylaşaraq qeyd edib: “Hər şey gözümüzün önündə oldu. Eldar Həsənov huşunu itirib üzüstə yerə yıxıldı. Bu, məhkəmə iclasının sonunda – saat 18-də oldu.
Dəfələrlə müdafiə tərəfi olaraq irad bildirməyimizə baxmayaraq məhkəmə iclası səhər saat 10-dan axşam saat 18-dək (bir saat fasilə ilə) aparılır. Digər işlərə eyni məhkəmə heyəti həftədə bir dəfə baxır”.
Eldar Həsənov 1955-ci il oktyabrın 10-da doğulub. Mühəndis və hüquq ixtisasları üzrə iki ali təhsili var. 1977-ci ildən Daxili İşlər Nazirliyi sistemində çalışıb, müfəttiş, baş müfəttiş, cinayət-axtarış şöbəsinin rəis müavini, rəisi postlarını tutub, Bakının Nizami rayonunun, Gəncə şəhərinin milis rəisi, İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, daxili işlər nazirinin birinci müavini olub.
Baş prokurorun birinci müavini, baş prokuror postlarında da xidmət edən Eldar Həsənov ədliyyə general-leytenantı, hüquq elmləri doktoru, professordur.
2001-ci ildən Eldar Həsənov Azərbaycanın Rumıniyada fövqəladə və səlahiyyətli səfiri olub, 2009-cu ildən ölkəni həmçinin Serbiyada, 2010-cu ildən eyni zamanda Monteneqroda, Bosniya və Herseqovinada təmsil edib. 2013-cü ildə onun Rumıniyadakı təmsilçiliyinə xitam verilib.
2020-ci il avqustun 13-də tutulan, avqustun 17-də səfir postundan çıxarılan Eldar Həsənova Cinayət Məcəlləsinin 5 maddəsi ilə ittiham irəli sürülüb. İstintaqı aparan Baş Prokurorluğun iddiasına görə, Eldar Həsənovun Rumıniya, Serbiya, Bosniya və Herseqovina, Monteneqroda səfir kimi fəaliyyət göstərdiyi 2010-2020-ci illərdə maliyyə pozuntularına yol verilib, dövlətə külli miqdarda ziyan vurulub.
İttihamı rədd edən Eldar Həsənov bildirir ki, həbsinin həqiqi səbəbi ölkə rəhbərliyinə onun siyasi müxalifətlə əlaqə və əməkdaşlıqda olmağı kimi tamamilə yalan, uydurma dolu məlumatların ötürülməsi olub.
Həbs olunduğu gündən Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında saxlanan Eldar Həsənov Bakı Ağır Cinayətlər Məhkəməsində 2021-ci il sentyabrın 3-dən mühakimə olunur.
Səhhəti ağır olan Eldar Həsənov 2021-ci ildə üç dəfə (iyul, avqust, oktyabr aylarında) Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalında müalicə alıb.
Eldar Həsənov ailəlidir, iki qızı, bir oğlu, altı nəvəsi var.
Eldar Həsənov həbsi barədə nə deyir?
Eldar Həsənovun bir istəyi təmin olundu
Eldar Həsənov xəbəri rəsmən təsdiqləndi
Eldar Həsənovun səhhəti yaxşı deyil
“Mənim düşmənim yoxdur, ermənidən başqa”
Eldar Həsənov qərarı dəyişirmi?
Ziyalıların prezidentə müraciəti
Eldar Həsənovun vəkili: “Səhhətində təhlükəli problemlər var”
Gənclərin prezidentə Eldar Həsənov müraciəti
Eldar Həsənovun vəkili nələr deyir?
Eldar Həsənovun vəkilləri prezidentə üz tutub
Avropa Məhkəməsi Bakıya Eldar Həsənovla bağlı sorğular göndərib
Eldar Həsənov prosesdə iştirakdan imtina edib. Məhkəmə qərar verib
Eldar Həsənovun qəbul etdiyi dərmanların siyahısı açıqlanıb
Avropa Məhkəməsindən Eldar Həsənov qərarı, tələb
Heydər Əliyev Eldar Həsənova Ərdoğanla bağlı nə tapşırmışdı?
Avropa Məhkəməsinin qərarı icra olunmur, vəziyyət ağırlaşır
Eldar Həsənovun işi yeni mərhələdə
“Adamlarımızı asanlıqla xərcləməyək!” (Eldar Həsənov barədə)
Eldar Həsənov Hərbi Hospitala köçürüldü
Eldar Həsənov reabilitasiya kursu keçir
Eldar Həsənov təcridxanaya qaytarılıb
Eldar Həsənovun vəkillərinin müraciəti
Eldar Həsənov yenə hospitaldadır
Eldar Həsənovun səhhəti daha da ağırlaşıb
Eldar Həsənovun işi məhkəməyə getdi
Eldar Həsənovun ittiham olunduğu maddələr
Eldar Həsənovun məhkəməsi təyin olunub
Eldar Həsənovun vəkili yeni açıqlama yayıb
Eldar Həsənovun işi: hazırlıq iclasının vaxtı dəyişdi
Eldar Həsənovun vəkili balaca zaldakı böyük problemlərdən söz açır
Eldar Həsənovun mühakiməsi, yeni vəsatətlər
Eldar Həsənov: “Qəsdimə yönələn istintaq aparılıb”
Eldar Həsənovun məhkəməsində gərginlik yaşanıb
Eldar Həsənov: “Fələk oğlu fələk də dözməz bu haqsızlıqlara”
Ev dustaqlığına yox deyildi. Eldar Həsənovun vəziyyəti yenə pisləşdi
“Hamınızın bildiyi şöbə müdiri xəbər göndərib ki…”
Eldar Həsənov məhkəmədə yenə özünü pis hiss edib
Eldar Həsənovun qızı Mehriban Əliyevaya müraciət edib
Eldar Həsənovun məhkəməsində bir mərhələ bitdi
Avropa Məhkəməsindən Eldar Həsənov sualları
Kəlbəcərlilərdən prezidentə Eldar Həsənov müraciəti
Eldar Həsənovun qızı: “Atamla bərabər həbs yaşayırıq”
Eldar Həsənov yenə hospitala köçürülüb